Gündəm xəbərləri

İlham Əliyev Azərbaycanın 17 kəndinin adını dəyişdirdi – SƏRƏNCAM

Banu. | 16-06-2015, 14:34
3 923 16
İlham Əliyev Azərbaycanın 17 kəndinin adını dəyişdirdi – SƏRƏNCAM


Nazirlər Kabinetinə göstəriş verildi.

Azərbaycan prezidenti İlham Əliyev bəzi kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.

AzadQadin.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının “Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” 2015-ci il 29 may tarixli qanunun tətbiqi haqqında imzaladığı sərəncama əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq, 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının aşağıdakı kəndlərinin adları dəyişdirilib:

1. Ağcabədi rayonu: Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi tərkibindəki Qiyaməddinli kəndi Yuxarı Qiyaməddinli kəndi adlandırılıb.

2. Ağdam rayonu: Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindəki Baharlı kəndi Gül Baharlı kəndi adlandırılıb.

3. Ağdaş rayonu: Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniarx kəndi Aşağı Qobuüstü kəndi adlandırılıb.

4. Astara rayonu: Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılıb.

5. Bərdə rayonu: Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılıb.

6. Cəlilabad rayonu: Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Kövüzbulaq kəndi Soyuqbulaq kəndi, Badamağac kəndi Güneyli kəndi, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi isə Çəmənli kəndi adlandırılıb.

7. Gədəbəy rayonu: Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi, Çobankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Qızılqaya kəndi, Əmiraslanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qasımağalı kəndi Çaykənd kəndi, Şahdağ kənd inzibati ərazi dairəsi tərkibindəki Arabaçı kəndi sə Çiçəkli kəndi adlandırılıb.

8. Göyçay rayonu: Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi Şıxlar kəndi adlandırılıb.

9. Xaçmaz rayonu: Qalağan kənd inzibati ərazi dairəsi tərkibindəki İlxıçı kəndi Məmmədxanlı kəndi adlandırılıb.

10. İsmayıllı rayonu: Müdri kənd inzibati ərazi dairəsi tərkibindəki Cülyan kəndi Yuxarı Cülyan kəndi adlandırılıb.

11. Kəlbəcər rayonu: Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi, Daşbulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Günəşqaya kəndi, Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi, Əsrik kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeşəvənd kəndi isə Alıbəyli kəndi adlandırılıb.

12. Kürdəmir rayonu: Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabucaq kəndi Axtaçı Qarabucaq kəndi adlandırılıb.

13. Quba rayonu: Amsar kənd inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi Yuxarı Digah kəndi adlandırılıb.

14. Laçın rayonu: Zerti kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbulaq kəndi Sarıbaba kəndi adlandırılıb.

15. Tərtər rayonu: 15.1. Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi, Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Yuxarı Qapanlı kəndi adlandırılsın və Qapanlı kənd inzibati ərazi dairəsi Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi hesab edilib, Soyulan kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Alışarlı kəndi, Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi, Düyərli kənd inzibati ərazi dairəsi tərkibindəki Sarıcalı kəndi Yuxarı Sarıcalı kəndi, Qaraağacı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndi isə Yuxarı Qaradağlı kəndi adlandırılıb.

16. Ucar rayonu: Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılıb.

17. Zaqatala rayonu: Dombabinə kənd inzibati ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılıb və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilib, Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılıb, Əli Bayramlı kənd inzibati ərazi dairəsi isə Dağlı kənd inzibati ərazi dairəsi hesab edilib.

Yagis_Negmesi | 29 noyabr 2015 19:44 | Status: Gümüş user | Şərh: 1 614
Lap yaxwi bizimde rayon var idi
Elcin sangu........ | 31 avqust 2015 13:04 | Status: VİP user | Şərh: 631
tewekkurleer
Ay_Sun | 18 iyun 2015 00:48 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Nergiz love
Gozmuz aydin.
Sunay Elizade | 17 iyun 2015 14:40 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi
SEVDA | 17 iyun 2015 09:46 | Status: Nəzarətçi | Şərh: 17 441
Lap yaxwı...
birdane | 16 iyun 2015 23:00 | Status: Professional user | Şərh: 3 726
Sitat: BULUTUM
Tewekkurler
Meley... | 16 iyun 2015 21:57 | Status: VİP user | Şərh: 696
burada bizimde rayonin adi var ama yenede kecmis adnan deyilir
Nergiz love | 16 iyun 2015 19:41 | Status: Professional user | Şərh: 7 871
Gozmuz aydin.
BULUTUM | 16 iyun 2015 18:32 | Status: Professional user | Şərh: 7 388
Tewekkurler
SABINA | 16 iyun 2015 17:07 | Status: Professional user | Şərh: 7 410
Kəlbəcər və Laçının adı çəkilən kəndlərinin adı təəssüf ki coxdan deyisdirilib murdar ermeniler terefinden.xeritede izleri tozlari da qalmayib.adam axtaranda da tapa bilmir internetde xeritede.
lady sweet | 16 iyun 2015 16:52 | Status: Gümüş user | Şərh: 1 880
Özü bilər nə deyək laughing
Real Madrid CF | 16 iyun 2015 16:39 | Status: Qonaq | Şərh: 0
Sitat: SEVA
Azerbaycanda deyesen her sey yolunda gedir indi baslayiblar ad deyisdirmeye ondansa qaz su yol ceksinler bunlari elesinlerde

he vallah seherin ele yerleri varkiii kanalsazisiya sistemide yoxdur:)Bunlar ad deyisdirirler bunun ne menasi varki yenedee ne deyek..men bakiliyam.
SEVA | 16 iyun 2015 16:18 | Status: Professional user | Şərh: 5 150
Azerbaycanda deyesen her sey yolunda gedir indi baslayiblar ad deyisdirmeye ondansa qaz su yol ceksinler bunlari elesinlerde
Nurus. | 16 iyun 2015 15:58 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Ag Gul
Bizim rayon yoxdu :)

bizimkide.. winked
Ag Gul | 16 iyun 2015 15:25 | Status: Professional user | Şərh: 4 333
Bizim rayon yoxdu :)
KARAGULUM | 16 iyun 2015 15:08 | Status: Gümüş user | Şərh: 1 433
Bizim oz kendimizin adi gozel idi ...adamin diline de yatmir bu teze ad

Oturub ad deyiwmekdense serencam imzalamaqdansa gelib qaz su yol ceksinler ... angry