Gözəllik / Üz dərisinə qulluq

Səhər oyananda gözləriniz şişirsə, bir dilim kartofu… – TƏBİİ MÜALİCƏ ÜSULLARI

Banu. | 1-10-2018, 10:00
679 0

Çiy kartof
Soyuducuda bir müddət saxlanılan çiy kartofu dilimləyərək gözlərinizin üstündə gəzdirin. Bundan sonra gözlərinizi bol su ilə durulamağı unutmayın. Kartofun soyuq vurulmasının səbəbi qan dövranını sürətləndirməsidir.
İdman etmək
Toksinlərin bədəndə yığılması bütün bədən üçün olduğu kimi, gözlər üçün də zərərlidir. Oyandığınızda gözləriniz şişibsə, bunun səbəbi toksinlərin, yəni bədən iltihabının göz hovuzlarında yığılmasından qaynaqlana bilər. Bu iltihabın orqanizmdən atılması üçün mütəmadi olaraq idman etmək təsirli bir vasitədir.
Yastıq duruşu
Yatarkən yastığınıza diqqət edin. Yastığınızın yüksək olması sizi səhər şişmiş gözlərdən qurtaracaq.
Bol su
Su içməyin bütün hallarda faydalı olduğu məlumdur. Gündə ən az 10-12 stəkan su içmək orqanizmdəki şişliklərdən qurtulmanıza kömək olacaq. Bundan başqa, kofein istifadəsindən uzaq durmağa diqqət etməlisiniz.
Çay paketləri
Qara və ya yaşıl çay paketlərini dəmləyib ilıq hala gətirdikdən sonra 10-15 dəqiqə gözlərinizin üzərində saxlayın. Gözlərinizin şişkinliyinin azaldığını və rahatlaşdığını dərhal hiss edəcəksiniz.
Yumurta ağı
Yumurtanın sarısını ayırıb, ağını yaxşıca qarışdırın. Qarışdırdığınız yumurtanı bir fırça ilə göz altına və göz qapağına vurub qurumasını gözləyin. Gözlərinizdəki gərginliyi hiss edəcəksiniz. Ayrıca bu gərginlik göz çevrəsindəki qırışlar üçün də olduqca faydalıdır. Quruyan yumurtanı 5-10 dəqiqə daha gözlərinizdə saxladıqdan sonra bol su ilə durulayın.




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.