Günün xəbəri / Məşhur qadınlar / Manşet

Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

Banu. | 20-07-2017, 11:00
1 500 1

 


 

Prezident xanımlarının zamanla mətbuata verdiyi müsahibələrdə yaddaqalan etiraflarını təqdim edirik:

"Birinə dünya üzərində hakimiyyət, digərinə isə dünyanı idarə edən kişi üzərində hakimiyyət lazımdır", - Jaklin Kennedi;

"Hər gün səni qorxudan bir iş görmək lazımdır", - Eleonora Ruzvelt;

"Heç kim öz razılığınız olmadan sizdə natamamlıq hissi yarada bilməz", - Eleonora Ruzvelt;

"Hər istədiyini etməyə meylli olmağın əleyhinəyəm. Hər cür sərbəstlik insanı azad etmir. Həyatın mənası bundan ibarət deyil. Əminəm ki, prinsip etibarı ilə sərhədsiz azadlıq ola bilməz. Artist və görkəmli siyasi xadimin həyat yoldaşı kimi mənə elə gəlir ki, qarşımda bir neçə məhdudiyyətlər, eləcə də hərdənbir poza biləcəyim əhəmiyyətsiz qaydalar olmalıdır”, - Karla Bruni;

"Kişi qadının qəlbində də, yatağında da həmişə birinci olmaq istəyir. Qadın isə hər zaman sonuncu olmaq arzusundadır”, - Karla Bruni;

"Hər məsələdə ideal olmağa can atmaq lazım deyil, əks halda sonsuzadək əzab çəkəcəksən”, - Karla Bruni;

"Biz hər zaman yadda saxlamayıq ki, həyata pozitiv tərəfdən baxmaq lazımdır, gündəlik xeyirxah əməllər isə möhkəm sağlamlığın zəmanəti ola bilər”, - Hillari Klinton;

"Tənqidə ciddi yanaşmaq vacibdir, lakin onu ürəyinə yaxın qəbul etmək lazım deyil”, - Hillari Klinton;

"Tam iş günü anayam. Bu, mənim birinci və ən vacib vəzifəmdir”, - Melaniya Tramp;

"Siyasətlə məşğul olmamağa üstünlük verərdim. Bu, ərimin işidir”, - Melaniya Tramp;

"Xoşbəxtlik yoluxucu olmalıdır. Əgər xoşbəxtsənsə, onu başqaları ilə də paylaş”, - Lyudmila Putina;

"Ölkəmizdə yalnız imtiyazlı şəxs – uşaqlardır!”, - Eva Peron;

"Fanatizmsiz heç nəyə nail olmayacaqsan”, - Eva Peron;

"Hətta prezidentin həyat yoldaşı olsa belə o, ilk növbədə qadın, ailədə sevgi və sülhün təminatçısıdır”, - Mehriban Əliyeva;

"Ailə, ilk növbədə həmfikirlər deməkdir. Bu insanlar oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə sözün radikal mənasında müxalifət olmamalıdır”, - Mehriban Əliyeva;

"3000 cüt ayaqqabımın olması yalandır, məndə yalnız 1060 cüt var”, - İmelds Markos;

"Həyatda ən vacib iş səni yaxşı edən insanları tapmaqdır”, - Mişel Obama;

"İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız. Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim”, - Mişel Obama;

"Düşünürəm ki, haşiyədən kənara çıxmaq mənim ən yaxşı üstünlüyümdür. Bu, daim ərinin həyatı ilə yaşayıb, onun işi ilə nəfəs alanda sənə çox kömək edir. O, yumruğunu masaya vurmaq üçün evə gəlir, axı yazıq kişi də nə cürsə dincəlməlidir", - Jaklin Kennedi;

"Əlbəttə ki, nəsə bir sirr var. İki insanı birləşdirən cazibə qanunları və hisslərin sirri. Məhz o insanlar bir-birinə ehtiyac duyur. Bu, heç bir məhkəməyə və elmi qanunlara tabe olmur. Nə yaxşı ki, dünyada gizli nəsə var", - Raisa Qorbaçova;

"Mən heç vaxt və heç bir halda məhkumluqla barışa bilmərəm”, - Raisa Qorbaçova;

"Yalnız məni birinci ledi çağırmayın. Bu, yarış atının ləqəbi kimi səslənir”, - Jaklin Kennedi.publika.az

 


info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.