Gündəm xəbərləri

İlham Mirzəyev barədə şok İTTİHAM AKTI

Banu. | 11-09-2014, 14:43
15 801 29
İlham Mirzəyev barədə şok İTTİHAM AKTI


Xəbər verildiyi kimi, iki gün əvvəl Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirildi.
Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənlər Aynur Əhmədova, Zülfiyyə Əhmədova və Rəşad Daşdəmirov iştirak edirdilər. Hakim hazırkı iş üzrə dövlət ittihamını Bakı Şəhər Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Nəriman Babayevin, İ.Mirzəyevin hüquqlarını isə vəkillər Xanlar Bayramzadə və İkram Abdullayevin müdafiə etdiyini elan etmişdi.
Amma maraqlıdır ki, İ.Mirzəyev məhkəmənin hazırlıq iclasında söz alaraq prosesin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəmişdi. Lakin jurnalistlər də hesab edir ki, onun bu vəsatəti təmin olunmamalıdır, çünki onun ittiham olunduğu dələduzluq maddəsi ictimai əhəmiyyət daşıyır və ictimaiyyət bu cinayətin motivlərini mətbuatdan oxuyub xəbər tutmalıdır. Bu isə hər kəsin konstitusion hüququdur, məhdudlaşdırıla bilməz.
"Təzadlar" qəzeti İlham Mirzəyev barədə ittiham aktını əldə edib:
 
İTTİHAM AKTI
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Əliyev İsrayıl İsrayıl oğlu, Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin (CM) 178.2.2. 178.2.3 və 178.2 4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim.
Həmin cinayət işi 10 aprel, 2014-cü il tarixdə tərəfımdən faktla görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü mıaddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır.
 
”İlhaMed” Tibb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlu Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro müqabilində cadugərlik yolu ilə ona yalan vəd verib pulunu mənimsəmişdir.
Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhəri, Nərimanov rayunu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında fəaliyyət göstərən "İlhaMed” Tİbb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlunun Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro müqabilində cadugərlik yolu ilə yalan vəd verib, 09 aprel, 2014-cü il tarixdə tibb mərkəzindəki iş otağında Aynur Əhmədovadan 1600 avro pulunu aldatma yolu ilə alaraq ələ keçirməsi,
10 aprel, 2014-cü il tarixdə saat 15:30-da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Aynur Əhmədovanın şikayət ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncunun növbəti dəfə «İlhaMed» Tibb Mərkəzinə gələrək əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro pul əskinaslarından ibarət 1400 avro pulu mərkəzin direktoru İlham Mirzəyevə iş otağında verməsi, bununla da İlham Mirzəyevin Aynur Əhmədovaya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000 avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətdikdən sonra yaxalanması faktına görə toplanmış materiallar olmuşdur.
10 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməklə şübhəli şəxs qismində tutulmuşdur.
12 aprel, 2014-cü il tarixdə tərəfimdən cinayət işi üzrə şübhəli şəxs Mirzəyev İlham Əlikram oğlunun öz qulluq mövqeyindən istifadə etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdən ibarət cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı bu maddələr üzrə davam etdirilmişdir.
12 aprel 2014-cü il tarixdə tərəfimdən Mirzəyev İlham Əlikram oğlu cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3. və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun qərarı ilə barəsində 2 (iki) ay müddətində həbs-qətimkan tədbiri seçilmişdir.
02 avqust, 2014-cü il tarixdə tərəfimdən təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.3. və 178.2.4-cü maddələrindən həmin maddələr üzrə davam etdirilmişdir.
04 avqust, 2014-cü il tarixdə tərəfimdən ibtidai istintaq zamanı 12 aprel, 2014-cü il tarixdə təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğluna elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3 və 178.2.4-cü maddələri yenidən ittiham elan edilmişdir.
04 iyul, 2014-cü il tarixdə Azərbaycan Respubilkası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ayadək, yəni 10 sentyabr, 2014-cü il tarixə kimi uzadılmışdır.
05 iyul, 2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun qərarı ilə təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun həbsdə saxlanılma müddəti 2 (iki) ay olmaqla 10 sentyabr, 2014-cü il tarixədək uzadılmışdır.
Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Mirzəyev İlham Əlikram oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Y.Əliyev küçəsi, 34 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətinin aqlay daşı ilə döşənməsindən ötrü usta kimi müraciət etdiyi Daşdəmirov Rəşad Yaşar oğlunun etibarından sui-istifadə edərək təmir-tikinti işlərində istifadə ediləcək aqlay daşının pulunu görüləcək işin sonunda ödəyəcəyinə dair yalan vəd verib onu aldatmış, Rəşad Daşdəmirov 2012-ci ilin may ayından həmin ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində qeyd olunan ünvanda öz vəsaiti hesabına aldığı aqlay daşı ilə döşənmə işlərini tam olaraq başa çatdırsa da o, istifadə olunan 5000 manat dəyərində aqlay daşının pulunu ödəməyib aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs Rəşad Daşdəmirova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
«İlham Əlikram oğlu Mirzəyev 10 fevral, 2014-cü il tarixdən 02 aprel, 2014-cü il tarixədək olan müddət ərzində «İlhaMed» tibb mərkəzində müalicə kursu adı ilə Zülfiyyə Əhmədovanın hissə-hissə olmaqla 1452 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirmişdir…»
Bundan başqa, İlham Mİrzəyev təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi və direktoru olduğu «TANRI» Elmi-İstehsalat Firmasının nəzdində Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında fəaliyyət göstərən «İlhaMed» tibb mərkəzində ona müraciət etmiş Əhmədova Zülfiyyə Namaz qızının etibarından sui-istifadə edərək həmin tibb mərkəzində 16 seanslıq ödənişli müalicə kursu keçdikdən sonra oğlu Əhmədov İdris Fəxrəddin oğlunun problemini tam şəkildə aradan qaldıracağına dair yalan vəd verib.
İlham Mirzəyev 10 fevral, 2014-cü il tarixdən 02 aprel 2014-cü il tarixədək olan müddət ərzində «İlhaMed» tibb mərkəzində müalicə kursu adı ilə Zülfiyyə Əhmədovanın hissə-hissə olmaqla 1452 manat məbləğində pulunu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir.
Bundan başqa, İlham Mirzəyev təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçi və direktoru olduğu «İlhaMed» tibb mərkəzində ona müraciət etmiş Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro pul müqabilində cadugərlik yolu ilə yalan vəd verib, 09 aprel, 2014-cü il tarixdə «İlhaMed» tibb mərkəzindəki iş otağında Aynur Əhmədovanın həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1730 manat 88 qəpik təşkil edən 1600 avro pulunu aldatma yolu ilə alaraq ələ keçirmiş, guya məsələnin müsbət həlli üçün Aynur Əhmədovanın və ailə qurmaq istədiyi şəxsin fotoşəkiləlrini 3000 avro pulla birlikdə təcili İsrail dövlətinə göndərməli olduğunu bildirərək qalan 1400 avro pulu növbəti gün ona verməsini istəmişdir.
Bundan sonra İlham Mirzəyev tərəfindən aldadılması qənaətinə gələn Aynur Əhmədova 10 aprel, 2014-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bu barədə şikayə ərizəsi ilə müraciət etmiş, həmin müraciət əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən 10 aprel, 2014-cü il tarixdə saat 15:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Aynur Əhmədova növbəti dəfə «İlhaMed» tibb mərkəzinə gələrək əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro pul əsginaslarından ibarət həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1520 manat 68 qəpik təşkil edən 1400 avro pulu mərkəzin direktoru İlham Mirzəyevə iş otağında vermiş, bununla da İlham Mirzəyev Aynur Əhmədovaya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərində 3000 avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq cinayətini törətdikdən sonra tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən iş otağında saxlanılmış, baxış zamanı seriya və nömrələri qeyd olunmaqla əməliyyat tədbirində istifadə olunan və bir qədər əvvəl Aynur Əhmədova tərəfindən ona təqdim olunmuş 14 ədəd 100-lük avro pul əsginasları İlham Mirzəyevin iş otağındakı şkafın yuxarıdan ikinci siyirməsindən aşkar edilərək götürülmüşdür…"ANS PRESS 

ESMERRi | 6 dekabr 2015 19:03 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Yagis_Negmesi
Sitat: Nigar
Sitat: nurlana nurlana
Hamını ağladan ilham axırda özü ağladı
Yagis_Negmesi | 3 dekabr 2015 00:01 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Nigar
Sitat: nurlana nurlana
Hamını ağladan ilham axırda özü ağladı
milashka_167 | 16 noyabr 2015 11:25 | Status: VİP user | Şərh: 1 452
Sitat: nurlana nurlana
Hamını ağladan ilham axırda özü ağladı
dılay | 8 noyabr 2015 14:21 | Status: Brilliant user | Şərh: 8 184
GedenDe ozuynen desmal aparIb goren
ESMERRi | 7 noyabr 2015 00:11 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: ESMER
Sitat: asif aqayev
qula xeta gelmez Rebbim yazmasa Rebbim xeta yazmaz qulu azmasa yolunu azanlarin axir aqibeti budur

Qula xeta gelmez REBBIM yazmasa REBBIM xeta yazmaz qulu azmasa yolunu azanlarin axir aqibeti budur

QULA XETA GELMEZ REBBIM YAZMASA REBBIM XETA YAZMAZ QULU AZMASA

QULA XETA GELMEZ REBBIM YAZMASA REBBIM XETA YAZMAZ QULU AZMASA YOLUNU AZANLARIN AXI AQIBETI BUDUR

YOLUNU AZMASA IDI BELE DE OLMAZDI
ESMER | 24 oktyabr 2015 10:50 | Status: VİP user | Şərh: 817
Sitat: asif aqayev
qula xeta gelmez Rebbim yazmasa Rebbim xeta yazmaz qulu azmasa yolunu azanlarin axir aqibeti budur

Qula xeta gelmez REBBIM yazmasa REBBIM xeta yazmaz qulu azmasa yolunu azanlarin axir aqibeti budur

QULA XETA GELMEZ REBBIM YAZMASA REBBIM XETA YAZMAZ QULU AZMASA

QULA XETA GELMEZ REBBIM YAZMASA REBBIM XETA YAZMAZ QULU AZMASA YOLUNU AZANLARIN AXI AQIBETI BUDUR

YOLUNU AZMASA IDI BELE DE OLMAZDI
Nigar | 24 fevral 2015 14:29 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: nurlana nurlana
Hamını ağladan ilham axırda özü ağladı
asif aqayev | 10 fevral 2015 20:54 | Status: Qonaq | Şərh: 0
qula xeta gelmez Rebbim yazmasa Rebbim xeta yazmaz qulu azmasa yolunu azanlarin axir aqibeti budur

Qula xeta gelmez REBBIM yazmasa REBBIM xeta yazmaz qulu azmasa yolunu azanlarin axir aqibeti budur

QULA XETA GELMEZ REBBIM YAZMASA REBBIM XETA YAZMAZ QULU AZMASA

QULA XETA GELMEZ REBBIM YAZMASA REBBIM XETA YAZMAZ QULU AZMASA YOLUNU AZANLARIN AXI AQIBETI BUDUR

YOLUNU AZMASA IDI BELE DE OLMAZDI
nurlana nurlana | 10 fevral 2015 18:57 | Status: Gümüş user | Şərh: 1 950
Hamını ağladan ilham axırda özü ağladı
N....N92 | 28 noyabr 2014 19:55 | Status: Professional user | Şərh: 4 351
Sitat: TENHA_MELEK
Sitat: kimsesiz23
Sitat: Nara88
hamini o qeder aglatdiki indi ozu agliyir

0116

Halaldir duz dedin bacim.
Ay_Sun | 15 sentyabr 2014 11:16 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: kimsesiz23
Sitat: Nara88
hamini o qeder aglatdiki indi ozu agliyir

0116

Halaldir duz dedin bacim.
Sitat: Nara88
hamini o qeder aglatdiki indi ozu agliyir

0116
Nara88 | 13 sentyabr 2014 12:37 | Status: Professional user | Şərh: 4 253
hamini o qeder aglatdiki indi ozu agliyir
lalita | 13 sentyabr 2014 10:11 | Status: VİP user | Şərh: 1 390
biz birdefelik bilmeliyikki,ALLAHDAN basqa bize hec kim komek ede bilmez.Ureyini temiz saxla insanlara pjslik haqqinda hec fikirlesmede goreceksen her sey yaxsi olacaq .Qaldi pulu cox olanlar bir az cetine dusen kimi her seyi atib dusurler falcilarin uzerine onlarda neynecin mufte puldude.tesekkurler
indra | 13 sentyabr 2014 01:38 | Status: VİP user | Şərh: 908
Doğrusuni Allah bilir
Vetenperver | 13 sentyabr 2014 00:35 | Status: Professional user | Şərh: 6 700
İlham Mirzəyevə insanların inamı böyük idi,ona görə İlham insanların etibarından sui istifadə edərək onları aldadıb,pullarını mənimsəyib.Yəni fırıldaqçılıq edib.İlhamı belə bilməzdim.Özgə malını talamağın axırı belə olar,indi çək cəzanı.
Damla | 12 sentyabr 2014 11:20 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: Nergiz love
Deyekki Ilham cadugarliq edib bes onun yanina gedib caduya inananlarin aqli harda idi.

Raziyam sizinle..

3000 euro 1600 euro..Yanina gedanlar kasib adamlar olmayib...Belke Ilham deyacak get ozunu dagdan at atacaq goresen bu insanlar..Goresen kimlere cadu elatdirirmiwler 3000 euroluq..Yeqin butun neslin dilini agzini baglamaq isteyibler...
angry
Nergiz love | 12 sentyabr 2014 10:13 | Status: Professional user | Şərh: 7 871
Deyekki Ilham cadugarliq edib bes onun yanina gedib caduya inananlarin aqli harda idi.
BULUTUM | 12 sentyabr 2014 05:08 | Status: Professional user | Şərh: 7 388
Allah en edaletli vekildi.gec tez payivi aldin.
ŞehZam | 12 sentyabr 2014 01:33 | Status: Professional user | Şərh: 2 577
Heç inanmağım gəlmire recourse
ehtibar | 11 sentyabr 2014 23:43 | Status: Gümüş user | Şərh: 2 547
esas bizim wertimiz nedi haqli haqsiz muhakime elemek
sweet_girl | 11 sentyabr 2014 23:26 | Status: Şərhçi | Şərh: 585
ALLAH HAMIYA,HAMIYA KOMEK OLSUN....BAWQA HEC NE DEYE BILMIREM.DONUB QALMIWAM.
nara hesenova | 11 sentyabr 2014 19:38 | Status: Gümüş user | Şərh: 1 201
Aldiqin haram pullar burnunnan gelsin.
SEVA | 11 sentyabr 2014 17:59 | Status: Professional user | Şərh: 5 150
tesekkurler
amerika | 11 sentyabr 2014 17:04 | Status: Şərhçi | Şərh: 278
Allah kömeyi olsun.
fea | 11 sentyabr 2014 16:18 | Status: Gümüş user | Şərh: 1 737
oldum olasi bu kisiden zehlem gedif
Ag Gul | 11 sentyabr 2014 15:40 | Status: Professional user | Şərh: 4 333
Bıyyyyy gör camaatın başına ne oyunlar açıb
YAXSIKI BUNU FEYLIN ACHDILAR.YOXSA ADAM QALMAZDI ALDANARDI
SEVDA | 11 sentyabr 2014 14:50 | Status: Nəzarətçi | Şərh: 17 441
Tekce veriliwinde deyil,veriliwinden kenarda da adamları ağladırmıw.....