Gözəllik / Üz dərisinə qulluq

Gözəllik salonlarına pulunuzu "Tökməyin"!Jelatinlə cavanlaşdırıcı maskalar. Möhtəşəm nəticə!

Banu. | 17-10-2018, 12:00
1 959 0

 
 
Jelatin dərini cavanlaşdırır, kiçik qırışları daha az görünən, dərini isə daha dartılmış edir.
Sizə tərkibində jelatin olan effektli maska təqdim edirik. Birinci maska istənilən üz dərisi üçün, ikinci maska isə yağlı üz dərisi üçün istifadə oluna bilər.
- 1 çay qaşığı jelatini 3 xörək qaşığı ilıq suda isladın və tam əriyənə kimi gözləyin. Bananın 1/3 hissəsini blenderdə əzin, hərəsindən 2 damcı A və E vitamini yağda (apteklərdə satılır) əlavə edin. Daha sonra tam ərimiş jelatini əlavə edib yaxşı qarışdırın. Maskanı təmiz üz dərisinə çəkin və uzanın (üzünüz hərəkətsiz olmalıdır). Maska tam quruyandan sonra üzünüzü ilıq süddə isladılmış pambıq tamponla ehtiyatla silin və qidalandırıcı krem çəkin.


Qadin.az