Gözəllik / Üz dərisinə qulluq

Əzvay(aloe) vasitəsilə, ləkəsiz, hamar, par-parıldayən dəri-Ucuz və Keyfiyyətli!

Banu. | 19-10-2018, 09:10
2 452 0

 
 Əzvay(aloe) vasitəsilə, ləkəsiz, hamar, par-parıldayən dəri-Ucuz və Keyfiyyətli!

İstəsəniz aloe(əzvay) bitki olaraq evinizdə yetişdirib istifadə edə bilərsiniz.Bir yarpaqdan əldə edəcəyiniz öz,iki həftə boyunca hər gün istifadə etmənizə çatacaq qədərdir. 

Nəmləndirici maska
İki xörək qaşığı aloe verə jelini,yarım çay qaşığı bitki mənşəli qliserin,üç damla zeytunyağı ilə birlikdə bir xiyarın püresinə qarışdırın.Qarışığı üzünüzə çəkdikdən sonra 10 dəqiqə gözləyin. İlıq suyla durulayın.


Nəmləndirici və sakitləşdirici maskalar
Aloe yarpağından iki bitki kəsərək suyunu sıxın.Yarım çay qaşığı limon və üç damla lavanta yağıyla qarışdırıb,yaş üzə tətbiq edin.Üzünüzü maskadan əvvəl isti suyla yuyaraq maskanın təsirini artıra bilərsiniz.15 dəqiqə sonra ilıq suyla durulayın.
Aloe (əzvay) jelini səhər və axşam dərinizə birbaşa olaraq tətbiq etsəniz dərinizin ehtiyacı olan hər şeyi bir dəfədə vermiş olacaqsınız.İstifadə etməyə başladıqdan dərhal sonra nəzərə çarpan bir işıqlıq və təzəlik hissi,sonra dərinin elastikliyinin yeniləndiyini və dəri problemlərinin sırayla itdiyini müşahidə edəcəksiniz. 

Yağlı cildlər üçün ən uyğun təbii resept də aloe veradır.
İki xörək qaşığı aloe jeli, iki xrək qaşığı yulaf əzməsi və bir yumurta ağıyla qarışdırıb dərinizə tətbiq edin.15 dəqiqə sonra yuduğunuzda yanaqlarınızda yüngül bir çəhrayılıq və inanılmaz bir canlılıq olacaq. Bu maskanı həftədə iki dəfə təkrarlayaraq yağlı cilddən sonsuza qədər xilas ola bilərsiniz.