Gözəllik / Üz dərisinə qulluq

Bu möcüzəvi maskalar həm müalicə edir, həm də gözəlləşdirir

Banu. | 5-10-2015, 10:30
3 688 9




Birinci resept (dəniz ağtikanı yağı, gil və qliserin)

Bu maskanı hazırlamaq üçün tərkibi şüşə fincanda ehtiyatla qarışdırın (tərkibi metal əşyada qarışdırmaq olmaz). Bir çay qaşığı su, bir çay qaşığı dəniz ağtikanı yağı, bir qaşıq qliserin ( apteklərdə satılır), bir xörək qaşığı da kosmetik ağ gil yağı əlavə edin. Hazırlanan tərkibi nazik qatla eyni qaydada üzünüzə çəkin və 15-20 dəqiqə saxladıqdan sonra soyuq suyla təmiz yuyun. Proseduru bitirdikdən sonra tövsiyyə olunur ki, üzünüzə nəmləndirici və ya qidalandıran krem çəkin.

İkinci resept (aloye və bal)

İki xörək qaşığı təzə aloye şirəsi ilə su vannasında isidilmiş bir xörək qaşığı balı qarışdırın. Sonra isə hazırlanan maskanı boyun hissəsinə və üzünüzə çəkin. Təxminən 15 dəqiqə saxlayın, sonra da çəkilən tərkibi ilıq su ilə yuyun.

Üçüncü resept (banan və yulaf yarması)

Bu maska da ev şəraitində asanlıqla hazırlanır. Sizə bir bananın yarısı lazımdır. Bananın yarısını əzin, sonra yulaf yarmasını un şəkilində üyüdüb tərkibləri qarışdırın. Maskanı hazırladıqdan sonra təmizlənmiş üz dərinizə çəkin, 15-20 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

Dördüncü resept (üzüm şirəsi)

Yarım stəkan təzə isidilmiş südü yarım stəkan üzüm şirəsi ilə qarışdırın. Hazırlanan tərkibi ehtiyatla üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Üzünüzə çəkilən maskanı ilıq suyla yuduqdan sonra müalicəvi çobanyastığı losyonu ilə silin.

Beşinci resept (düyü və qreyfurt şirəsi)

Bir xörək qaşığı düyünü qəhvə üyüdəndə üyüdün, iki xörək qaşığı təzə qreyfurt şirəsi və üç qaşıq süd əlavə edib tərkibləri yaxşıca qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin və yarım saat saxlayın. Sonra isə soyuq suya limon şirəsi əlavə edin və bu qarışıqla üzünüzü yuyun.

Altıncı resept ( manna yarması və yumurtanın sarısı)

Əvvəlcə manna sıyığını süddə bişirin. Sonra iki xörək qaşığı sıyığı bir ədəd yumurtanın sarısı və bir az da duzla şüşə fincanda qarışdırın. Maskanı üzünüzə çəkin və yarım saat saxladıqdan sonra soyuq suya limon şirəsi əlavə edib, bununla da yuyun.

B.Fereh | 25 fevral 2016 21:25 | Status: Nəzarətçi | Şərh: 6 976
Beyendim...tewekkurler
Gulnar2013 | 19 fevral 2016 00:31 | Status: Qonaq | Şərh: 0
Sitat: Nergiz love
Maska her hefte edirem
SEVDA | 6 oktyabr 2015 20:50 | Status: Nəzarətçi | Şərh: 17 441
Təşəkkürlər seçilmişlerde saxladım...
Nergiz love | 5 oktyabr 2015 23:34 | Status: Professional user | Şərh: 7 871
Maska her hefte edirem
Ay_Sun | 5 oktyabr 2015 22:59 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: guldeniz
tewekurler
guldeniz | 5 oktyabr 2015 20:46 | Status: Professional user | Şərh: 1 641
tewekurler
gece-gunduz | 5 oktyabr 2015 18:01 | Status: Gümüş user | Şərh: 1 720
vaxtim olmur maska diuzeltmrye
Əsmər1 | 5 oktyabr 2015 14:01 | Status: VİP user | Şərh: 1 584
Təşəkkürlə
dılay | 5 oktyabr 2015 12:56 | Status: Brilliant user | Şərh: 8 184
Maska duzzeltmeye erınırem,hazır maskalardan ıstıfade edırem