Gözəllik / Üz dərisinə qulluq

Kömür+ Jelatin- 5 dəqiqədə ən ucuz, ən təbii və ən effektiv qara nöqtə bandını evdə hazırlayın-Foto+Video

Banu. | 27-08-2017, 10:30
2 710 3

 

Kosmetika mağazalarında satılan qara nöqtə təmizləyici bandları və qara nöqtə maskaları olduqca bahalıdır. Qara nöqtələr üçün jelatin və kömür maskası ən effektli vasitədir. Qadin.az öz məqaləsində bu maskanın hazırlanmasına və faydalarına xüsusi yer verib.

Lazım olanlar:
1 çay qaşığı Jelatin
1 həb Aktivləşdirilmiş kömür
Su və ya süd- 1 çay qaşığı

Hazırlanması:
Kasaya Aktivləşdirilmiş kömür həbi əzib tökün. Üzərinə 1 çay qaşığı aromasız sadə jelatin əlavə edin və qarışdırın. Daha sonra suyi əlavə edin.Bulanıq bir qarışım əldə edənə qədər qarışdırın. 10 saniyə mikrodalğalı sobada saxlayın. Soba qabını çıxarın. 20 saniyə soyumasını gözləyin. Soba yoxdursa, jelatini suyun bəya südün içində benmari üsulu ilə hazır vəziyyətə gətirin, yəni bir qazana isti su tökün, üzərinə kasa yerləşdirin, kasaya jelatin, kömür tozu, südü(su) tökün, qazandakı suyun istiliyində jelatin südün içində əriyəcəkdir. Əlinizdə maskanin istiliyini yoxlayın. İlıq hala gəldiyində dəriyə tətbiq edin. Quruyana kimi, maksimum 10 dəqiqə gözləyin.

Qadin.az

 

 


 


B.Fereh | 18 noyabr 2016 15:25 | Status: Nəzarətçi | Şərh: 6 976
FUUUUUUUUUU NE IYRRENCI MASKADIR confounded
dılay | 18 noyabr 2016 14:43 | Status: Brilliant user | Şərh: 8 184
Cenede de olurmus qara noqte??????????? Men ancaq burnun ustunde bilirdim..
Ay_Sun | 18 noyabr 2016 13:56 | Status: Brilliant user | Şərh: 13 409
Cox beyendim,tesekkurler.