Gözəllik / Üz dərisinə qulluq

Daha gözəl görünüş üçün 12 addım (maskalar)

luce | 24-04-2012, 15:00
18 872 128

 

 

Problemsiz dəri
Məhsullar:
Təzə nanə, duz
Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.
Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.

 

Quru dəri
Məhsullar:
Süd, duz, bal.
Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.


 

Əllərdəki ləkələr
Məhsullar: Limon suyu, zeytunyağı.
Üç damcı zeytunyağını bir limonun suyu ilə qarışdırın. Qarışığı əllərinizə sürtün. Yarım saatdan sonra pambıqla əllərinizi silin və yaxalayın.
Limon suyundakı C vitamini əllərdəki ləkələrin solmasına, dərinin pilinq olmasına, zeytunyağı isə quruluğun aradan qalxmasına və yumuşalmaya kömək edir.

 

Dırnaqlara qulluq
Məhsullar:
Lavanda yağı.
Dırnaqların üzərinə sürtülən bu yağ onları tez tez qırılmalardan və sairə bir çox problemlərdən mühafizə edəcək.

 

Əl maskası
Məhsullar:
Zeytunyağı, bal.
Maskanı tədbiq etməzdən əvvəl bir müddət əllərinizi suda yumşaldın. Sonra əllərinizi 5 dəqiqə ilıq zeytunyağı və bir çay qaşığı balın içərisində saxlayın. Bu məhlulla əllərinizi masaj edin.

 

Saçlar
Məhsullar:
Yumurta sarısı, adaçayı yağı.
Bir yumurtanın sarısını 4 damcı yağ ilə qarışdırın. Bu məhlulu təmiz saça sürtün. 10 dəqiqə gözləyəndən sonra isə ilıq su ilə yaxalayın. Yumurta saçları yumşaldır, onların daha asan daranmasına yol açır. Adaçiçəyi yağı isə saçlara ipək kimi görüntü verir.


 

Saç maskası
Məhsullar:
2 yemək qaşığı bal, 1 ədəd limon
İki yemək qaşığı balı bir limonun suyu ilə qarışdırın. Maskanı quru saça sürtüb 10 dəqiqə gözləyin. Saçlar həcmli və parlaq görünüş qazanacaq.


 

Üz maskası
Məhsullar: Yumurta sarısı, süd.
İki məhsulldan hazırlanan qarışığı üzə sürtün, maskanın üstünü nazik parça ilə örtərək on beş dəqiqə gözləyin. Sonra maskanı kağız dəsmalla silərək təmizləyin, ilıq su ilə yaxalayın. Qidalandırıcı yumurta və nəmləndirici süd dəriyə gözəllik bəxş edəcək.

 

Qara nöqtələr
Məhsullar: Limon suyu, qatıq
Bir kasa qatığı bir limonun suyu ilə qarışdıraraq maska hazırlayın. Bu maska üzdə on beş dəqiqə qalandan sonra yuyun. Limon suyu dərini dezinfeksiya edir və qara nöqtələri yox edir.
Qatıq isə dərini nəmləndirərək, yağın miqdarını tənzimləyir.

 

 

Sızanaqlar
Məhsullar:
Gül kələm, zeytunyağı.
Səkkiz ədəd kələm yarpağını iki qaşıq zeytunyağı ilə bir yerdə mikserlə çalın. Qarışığı problemli bölgələrin üstünə sürtün. On dəqiqdən sonra üzünüzü ilıq su ilə yuyun.

 

Qırışıqlara son
Məhsullar:
Qaymaq, alma.
Qabığı soyulmuş almanı 3 qaşıq qaymaqla mikserlə çalın. Qarışımı dəriyə sürtəndən sonra üzərini təmiz parça ilə örtün. Bir neçə dəqiqədən sonra maskanı silin və üzünüzü ilıq su ilə yuyun.
Qaymaq dərini yumşaldır, nəmləndirir və elastiklik verir, qırışlara qarşı təsirlidir. Alma isə dərinin canlı qalmasına kömək edir.

 

Yağlı dəri
Məhsullar: Bal, süd, limon suyu.
Bir qaşıq bal, bir qaşıq limon suyu və bir miqdar süd qataraq qarışdırın. Qarışığı üzünüzə və boynunuza sürtün. Quruyana kimi gözləyin və nəm dəsmal ilə təmizləyin.
Bu maddələr dərinin yağlılığını tənzimləyir. Artıq yağın səbəb ola biləcəyi sızanaqların qarşısını alır.

 

 


Nazli Qiz | 5 aprel 2014 15:27 | Status: Şərhçi | Şərh: 104
Tesekkur xeber ucun.
Meryem_Duyqu | 18 mart 2014 23:42 | Status: Yazar | Şərh: 4 130
Məsləhətlərə görə təşəkkürlər.
birdane | 1 mart 2014 17:27 | Status: Professional user | Şərh: 3 726
tesekkurler
Nigar | 23 fevral 2014 20:32 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: melek92
TESEKKURLER XEBER UCUN, MARAQLIDI

Gulshen. | 19 fevral 2014 08:47 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Nigar | 17 fevral 2014 15:32 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Lady Nara
Tesekkurlerrr Luce

Nefesim | 13 fevral 2014 09:40 | Status: Gümüş user | Şərh: 938
Sitat: Meryem_Duyqu
Qadın həmişə baxımlı olmalıdır.

Raziyam

Tesekkur xeber ucun...
nuray2007 | 2 fevral 2014 19:22 | Status: Şərhçi | Şərh: 420
xebere gore minnetdaram
Nigar | 31 yanvar 2014 21:56 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore
melek92 | 14 yanvar 2014 09:25 | Status: Şərhçi | Şərh: 177
TESEKKURLER XEBER UCUN, MARAQLIDI
Meryem_Duyqu | 12 yanvar 2014 12:26 | Status: Yazar | Şərh: 4 130
Qadın həmişə baxımlı olmalıdır.
Lady Nara | 27 dekabr 2013 21:56 | Status: VİP user | Şərh: 1 026
Tesekkurlerrr Luce
Nigar | 20 dekabr 2013 12:36 | Status: Gümüş user | Şərh: 6 063
maraqli oldu coox sag olun
Ulviyye | 10 dekabr 2013 23:37 | Status: Gümüş user | Şərh: 2 839
ARADA EDIREM QADIN GEREK BAXIMLI OLA MUTLEQ
Girl | 1 dekabr 2013 20:51 | Status: Professional user | Şərh: 8 206
tesekkurler
Elvina Babazadeh | 24 noyabr 2013 21:54 | Status: Qonaq | Şərh: 0
guzelmisssssssssssssssssssssssssssssssssssssssss
aylin94 | 23 noyabr 2013 11:50 | Status: Şərhçi | Şərh: 126
Maraqlidir tkw
Röyamsan. | 22 noyabr 2013 19:36 | Status: Brilliant user | Şərh: 6 102
AYAN A-VA | 11 noyabr 2013 20:34 | Status: Gümüş user | Şərh: 1 722
Təşəkkürlər
Damla A-va | 25 oktyabr 2013 23:09 | Status: VİP user | Şərh: 616
melumat ucun TWK
xfe | 14 oktyabr 2013 23:15 | Status: Şərhçi | Şərh: 409
teze nane ve duz maskasin eleyecem
Nigar | 15 sentyabr 2013 22:15 | Status: Gümüş user | Şərh: 6 063
thank you very much very interesting sexymix
Narin yagiw | 18 avqust 2013 18:22 | Status: Qonaq | Şərh: 0
maraqli meslehetdi tewekkurler
Ince Memmedli | 12 avqust 2013 16:52 | Status: Qonaq | Şərh: 0
Cox rahat usullardir mutleq edecem tesekkuler
Sabahım. | 20 iyul 2013 00:20 | Status: Professional user | Şərh: 3 359
rayona gedorəm hamısından var orda edərəm.
mehimim | 18 iyun 2013 13:44 | Status: VİP user | Şərh: 663
HAMISI GOZELDI.ATDIM SECILMISLERE.
Ulviyye | 17 iyun 2013 18:25 | Status: Gümüş user | Şərh: 2 839
super atdim secilmislere deyerli melumatdi smile

deyerlenecem mutleq
yalniz men | 14 iyun 2013 10:18 | Status: Qonaq | Şərh: 0
lazim olar.tesekkur
Qanad | 13 iyun 2013 10:27 | Status: Yazar | Şərh: 4 357
Cox sag ol meslehete gore
Mickey Mouse | 12 iyun 2013 11:42 | Status: Professional user | Şərh: 4 008
Mene lazim deyil........