Gözəllik / Üz dərisinə qulluq

Qışda üz dərisinə qulluq qaydaları

leyla meherremova | 18-11-2014, 10:30
4 946 20


 
Qış mövsümündə quru və soyuq havalar görə dərimiz daha tez gərilər və çatlaya bilər.

Bu səbəblə də dərimiz digər mövsümlərə görə qışda daha çox xüsusi bir baxım istəyər. Üstəlik qış mövsümündə dərini xarici faktorlara qarşı qorumaq da, çox asan deyil. Bir tərəfdən soyuq və quru hava, digər tərəfdən yağan qardan və ya yaranan buzdan əks olunan bol işığa görə dərimiz risk altındadır. Bundan başqa evdəki isti və quru hava ilə çöldəki soyuq hava arasında dərinin yaşayacağı uyğunlaşma çətinlikləri də, dərimizdə yaranan zərəri artırar. Bu dəyişmə ucbatından dərimizdə quruma və gərilmə ilə yanaşı, çatlamalar, qəhvəyi ləkələr və çox hallarda kapilyar damar genişləmələrinə bağlı qızartılar meydana gəlir. Hava soyuyub quruduqca, dərimizin mühüm nəm ehtiyacı da artar, dəri kobud bir vəziyyət alır. Quru və soyuq havadan ilk təsirlənən dəri qisimi isə, dodaqlarımızdır. Quruma ilə ortaya çıxan çatlaq dodaqlar və kobud əllər də qış aylarında sanki dəriyə qulluq ehtiyacını daha lazımlı edir.

Müdafiə sistemi pozulur ...

Soyuq havanın təsirlərinə məruz qalan dərilər, tutqun, cansız, elastikliyi azalmış və yaşlı bir görünüşə bürünərlər. Bundan başqa soyuğun təsiri dərilərin qan dövranını, psixoloji təsirlərini, toksin atma funksiyalarını, hormonal təsirlərini və bərpa gücünü yavaşladaraq, dərini ətraf mühitin təsirinə qarşı daha müdafiəsiz hala gətirir.. Yəni soyuq hava bir mənada dərinin müdafiə sistemi də zəifləyərək istər infeksiya təsirlərini, istərsə də sürətli yaşlanma təsirlərini dəriyə yaşadır.

 

Dərini qurudan səbəblər ...

Soyuq havanın içərisində nəm nisbəti düşür, bu dəfə dəri öz içərisindəki nəmi dərinin səthindən çölə buraxır, həmçinin soyuq təsiri ilə qan damarları da yığıldığında dərinin ehtiyacı olan nəmi dəriyə təmin edə bilməz, beləcə dəri nazik, quru, gərgin və çatlamış hala gəlir.

Dəriyə təmizlik məqsədi ilə sabun tətbiqi, xüsusilə yağsız dərilərin təmizləmə gelləri və ya losyonlarla təmizlənməyə çalışılması, dərinin nəm ehtiyacını davamlı olaraq artırır. Çünki bu təmizləmə məhsulları dərinin nəmini qoruyan "sebum" adı verilən qoruyucu yağ təbəqəsini də uzaqlaşdırdığına görə, dəri daha çox quruyur. Hər nə qədər bütün kosmetik sabunların və ya gellərin, dərinin pH dəyərini eyni olduğu deyilsə belə, əhəmiyyətli olan bu kosmetik məhsulların dəriyə tətbiq olunduğunda yaranan pH dəyərinin dərinin lehinə və ya əleyhinə olub olmadığıdır.

Spirt, ətir və uçucu kimyəvi maddələr tərkibli kosmetik məhsullar, dərinin nəm itkisini artıraraq daha tez qurumasına səbəb olar.

Xüsusilə 0 C dərəcə altındakı havaya məruz qalan dərilərin, külək və günəşə məruz qalmaları quruma problemlərini artıraraq, əlavə olaraq üzdə yanma hissi ilə yaranan kapilyar damarların ortaya çıxmasına səbəb olar.

Vitamin baxımından əskik qidalanmada, xüsusilə A, C, E və F vitaminləri qəbulundakı əksikliklərə bağlı olaraq, dərinin bərpa sürəti yavaşlayar, bu səbəbdən dəri içərisində, nəmi bol gənc hüceyrələr yerinə, nəmi az yaşlı hüceyrələr iştirak edər.

Siqaret istifadəsi, siqaret tüstüsünə dərinin həddindən artıq təsiri, sağlam olmayan və balanssız qidalanma, su qəbulundakı əskiklik, stress, kondisioner olan mühitlərdə yaşamaq və ya işləmək, dərimizin qurumasına səbəb olan faktorlar arasındadır.
 

 

Təkliflər ...

Dəri hüceyrələrinin içdən su ilə qidalana bilməsi üçün gün boyu ən az 2,5 litr su, bitki çayları, şəkəri az meyvə suları və ya süd məhsulları içə bilərsiniz.

Seksual otaqlarda və ya mühitlərdə içi su dolu qablar və ya nəm bezləri istilik sisteminin üzərinə qoymalısınız ki havadakı nəm nisbəti artsın. Bundan başqa otaqlarda olan bitkilərin də havadakı nəm nisbətini artıracağını nəzərə almalısınız.

Gündə ən az bir dəfə duş alın. Ümumiyyətlə iki gündə bir duş qəbul etmək dəri üçün kafi ola bilər. Ancaq dərinin çox sabun ilə təmas halında olmaması lazımdır. Yalnız su və bir süngərlə yuyunmağa diqqət göstərməlisiniz. Sabun istifadəsində xüsusilə ağ sabunların yerinə, gliserinli və ya zeytun yağlı təbii sabunlar seçilməlidir. Duşdan sonra dərinin, xüsusilə zülal tərkibi yüksək nəmləndiricilərlə nəmləndirilməsi unudulmamalıdır.

Xüsusilə ətir, kimyəvi və rəngli maddələr, spirt ehtiva etməyən kremlər istifadə etməyə diqqət göstərilməlidir.

Solyariuma getməkdən çəkinməlisiniz, çünki solyariumda istifadə olunan UV şüaları dərinin qurumasının asanlaşdırır.
 

 

Qışda dəriyə qulluq seçiminiz ...

Dərinin təmizlənməsi üçün dəri tipinə uyğun təmizləmə südləri seçim edin, hətta bu təmizləmə südlərinin qliserin, glikolik turşu tərkibli olanlarını seçim edin.

Təmizləmə əməliyyatından sonra dərinizə spirt, boya, ətir tərkibli toniklər sürtməyin.

Dərinin yenilənməsini sürətləndirmək üçün dəriyə bol miqdarda C vitamini, peptid və zülal tərkibli serumlar ilə glikolik turşu tərkibli losyonlar tətbiq edin. Daha yaxşı bir dəstək təmin etmək üçün isə dərinin müdafiə sistemini gücləndirən "hegzapeptidli" məhsullar istifadə etməyə diqqət yetirin.

Dərinin nəm tutumunu artıran və nəm dəyərini inkişaf etdirən glikolik turşulu, keramidli, A - E vitaminli, zülallı nəmləndiriciləri, dəriyə kafi miqdarda yedirtməlisiniz.

Nəmləndiricilərin üzərinə dərhal pudra, tonal krem və ənlik kimi rəngli örtücülər sürtməməlisiniz.

İşığın bol olduğu mühitlərdə isə yuxarıdakı qulluq sırasını və tərkibini tamamlandıqdan sonra, tək istifadə ilə 24 saat işıq qoruması təmin edən yüngül qoruyucular sürtməlisiniz.

Dörd həftədə birde dəriyə sıx buxar, nəm, qidalar və yorğunluğunuzu atacaq toxunuşları təmin edəcək peşəkar bir klinik qulluq etdirməlisiniz.
 
 
Xəbər Azadqadin.az saytına məxsusdur, istifadə edərkən istinad mütləqdir.

miss xərçəng | 28 may 2015 20:26 | Status: Şərhçi | Şərh: 437
Çox sağ olun maraqĺı və lazımlı məlumata görə
my life is music | 19 fevral 2015 15:10 | Status: Gümüş user | Şərh: 736
uzume hemise qulluq edirem
Sin_City | 29 noyabr 2014 15:21 | Status: Qonaq | Şərh: 0
cox sag olun xeber ucun
Meqa | 21 noyabr 2014 15:38 | Status: Professional user | Şərh: 2 077
cox saqolun xəbər ücün faydalanmaq olar
SEVA | 21 noyabr 2014 08:28 | Status: Professional user | Şərh: 5 150
xebere baxar baxmaz bilinirki hansi gozel urekli insan isleyib tesekkurler
SARAXATUN | 20 noyabr 2014 17:39 | Status: Professional user | Şərh: 1 529
DEYERLI XEBERDI COX SAQ OL
Nazlı_Kız | 19 noyabr 2014 18:49 | Status: Brilliant user | Şərh: 6 473
Gözəl xəbər üçün çox sağol gözəlim bu xəbəri görən kim bəyənmiyib gözəlim 0122 amma mən bəyəndim təşəkkürlər bacım 0109
Röyamsan. | 18 noyabr 2014 23:11 | Status: Brilliant user | Şərh: 6 102
Faydalı və lazımlı xəbər üçün çox sağ ol canım.
sonsuz ucurum | 18 noyabr 2014 20:28 | Status: Gümüş user | Şərh: 786
tesekkurler,maraqli xeberdi
Aynur_Mezahirli | 18 noyabr 2014 18:56 | Status: Qonaq | Şərh: 0
Lazımlı xəbərdir, təşəkkür Leyla bacı...
boris arxan | 18 noyabr 2014 16:37 | Status: Professional user | Şərh: 4 784
tewekkurler
QERIB INSAN | 18 noyabr 2014 15:55 | Status: VİP user | Şərh: 567
Sitat: SEVDA
Soyuq havada bir yere gedende üzüme,ellerime krem vururam.
SEVDA | 18 noyabr 2014 15:27 | Status: Nəzarətçi | Şərh: 17 439
Soyuq havada bir yere gedende üzüme,ellerime krem vururam.
Dəniz qızı | 18 noyabr 2014 15:16 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: TENHA_MELEK
Tesekkurler xeber ucun.
Ay_Sun | 18 noyabr 2014 15:08 | Status: Brilliant user | Şərh: 13 408
Tesekkurler xeber ucun.
KARAGULUM | 18 noyabr 2014 14:52 | Status: Gümüş user | Şərh: 1 433
Tewekkurler faydali melumatdi
EMILYA | 18 noyabr 2014 14:48 | Status: Qonaq | Şərh: 0
bu qis geldi yene basladi ise gedende uz burun donur
N....N92 | 18 noyabr 2014 14:00 | Status: Professional user | Şərh: 4 351
tewekkurler
ziko zs | 18 noyabr 2014 13:42 | Status: Şərhçi | Şərh: 483
tewekkurler lazimli xebere gore menim derim qurudu deyilenlere emel ederem
Nergiz love | 18 noyabr 2014 11:43 | Status: Professional user | Şərh: 7 871
Mene lazimli meslehetlerdi.tesekkurler.Leyla.hemse olduqukimi suoer xeberlerin olur.Allah razi olsun.