Gözəllik / Üz dərisinə qulluq

20 qəpiklik maska ilə ən ideal üz dərisinə sahib olun!-Xiyar və sarıkök

Banu. | 19-10-2019, 23:20
189 0

AzadQadin.az Qadin.az-a istinadən xəbər verir ki, xiyarın tərkibinin 96 faizinin sudan ibarət olması dərinin nəmlənməsinə kömək edir. Buna görə xiyar maskaları dərini nəmləndirməklə yanaşı qırışların da qarşısını alır.
Bu xiyar maskası dəridəki rəng problemini həll edir, yumşaldır və hamar edir.
Dərini dartmaqla yanaşı, qidalandıracaq. Ləkələrin rəngini açacaq.
Qırışları yox edir. 
 Günəşə məruz qaldıqdan sonra dərini sakitləşdirməyə və ağartmağa kömək edir. Sarıkök ilə birlikdə möcüzələr yaradır.

Sarıkök dəri tonunu və cavanlaşmanı qorumaq üçün güclü bir maddədir. Dəridə əla bir antioksidandır, iltihab əleyhinə bir amöcüzədir. Belə bir qarışımdan dəri nəmlənmiş, parlaq və elastik olacaqdır. Maska etmək üçün orta xiyarın yarısını və 1/2 yemək qaşığı sarıkök qarışdırın.

 Dərini təmizləyin və maskanı 15-20 dəqiqə tətbiq edin. Maskanı təmiz, ilıq su ilə yuyun. Dəriniz çox qurudursa, əlavə olaraq bir nəmləndirici tətbiq edə bilərsiniz.