Günün xəbəri / Xalq təbabəti

Qoz qabığını 10 dəqiqə qaynadın...Hamı bu reseptdən danışır...

Banu. | 19-06-2016, 06:55
16 069 4

 

Qozun faydalarını saymaqla bitməz. Tərkibində zülal, lif, Omega 3, Omega 6 yağ turşuları olan qoz kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selenium, manqan mineralları və A, B1, B2, B6, C vitaminləri baxımından insan həyatında əhəmiyyətli qidalardan biridir.


Qabıqlı çərəzlərdən ən xeyirlisi olan qozun faydasını saymaqla qurtarmaz. Qadin.az bu dəfə qoz qabığının faydalarını araşdırıb.

 

 Qozun  qabığının çay dəmləyib, daxilə qəbul etmək möcüzəvi bir təsirə malikdir.

 

 Qoz Qabığını atmayın! Yığın və qaynadın.

 Qoz və qabığı da çox qədim zamanlardan bu günə qədər müxtəlif xəstəliklərin müalicəsində və  dərman istehsalında istifadə edilmişdir.


 Qozun quru qabığını çay kimi dəmləyib içmək soyuqdəymə və öskürəyə yaxşı təsir edir.  Quru və ya təzə qoz qabığının dəmləməsi bağırsaqlarda olan qurdların müalicəsi üçün də müalicəvi təsirə malikdir. Gündə iki fincan qoz qabığı məhlulu ilə bu problemin öhdəsindən gəlmək olar.


 Şəkər xəstəliyi, orqanizmdə D vitamini çatışmazlığından yaranan raxit xəstəliyi üçün də 10-15 ədəd qoz qabığına su ilə qaynadıb qəbul etmək faydalıdır.

 

 Sızanaqlı dəri üzərinə sürülməsi sızanaqların və dəri ləkələrinin keçməsinə köməkçi olur.

 

 Qoz qabığını (Quru və ya yaş) qaynayan suyun içərisinə atıb 10 dəqiqə bişirdikdən sonra saçlarımızı yuyanda saç tökülməsi dayanacaqdır.

 

 Saçlarımız əvvəlki parlaqlığına qovuşacaq və təravətini itirmiş saçlarınız güclənəcəkdir.

 

 Saçlar kəpəklərdən təmizlənmiş olacaq.

 

 Saçlarımızı hazırladığımız su ilə hər gün yumağa davam etsək , saçlardakı ağ tüklərin azalmasının şahidi olacaqsınılz.


Qoz qabığının istifadə qaydası:

 

20 ədəd qozun qabığını (xarici qismindəki sərt olan qəhvəyi qabıqları), 1 litr suda 10-15 dəqiqə qaynadın. Əldə edilən qoz qabığının suyu ilə hər gün səhər-axşam iki dəfə saçlarınızı yuyun. Daimi tətbiqdən sonra qısa müddətdə saç tökülməsinin qarşısı alınır. 

 

Müalicəni ən az üç həftə davam etməniz vacibdir.


ESMERRi | 19 iyun 2016 13:08 | Status: Brilliant user | Şərh: 5 378
Təşəkkürlər..
SEVDA | 18 iyun 2016 20:59 | Status: Nəzarətçi | Şərh: 17 439
Meslehete gore twk...
Dəniz qızı | 18 iyun 2016 20:16 | Status: Brilliant user | Şərh: 8 017
Bunu türk saytınnan oxumuşam...
B.Fereh | 18 iyun 2016 18:38 | Status: Nəzarətçi | Şərh: 6 975
Saclarim axir vaxtlar tokulmeye bawlayib:((Gerek bu resepti edem gorum ne tesir gosterir.Faydali meslehetlercun tewekkurler Banu xanim.