Gözəllik / Üz dərisinə qulluq

Xanımların qorxulu yuxusu – dəri dərdi

Aynur_Qurbanqizi | 20-07-2012, 10:46
11 823 62

Xanımların qorxulu yuxusu – dəri dərdi...

 Yay yaxınlaşdıqca xanımlar üzlərindəki problemləri aradan qaldırmaq, dərilərini daha da gözəl və təravətli etmək üçün müxtəlif vasitələrdən xüsusilə çox istifadə etməyə başlayırlar. Eyni zamanda kosmetoloqlara da müraciət edirlər. Azərbaycan xanımlarının kosmetoloji sahədə hansı problemlərlə üzləşdiklərini və digər çətinliklərini bilmək üçün
 həkim-kosmetoloq Xariqə Quliyeva ilə söhbətləşdik


Qeyd edək ki,
Xariqə Quliyeva ilk dəfə kosmetologiya kursunu Türkiyədə keçib. İstanbuldakı Beykoz Acarkənddə "Dior” estetik mərkəzdə olub. Daha sonra Moskva, Sankt-Peterburq, Almaniya, İtaliya və Avstriyada kosmetoloji sahədə təcrübəsini artırıb. Ən əsası isə Madonnanın kosmetoloqu Alina Flatelladan pilinq, botoks və muzoterapiya kursu keçən yeganə azərbaycanlı həkim-kosmetoloqdur. Bu yaxınlarda Türkiyədəki məşhur "Termalayt” estetik mərkəzində olub və Bakıya yeni cihazlar gətirib. Bu cihaz vasitəsilə arzu olunmayan tatuajların üzdən, qaşdan, əldən silinməsi mümkündür.


Həkim-kosmetoloq söhbət zamanı ilk olaraq xanımlarımızı daha çox narahat edən problemə toxunub: "Azərbaycanda qadınları ən çox narahat edən problem vaxtından əvvəl dəri qırışlarının, ləkələrin əmələ gəlməsi, dəri tonusunun zəifləməsidir. Soruşanda "dəriyə necə qulluq edirsiz, nədən istifadə edirsiz”, ilk cavabları "ən bahalı kremləri çəkirik” şəklində olur. Krem bahalı ola bilər, amma düzgün seçilmir. Dəri yağlı, quru, qarışıq tipdə olur. Məsələn, quru dəriyə nəmləndirici krem əvəzinə, qidalandırıcı krem vururlar ki, bu da istər-istəməz problem yaradır. Xanımlar kremdən düzgün istifadə qaydasını bilmirlər. Fərqi yoxdur bahalı, ucuz olsun, sadəcə gərək düzgün seçilsin. Xırda bir detalı misal çəkim. Günəşdən müdafiə kremindən istifadə edərkən elə bilirlər ki, onun tərkibində SP faktoru yüksək olsa daha effektlidir. Amma belə deyil. Qarayanız dərilər üçün bu faktorlar az, ağ dərilər üçün isə çox olsa yaxşıdır”.


X.Quliyeva tatuaj və dodaq gelləri ilə bağlı məsələyə də toxunub. Sən demə, son vaxtlar tatuaj etdirənlərdənsə, onları sildirənlər çox olur: "Kimdəsə hansısa qaş forması xoşuna0 gəlsə, professional fikrini nəzərə almadan, yaraşdı-yaraşmadı o qaş formasını çəkdirir. Qısa müddətdən sonra isə bu, arzuolunmaz hala çevrilir. Ondan qurtulmaq istəyirlər və qeyri-peşəkarlara müraciət edirlər. Onlar da ağ, ətrəngində olan tonlardan istifadə edib guya tatuajı təmizləyirlər. Bu isə cihaz vasitəsilə tatuajın dəridən çıxarılmasına mane olur. Çünki lazer qara, tünd qəhvəyi rəngləri daha yaxşı görür, başqa rənglərə qarşı kordur. Dodaq gelləri haqqında isə onu deyə bilərəm ki, natural və biosintetik olurlar. Mən məsləhət görərdim ki, qadınlar təbii gellərə üstünlük versinlər. Çünki təbii gellər sinavial mayedən – orqanizmdə olan hüceyrələrdən hazırlanmış asidlərdir. Onların vasitəsilə gel bizə gəlir. 6-9, bəzən 12 aya qədər qalıcı olur. Amma bizim xanımlar uzun ömürlülərə üstünlük verirlər. Biosintetik gellər isə 2, 3, 5, bəzən ömürlük olduğundan onlardan istifadə edirlər. Sonra da problemlərlə qarşılaşırlar. Ancaq artıq gec olur. Çünki o geli dodaqdan çıxarmaq çox çətin olur. Hətta əməliyyat yolu ilə belə”.


Kosmetoloq artıq çəki nəticəsində yaranan sellülitlə yanaşı, uşaq əmizdirdikdən sonra qadınların sinəsində əmələ gələn çapıqların da aradan qaldırılmasının mümkün olduğunu vurğulayıb: "Əgər 100 qadından heç olmasa 20-si idmanla məşğul olarsa, onları ayaq üstə alqışlayaram. Qadınlar istər doğuşdan sonra, istərsə də hərəkətsizlik nəticəsində kökəlirlər. Bu da sellülit problemi ilə üzləşdirir. Bir də süd verəndən sonra süd vəzilərində problem yaranır. Ya da hamilə vaxtı düzgün qidalanmamaq, hərəkətsizlik artıq çəki almasına səbəb olur. Doğuşdan sonra yığılan artıq çəkidən azad olmağa məcbur qalırlar. Bu problemi aradan qaldırmaq üçün muzoterapiyadan istifadə edirik. Burda kalloqen-elastin sintezini gücləndirən dərman preparatlarından istifadə edirik ki, dəri elastikliyini gücləndirir, boşalmanı, elastikliyi bərpa edir. Ancaq bu, doğuşdan bir neçə il keçdikdən sonra yox, süd verməni dayandırdıqdan sonra olmalıdır. Yəni, çapıqlar yeni olmalıdır. Bu da qısa müddətə olmur, ən azı 10 dəfə həftədə bir dəfə olmaqla təkrarlanmalıdır. Prosedur 10 dəqiqə davam edir və ağrı vermir”.

Fəsil dəyişikliyi ilə əlaqədar qadın və kişilərdə saç tökülmələrinin aradan qaldırılması üçün isə ilk növbədə əsəb sistemi sakitləşməlidir. Bitki mənşəli sakitləşdiricilərdən istifadə etmək, düzgün qidalanmaq, stressi aradan qaldırmaq lazımdır. Bir də saç dibi müəyyənləşdikdən sonra ona uyğun şampun seçilməlidir.

 



Gözaltı qaraları aradan qaldırmaq üçün də ilk olaraq onların əmələ gəlmə səbəbini bilmək lazımdır. Bunun üçün analiz verilməli, qanda hemoqlobinin miqdarı bilinməli, əsəb sistemi yoxlanmalı, yorğunluq, yuxusuzluq, gündəlik rejim normaya salınmalıdır. Bu problemlər aradan qaldırmaqla paralel olaraq muzoterapiyanın köməkliyi ilə müxtəlif komplekslərdən istifadə edərək dəridə çatışmayan vitaminləri bərpa etmək olur.



"Bizim qadınlar dəriyə vacib bir orqan kimi baxmırlar”

Son dövrlər üzə qulluq vasitələri sırasında pilinq də əhəmiyyətli yer tutur. Pilinq dərinin problemli epidermal qatının tamamilə aradan qaldırılması deməkdir. İldə bir dəfə pilinq etmək hər qadına mütləqdir. Ümumiyyətlə, pilinq üç cür olur - orta, səthi, daha dərin. Əksər qadınlar daha dərin pilinqi iş həyatı, gündəlik rejimlə əlaqədar olaraq qəbul etmir. Amma ən yaxşı pilinq orta və səthi pilinqdir ki, bu da hər bir qadına vacib və məsləhətlidir. Bu prosedur bir neçə mərhələdə aparılır: "Hazırda gətirdiyim yeni avadanlıqla iki mərhələ bir arada həyata keçirilir. Meyvəli turşular var. Onun tərkibindəki AHA-nın faizləri dəri tipinə görə seçilir, sonra dərinin üzərinə sürtülərək üst qat götürülür. Bununla dəridə kalloqen-elastin sintezi gücləndirilir. Dəri daha yaxşı nəfəs alır. Dəri tonunda açılmalar, parlaqlıq, üz ovalında yaxşılaşma olur. Xırda qırışların açılması belə pilinqlə aradan qaldırıla bilər”.


Pilinqdən sonra dəridə bəzi xırda problemlər yaranır. Faizi az pilinqlərdə ilk 2-3 gün problem olur, yəni üz qabıqlayır. Bu zaman 5-7 gün dəriyə su vurulmamalı, yağlandırıcı, qidalandırıcı kremlər çəkilməməli, yalnız yanıq əleyhinə kremlərdən istifadə olunmalıdır: "Sonra prosajdan istifadə edirik. Dərinin ölmüş toxumaları tamamilə aradan qaldırılandan sonra təmizlənmiş, daha təravətli dəri əmələ gəlir. Muzoterapiya da bu dəriyə daha yaxşı təsir göstərir. Ümumiyyətlə, mən pilinq və muzoterapiyanı paralel şəkildə aşağı faizlə aparıram. Onda istifadə olunan dərman dərinin daha dərin qatlarına ötürülür”.

 


Amma bu o demək deyil ki, pilinqin dəriyə heç bir ziyanı ola bilməz. Məhz belə gözlənilməz fəsadlarla qarşılaşmamaqdan ötrü pilinq etməzdən əvvəl hər bir qadından analizlər götürülür. Dərinin həssaslığı, allergen mənşəli faktorların olması araşdırılır. Dəri hansısa qıcığa cavab verərsə, belə hallarda daha az faizli pilinqdən istifadə olunur, bəzənsə ümumiyyətlə məsləhət görülmür: "O zaman biz mexaniki pilinqlərdən istifadə edirik. Sıradan pilinqlərdən yox. Bu da cihaz vasitəsilə həyata keçirilir ki, orda hansısa məhluldan istifadə olunmur. Göstəriş varsa, ildə 2-3 dəfə pilinq etmək olar. Bu da mövsümi xarakter daşıyır. Bəzən deyirlər ki, ilin hər dövründə pilinq etmək olar. Bu, doğru deyil, daha doğrusu bizim qadınlara aid deyil. Çünki bizim qadınlar dəriyə vacib bir orqan kimi baxmırlar. Pilinq edən qadınlar SP faktorlarından daha çox istifadə etməlidirlər. Amma əminəm ki, bizim qadınlar bundan heç vaxt istifadə etmirlər. 100 qadından 30-u SP faktorundan düzgün istifadə etsə, çox sevinərəm”.


Xariqə Quliyeva botoks barədə də söhbət açdı. "Bir çox xanım botoksu ilan zəhəri kimi qəbul edir, ondan sonra ölüm təhlükəsi ola bilərmi deyə düşünürlər” söyləyən kosmetoloq bunun yanlış fikir olduğunu deyir. Onun sözlərinə görə, hər xanım həyatında 40-50 dəfə olmaqla botoksdan istifadə edə bilər. Botoks problemli, qırışlı zonada əzələnin dondurulması deməkdir. Bu terapiya 1953-cü ildə amerikan alimi Pitr tərəfindən həyata keçirilib. Botoks terapiyanın orqanizm üçün nəzərdə tutulmuş boklotoksin çöpləri var ki, onlar problemli zonanı hamarlayaraq 3-6-9 aya qədər həmin hissəni dondurur: "Elə xanımlar var ki, qaş düşmələrindən şikayət edirlər. Bundan başqa, bizim xanımlar emosional olduqlarına görə, onların alınlarında, göz ətrafında qırışları yaranır ki, o cür problemlərin aradan qaldırılmasının ən radikal variantı botoks terapiyadır. Beldə radikulitin aradan qaldırılmasında, göz qırpmalarında, nevroloji xəstəliklərdə də bu terapiya tətbiq olunmaqdadır”.

 




"Bizdə baxımlı qadın çoxdur, amma düzgün baxan azdır”

Qadınlarda dəri problemləri sırasında daha çox rast gəlinən "uqri”, sızanaq, çivzələrdir. Bu da qida rasionundan düzgün istifadə etməmək nəticəsində yaranır: ”Biz yağlı, duzlu, qızardılmış yeməklərə üstünlük veririk. Düzgün qidalanmamaq mədə-bağırsaq problemi yaradır ki, bu da üzə mənfi təsir göstərir. İlk növbədə bu problem aradan qaldırılmalıdır ki, sızanaq, çivzələr də təmizlənsin. Eyni zamanda immun sistemi yüksəldilməli, əsəb sakitləşdirilməli, ginekoloji problemlər həll olunmalıdır. Bunların hamısı paralel aparılmalıdır. Ondan sonra üzü təmizləmək olar. Üzün təmizlənməsi də 3-6 aydan bir olmalıdr. Üz təmizləndikdə poraların arasında olan dəri tıxacları təmizlənir və dəri rahat nəfəs alır”.

Həkim-kosmetoloq xanımlardan bir məsləhətini də əsirgəməyib. Bildirib ki, ümumiyyətlə üzə mümkün qədər az su vurulmalıdır. Kosmetika dəridən süd, ardınca tonik vasitəsilə təmizlənməlidir. O vasitələrin özləri də dəri tiplərinə görə müəyyənləşməlidir. Sabun isə üzə heç olmaz. Bundan başqa, qidalandırıcı və nəmləndirici krem çölə çıxmazdan yarım saat əvvəl üzə vurulmalıdır. Kremi üzə çəkən kimi dərhal bayıra çıxmaq düzgün qulluq sayılmır. Tonal kremlərə gəlincə, professional tonal kremlərindən istifadə etmək düzgün deyil. Gündəlik həyat üçün nəzərdə tutulan tonal kremdən istifadə olunmalıdır. Tərkibində isə SP faktorunun olması mütləqdir. Ən əsası isə üzdə makiyajı 3 saatdan artıq saxlamaq doğru deyil: "Bizdə baxımlı qadın çoxdur, amma düzgün baxan azdır. Xanımlarımız daha çox üst bəzəyə üstünlük verirlər. Profilaktik tədbirlər üçün ildə heç bir dəfə də kosmetoloqa müraciət etmirlər. Gözləyirlər hansısa problem yaransın ondan sonra gəlsinlər. Yəni istəyirlər ki, sadəcə bəzək üçün dəriləri təmizlənsin, təravətlənsin, nəmləsin, qidalansın. Bir sözlə, kosmetologiyaya bir müalicə kimi yanaşan çox az qadın var. Yalnız gözəllik məqsədilə yanaşırlar”.


birdane | 24 mart 2014 20:51 | Status: Professional user | Şərh: 3 726
tesekkurler
myself | 27 noyabr 2013 00:08 | Status: Qonaq | Şərh: 0
tesekkurler.deriye qulluq her zaman lazimdir
leman1 | 20 noyabr 2013 17:46 | Status: Şərhçi | Şərh: 204
Tshk xebere gore.
Xeyale05 | 31 iyul 2013 14:13 | Status: Şərhçi | Şərh: 273
teshekkurleeeeeeeeeer
mehimim | 18 iyun 2013 14:08 | Status: VİP user | Şərh: 663
GEREYIM OLMAZ INSALLAH
Mickey Mouse | 8 iyun 2013 16:31 | Status: Professional user | Şərh: 4 008
Bele sey qokki.
Hande 18 | 3 iyun 2013 14:01 | Status: Professional user | Şərh: 3 302
allaha wukur mende bele weyler yoxdu
mehimim | 29 may 2013 06:06 | Status: VİP user | Şərh: 663
YEQIN KI ISTIFADE ETMEREM
nailem | 7 aprel 2013 20:01 | Status: Şərhçi | Şərh: 314

duzdu .tsk

Nigar | 27 mart 2013 20:09 | Status: Gümüş user | Şərh: 6 063
twk n44
Girl | 25 mart 2013 10:47 | Status: Professional user | Şərh: 8 206
allaha wukur mende bele weyler yoxdu
onsuz heyat yoxdu | 21 noyabr 2012 01:50 | Status: Şərhçi | Şərh: 414
menim agiz nahiyemde 2 qiris yaranir ona gore cox eseblesiremdaaaa,bilmire ne itin oynunu getirim ki duzelsin gulende 2qiris yaranmasin deye.Balda cekdim xeyr elemedi,bananda eledim nece defelernen xeyr elemedi,nebilim o geder maska lar eledim ki ne xeyriye,kohne hamam kohne tas. wink
Nurus. | 21 noyabr 2012 01:23 | Status: Brilliant user | Şərh: 6 982
Allaha min sukirki menim derimde hecbirsey yoxdur hemdeki men kasmetkadan cox istifade etmirem ona gore derim temizdir
sheyla | 20 noyabr 2012 22:47 | Status: Professional user | Şərh: 836
minlerce kes Allahima sukurler olsun ki, derimle bagli sikayetim olmayib bu gune kimi, insaallah da ki, bundan bele de olmaz.Her gece gidalandirici kremlerden istifade edirem.heftede 1 defe uzumu bitki demlemesi ile buxara verirem,daha sonra zeytun ve ya badam yagindan istifade edirem.
casiye 45 | 20 noyabr 2012 20:13 | Status: Gümüş user | Şərh: 1 449
men helem duzgun kremi yada maskani tapa bilmemiwemde
Nam Gyu Ri | 20 noyabr 2012 19:28 | Status: Qonaq | Şərh: 0
TESHEKKUR
Asya Qurbanova | 20 noyabr 2012 14:06 | Status: Gümüş user | Şərh: 715
Men dede var o sizanaqlardan cenemde cox pisdi mamam oldure oldure sixir
Seva-Azer. | 20 noyabr 2012 13:33 | Status: Qonaq | Şərh: 2 351
Yarali yerimdir. tşk
Princess_93 | 20 noyabr 2012 13:18 | Status: Brilliant user | Şərh: 5 877
tewekkurler
G-----16 | 20 noyabr 2012 12:29 | Status: Gümüş user | Şərh: 2 227
tesekkurler :n28:
gulya20 | 20 noyabr 2012 11:26 | Status: Professional user | Şərh: 4 677
Preblemim yoxdu,Insallahda olmaz.
ruzgargulum | 20 noyabr 2012 10:58 | Status: Brilliant user | Şərh: 2 493
mende vaxti gelende istifade edecem tsk
Aya:)) | 20 noyabr 2012 10:35 | Status: Gümüş user | Şərh: 2 239
təşəkkürlər
S24 | 5 oktyabr 2012 19:37 | Status: Gümüş user | Şərh: 797
demeyin hele yasa dolanda ne edecem bilmirem
cucem. | 23 sentyabr 2012 05:30 | Status: Professional user | Şərh: 4 415
Sitat: azeri_oglu
fikir vermeyin



bes neyluyek? tebii bal ver cekek uzumuze :n5:
sevinc keder | 22 sentyabr 2012 10:48 | Status: Professional user | Şərh: 3 818
tewekkurler.
azeri_oglu | 5 sentyabr 2012 02:20 | Status: Gümüş user | Şərh: 2 243
fikir vermeyin
cucem. | 3 sentyabr 2012 20:20 | Status: Professional user | Şərh: 4 415
MEN COX GULUREM DEYE DAHA DOGRUSU GULUMSENENDE QIRIWLAR OLUR ONLARI ARADAN QALDIRMAQ ISTERDIM EDECEM GELECEKDE INWALLAH smile wink :n3:
Princess_93 | 22 avqust 2012 22:28 | Status: Brilliant user | Şərh: 5 877
ALLAH UZAQ ELESIN
Sonik | 18 avqust 2012 18:40 | Status: VİP user | Şərh: 543
maraqlidi