Üz dərisinə qulluq / Gözəllik sirləri

Yaşlanma əleyhinə maskanızı təbii vasitələrlə özünüz hazırlayın – 8 maska

dılay | 10-09-2016, 10:30
4 136 3

 

25 yaşdan başlayaraq biz qadınlar yaşlanmağımıza xüsusi diqqət edirik. Dərimizə yaşlanma əleyhinə müxtəlif kremlər, maskalar tətbiq edir, gözəllik prosedurlarından keçirik. Amma bəzən hazır olan kremlərin, maskaların tərkibilə bağlı tərəddüd içində qalırıq. Bütün bu tərəddüdlərə son qoyub, istifadə etdiyiniz maskaların 100% təbii tərkibli olmasına əmin olmaq istəyirsinizsə yaşlanma əleyhinə maskalarınızı evdə özünüz hazırlaya bilərsiniz. Gəlin birlikdə yaşlanma əleyhinə maskalarımızı özümüz hazırlayaq!

Dəri elastikliyi üçün maska

 

Lazım olanlar

Yumurta sarısı – 1 ədəd

Duz – 1 çay qaşığı (üstünlük dəniz duzu)

Bal – 1 çay qaşığı

Zeytun yağı – 1 çay qaşığı

Kakao yağı – 3-4 yemək qaşığı

Hazırlanması

Su buxarında yağı qızdırın. Yumurta sarısını bal və zeytun yağı ilə qarışdırın, hamar olana qədər yaxşıca qarışdırın. Duzu əlavə etdikdən sonra yağın qalan hissəsini isti şəkildə yavaş-yavaş qarışımına əlavə edin. Əldə edəcəyiniz qarışım krem halında olmalıdır. Ona görə də, yağı yavaş-yavaş əlavə edin. Qarışım tam krem halına gəldikdən sonra ağzı bağlı bir şüşə qaba əlavə edib soyuducuda bir gün saxlayın. Sonra isə təmiz üz dərinizə tətbiq edib, 15-20 dəqiqə saxlayın və ilıq su ilə durulayın.

Üz masajı üçün maska

 

Lazım olanlar

Bal – 3 yemək qaşığı 

Zeytun yağı – 3 yemək qaşığı 

Kərə yağı – 1 qaşıq

Kapsul vitamin – A və E

Hazırlanması

Bal əridilir, kərə yağı, zeytun yağı və vitaminlər yaxşıca qarışdırılır. Üzə tətbiq edib 15-20 dəqiqə saxladıqdan sonra üzünüzü masaj edin: alın mərkəzindən gicgahlara, burun ucundan qulağın üst hissəsinə, yanaq mərkəzindən çənə mərkəzinə kimi. Daha sonra ilıq su ilə üzünüzü yuyun. 

Liftinq maskası

 

Lazım olanlar

Yumurta ağı – 1 ədəd

Yulaf – 1 qaşığı

Hazırlanması

Yulafı toz halına salın, yumurta ağı ilə köpüklü zülal qarışımı hazırlayın. Qarışımı qalın bir təbəqə halında təmiz dəriyə tətbiq edin. Tam quruyana qədər üzünüzdə saxladıqdan sonra pambıq disklə su altında maskanı üzünüzdən təmizləyin və ilıq su ilə durulayın.

Tonuslaşdırıcı maska

 

Lazım olanlar

Qreypfrut – yarım ədəd

Yumurta sarısı – 1 ədəd

Hazırlanması

Qreypfrutun içini qabıq və pərdəsindən tamamilə təmizləyin. Əzib püre halına gətirin. Sonra yumurta sarısını əlavə edin, qarışdırın və 30 dəqiqə üzünüzdə saxlayın. Daha sonra ilıq su ilə durulayın.

Antibakterial maska

 

Lazım olanlar

Kosmetik gil – 1 ovuc

Kapsul vitamin – A 

Təzədəmlənmiş yaşıl çay

Hazırlanması

Təxminən 1 saat təzədəmlənmiş yaşıl çayı otaq temperaturunda soyudun. Kosmetik gili, vitamini çayla birlikdə krem halına gələnə qədər qarışdırın. Təmiz üzə tətbiq edin, 30 dəqiqə saxlayıb isti su ilə yuyun. Maska məsamələri təmizləyir, iltihabı azaldır və sızanaqları da məhv edir.

Qidalandırıcı maska

 

Lazım olanlar

Banan – 1 ədəd

Yumurta sarısı – 1 ədəd

Xama – 1 x.q.

Bal – 2 ç.q.

Hazırlanması

Bananı sürtgəcdən keçirdin, yumurta sarısını da bir az mikserlə qarışdırın. Bananı, yumurta sarısı, bal və xamanı da bir-birilə qarışdırıb krem halında məhlul əldə edin. Təmiz üzə tətbiq edib 20-30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Köpük maskası

 

Lazım olanlar

Yaşıl alma – 1 ədəd

 

Quşüzümü (dondurulmuş da ola bilər) – 1 ovuc

Armud – 1 ədəd

Yumurta ağı – 1 ədəd

Hazırlanması

Alma və armud yuyulur, qabığı soyulur və sürtgəcdən keçirdilir, giləmeyvələr blenderdən keçirilib püre halına gətirilir. Sonra meyvə və giləmeyvələr qarışdırılır, hamar hala gətirilir. Yumurta ağı da köpükləndirilir. Və meyvə ilə birlikdə qarışdırılıb püre halına gətirildikdən sonra təmiz üzə çəkilib 30 dəqiqə saxlanılır, ilıq su ilə durulanır. Bu maskanı istifadə etməmişdən əvvəl üz dərinizi mütləq ya buxara verin, ya da ki, isti sulu dəsmalla silin, daha sonra maskanı tətbiq edin.  

Yeniləyici maska

 

 

Lazım olanlar

Ağ gil – 1 x.q.

Bal – 1 x.q.

Limon şirəsi – 1 x.q.

Hazırlanması

Bütün ərzaqlar qarışdırılır, dekolte hissəyə qədər bütün üzə çəkilir, 15-20 dəqiqə saxlanılır. Qurumağa yaxın dərini dartmasın deyə, ilıq su ilə yuyun.foxy.az

 


dılay | 20 sentyabr 2016 21:15 | Status: Brilliant user | Şərh: 8 185
Sitat: B.Fereh
ne gozel meqaledir,rengareng wekilli...
25 yaw artiq geride qalib,yawlanmaga dogru gedirik ,elemi Dilayim? pensive weary

Gozel gunlerin olsun askim.. kissing_heart
Eladir canim eledir teki balalarimiz boyusun,boylari boyumuzu kecsin..
Dəniz qızı | 10 sentyabr 2016 15:11 | Status: Brilliant user | Şərh: 8 019
Atdım seçilmişə...
B.Fereh | 10 sentyabr 2016 13:22 | Status: Nəzarətçi | Şərh: 6 978
ne gozel meqaledir,rengareng wekilli...
25 yaw artiq geride qalib,yawlanmaga dogru gedirik ,elemi Dilayim? pensive weary