Gözəllik / Üz dərisinə qulluq

Uşaq dərisi kimi zərif və yumşaq dəri üçün qliserin maskası

Banu. | 11-01-2017, 09:00
2 129 10

 

 

Qliserin bir çox kosmetik vasitələrə - krem, maska və s. daxil edilir.

Soyuq fəsillərdə dəri tez-tez quruyur, çatlayır, qabıq verir. Bu vəziyyətdə qliserinlə olan maskalar sizə çox yaxşı kömək edəcək. Qliserin dərini daha yumşaq və təravətli edir, çox yaxşı nəmləndirir, dərinin cavanlığını qoruyur.

Qliserin iysiz, şəffaf mayedir. Qliserin çox ucuz vasitədir, onu istənilən aptekdə tapmaq olar.

Qliserinlə maska reseptləri:

- 1 çay qaşığı qliserin, 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf yarması unu (yulaf yarmasını qəhvəüyüdəndə üyüdün), 1 xörək qaşığı suyu yaxşı qarışdırın. Maska çox qatı alınarsa, bir qədər su əlavə edin.

Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

- 1 limon dilimini blenderdə xırdalayın, 1 çay qaşığı qliserin, 2 xörək qaşığı su, 1 yumurta sarısı, 1 çay qaşığı yağlı xama əlavə edin və yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra yuyun.

- Dəriniz çox qurudursa, belə maskadan istifadə edin: kiçik kartofu qabıqla bişirin, əzin, 1 xörək qaşığı ilıq süd, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı qliserin, 1 kapsul E  vitamini (apteklərdə satılır) əlavə edib yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyun.

Nəzərinizə çatdıraq ki, qliserinlə olan maskaları havası çox quru olan otaqda etmək olmaz. Bu halda maska lazım olan effekt verməyəcək.

 



Array

Cicim İncim | 12 yanvar 2017 14:29 | Status: Gümüş user | Şərh: 2 457
Sitat: SaDəCə_SəN
Qliserin nediki?

Canım, apteklərdə satılır... relaxed
SaDəCə_SəN | 11 yanvar 2017 12:16 | Status: VİP user | Şərh: 226
Qliserin nediki?
Real Madrid CF | 19 yanvar 2016 18:03 | Status: Qonaq | Şərh: 0
Hazir urunlerden daha cox istifade edirem.
Ay_Sun | 18 yanvar 2016 21:31 | Status: Brilliant user | Şərh: 13 409
Tesekkurler cox beyendim.
SEVDA | 11 yanvar 2016 15:02 | Status: Nəzarətçi | Şərh: 17 441
Xəbəri seçilmişlerde saxladım. Gələcəkdə lazım olacaq,tşk...
sahibə | 11 yanvar 2016 00:10 | Status: Qonaq | Şərh: 0
Təşəkkürlər
dılay | 10 yanvar 2016 20:11 | Status: Brilliant user | Şərh: 8 184
Tewekkurler
Azeri Fidashka | 10 yanvar 2016 19:21 | Status: Şərhçi | Şərh: 734
tesekkurler
B.Fereh | 10 yanvar 2016 18:01 | Status: Nəzarətçi | Şərh: 6 976
Tewekkurler,Banu xanim.
guldeniz | 10 yanvar 2016 17:04 | Status: Professional user | Şərh: 1 641
tewekurler