Gözəllik / Üz dərisinə qulluq

Məsamələri yox etmək üçün hansı üsullardan istifadə etmək lazımdır?

Nurus. | 28-10-2015, 10:30
5 764 8

 

 
 
Məsamələrin geniş olması sızanaq və qara nöqtələrin meydana gəlməsinə şərait yaradır. Çünki çirk və bakteriyalar məsamələrə daxil olaraq onu qara nöqtə və ya sızanağa çevirir.
 
Ona görə də məsamələri daraltdıqda avtomatik olaraq sızanaq və qara nöqtələrdən də xilas olacaqsınız.
 
AzadQadın.az məsamələrdən azad olmaq üçün sınanmış üsullar təqdim edir.

Buz
 
Buz dərini möhkəmləndirir. Ona görə də geniş məsamələri kiçiltmək və daraltmaq üçün ən sadə, eyni zamanda da təsirli vasitədir.
 
Makiyaj edərkən tonal krem, ənlik, pudra kimi məhsullar məsamələrə dolur. Bunun qarşını almaq üçün makiyajdan öncə üzünüzü buzla masaj edin. Bir dəqiqəlik masajdan sonra 5 dəqiqə gözləyib makiyaja başlaya bilərsiniz.
 
Buz qan dövranını sürətləndirir və bu da sağlam dəri üçün vacibdir.
 
Buza alternativ olaraq gündə bir dəfə üzünüzü buz kimi soyuq suyla yuya bilərsiniz.
 
Qeyd edək ki, buzun faydasını artırmaq üçün, xiyar və alma suyunu, yaşıl çayı və ya gül suyunu buz qabında dondurub, üzünüzü həmin buzla masaja edə bilərsiniz.
 
Şəkər tozu maskası
 
2 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı zeytun yağı və bir neçə damcı limon suyunu qarışdırın.
 
Qarışığı üzünüzə çəkib 20-30 saniyə masaj edin. Daha sonra soyuq su ilə üzünüzü yuyun.
 
Bunu həftədə 2-3 dəfə təkrarlaya bilərsiniz.
 
Bal, limon suyu və şəkər tozunu qarışdıraraq əldə edəcəyiniz maska da eyni effekti verə bilər. Bu maskanı isə üzdə 10 dəqiqə saxlamaq lazımdır. Həftədə 1 dəfə çəkmək olar.
 

Qatıq
 
Qatıq məsamələri daraldan ən təsirli vasitələrdən biridir.
 
Dərini yağ, çirk və ölü dəridən təmizləyir. Tərkibindəki turşular qırışları açır, mimika xətlərini azaldır.
 
Qatığı üzünüzə nazik bir təbəqə halında çəkib 10 dəqiqə saxlayıb yumaq lazımdır.
 
Bir ay müddətində həftədə üç-dörd dəfə təkrarlayın.
 
Yumurta ağı
 
Yumurta ağı da genişlənmiş məsamələrin düşmənidir.
 
Yumurtanın sarısını ayırıb, ağını üzünüzün hər yerinə çəkin. Quruduqdan sonra üzünüzü yuyun.
 
Daha sonra nəmləndirici kreminizi çəkin. Bu proseduranı mütəmadi olaraq həftədə 2 dəfə təkrarlayın.
 
Bundan başqa aşağıdakı maskanı da sınaqdan keçirə bilərsiniz:
 
2 yumurtanın ağı ilə yarım limonun suyunu qarışdırın. Üzünüzə çəkib 10 dəqiqə gözlədikdən sonra soyuq su ilə təmizləyin.
 
Bu maskanı da bir ay müddətində həftədə bir neçə dəfə çəkmək lazımdır.
 
 
Xiyar
 
Xiyar dərini möhkəmləndirir, ona görə də məsamələrin kiçilməsinə kömək edir.
 
Həmçinin, dərinin toxumalarını sağlamlaşdıraraq daha təravətli dəriyə qovuşdurur. Xiyarı rəndələyin və ya şirəçəkəndən keçirin. Xiyarın suyunu pambığa damızdırıb üzünüzü silin. Su üzünüzdə quruduqca proseduranı 3-4 dəfə təkrarlayın.
 
15-20 dəqiqə sonra üzünüzü soyuq su ilə yuyun.
 
Xiyar suyuna bir az gül suyu, bir az limon suyu əlavə edib üzə çəkdikdə daha təsirli olur.
 
Bu tonikləri hər gün çəkə bilərsiniz.
 
Alma sirkəsi
 
Alma sirkəsi dəri sağlamlığı üçün vacib komponentlərə malikdir.
 
Dərini möhkəmləndirir, tonusunu artırır, məsamələri daraldır və dərinin ph tarazlığını qoruyur.
 
Alma sirkəsi sizi sızanaqlardan da xilas edəcək.
 
1 xörək qaşığı alma sirkəsini 1 xörək qaşığı suyla qarışdırıb pambıq vasitəsilə üzünüzə çəkin.
 
1 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Yaxşıca qurulandıqdan sonra nəmləndirici kreminizi çəkin.
 
Ən yaxşı nəticəni əldə etmək üçün hər gecə proseduranı təkrarlayın. 
 
 

dılay | 22 fevral 2016 21:11 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: Ay_Sun
Teseekkur canim bezilerini bilirdim.
Ay_Sun | 7 noyabr 2015 18:13 | Status: Brilliant user | Şərh: 13 409
Teseekkur canim bezilerini bilirdim.
Nergiz love | 29 oktyabr 2015 15:48 | Status: Professional user | Şərh: 7 871
Buzu blirdim.i
Havin. haziran. | 28 oktyabr 2015 16:50 | Status: Qonaq | Şərh: 0
bizi dusunduyunuz ucun cox sag olun
SEVDA | 28 oktyabr 2015 16:28 | Status: Nəzarətçi | Şərh: 17 441
Xəbəri seçilmişlerde saxladım, tşk...
gece-gunduz | 28 oktyabr 2015 13:11 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: dılay
Tewekkurler
dılay | 28 oktyabr 2015 12:16 | Status: Brilliant user | Şərh: 8 184
Tewekkurler
buxqalter | 28 oktyabr 2015 11:10 | Status: VİP user | Şərh: 1 212
Tewekkurler...