Üz dərisinə qulluq / Mənim gözəllik sirrim

Yağlı dərilərdə edilən səhvlər və baxım təklifləri

leyla meherremova | 29-04-2014, 08:35
11 219 26
 
 
Problem yaşayan yağlı dərilər ideal baxım vərdişləriylə sağlam hala gələ bilər. Dr. Ebru Karpuzoğlu yağlı dərilərdə edilən ən əhəmiyyətli səhvləri və ideal baxım təkliflərini izah edir.
 
Yagli dərilər üçün qulluq təklifləri
Yağlı dəriyə qulluq haqqında bir çox aralıqda danışılan məlumat və mif vardır. "Nəmləndirici istifadə etmə, dərinin daha çox yağlanır", " Yağsız məhsulları seçim etmə", "Üzünü davamlı yu", "Davamlı tonik istifadə et" ... kimi tövsiyələri hər kəs bir dəfə də olsa eşitmişdir həyatında.

Bu mifəri baxım vərdişləriniz halına gətirmisənsə, hər şeydən əvvəl dərinizin yağlı olub olmadığını aydınlıq gətirməlisiniz . Üzünüzü yuduqdan sonra, nəmləndirici tətbiqdən əvvəl bir -iki saat içində yağlanıısa, həqiqətən yağlı bir dəriyə sahibsiniz deməkdir. Isti və ya nəmli mühitlərdə dərinizin yalnız müəyyən hissələri yağlanırsa, o zaman dəriniz qarışıqdır.

Ən çox dəri problemi yaşayan qadınlar arasında ümumiyyətlə yağlı dərilər iştirak edir. Cansıxıcı problemlərin başında xüsusilə civzə, qara nöqtə və iri məsamələr gəlir. Bu dezavantajlı kimi görünən dəri tipinin, əslində bir üstünlüyü var. Yağlı dərilər, digər dəri tipləri qədər sürətli və sıx qırışmır. Təbii bir müddət olaraq yağlı dərili şəxslərdə də zamanla yağ istehsalı azalır, bu səbəblə 30 yaşlarından sonra yaşlanma əleyhinə nəmləndirici seçərkən, dəri tipinə uyğun olmasına xüsusilə diqqət yetirilməlidir.

Yağlı dəri tipi ilə əlaqədar doğru bilinən yanlışlar  

Doğru sanılan səhv 1 - "Yağlanılmaq, dəridəki çirk səbəbi ilə olar"  və ya " Yağlı dəri civzəyə səbəb olar"

Əvvəlcə bilməlisiniz, dəriniz çirkli olduğu üçün yağ istehsal etməz. Yetkinlik çağında, hormonlar dəridəki yağ toxumalarını hərəkətə keçirər və yağ istehsalı başlayır. Bu vəziyyətdə çox insan üzünü çox yuyaraq təbii və ehtiyac duyduğu yağlardan dərini məhrum edər. Çox yuyunan dəri, daha çox yağ buraxaraq əskikliyi aradan qaldırmağa başlayar. Dəridə yağ istehsalının artması səbəbi ilə  sızanaq və civzə problemləri yaşana bilər. Buna görə üzünüzün təbii yağ təbəqəsini incidəcək şəkildə, lazımından çox dərinizi təmizləməməlisiniz. Yağlı dərilər üçün formula edilmiş təmizləmə gellərini və ya südlərini istifadə edə bilərsiniz.

Doğru qəbul edilən səhv 2 - "Dərinin yağ istehsalına spirt ehtiva edən toniklərlə nəzarət edə bilərsiniz"
Yüksək miqdarda spirt ehtiva edən məhsullar, dərini ehtiyac duyduğu təbii yağlardan məhrum edir. Spirtli tonik istifadəsi müvəqqəti olaraq rahatlaşdıra bilər, ancaq dəridəki yağ miqdarı azaldığı üçün yenidən yağ toxumaları daha çox yağ istehsalına başlayır. Bu səbəblə nəmsiz, solğun və təravətini itirmiş bir dəri ilə qarşı-qarşıya qala bilərsiniz. Yenə dəri təmizliyinizi yaxşı bir toniklə silərək bitirin, lakin yağlı dəri tipinə uyğun tərkiblərə sahib (fındıq yağı tərkibli kimi) spirtsiz tonik istifadə etməni seçin.

Doğru qəbul edilən səhv 3 - "Yağlı dərini nəmləndirməyə ehtiyac yoxdur, onsuz da yağlıdır" və ya "Qətiliklə yağsız nəmləndirici istifadə etməlisiniz",
"Dərimizi təmizləyib sonra nəmləndirici çəkməzsək, dərimizdə yağlanılma olmaz" kimi ümumi bir səhv fikir var. Əksinə,  bunların heç biri doğru deyil! Gündəlik gözəllik baxımınız bu şeklidədirsə, dəriniz daha çox yağ çıxara bilər və nəmini, elastikliyini itirə bilər. Buna görə də mütləq yağlı dərilər üçün formula edilmiş nəmləndirici istifadə edin. Sıx vazelin ehtiva edən ağır nəmləndiricilərdən uzaq durun. Yağsız nəmləndiricilərdə belə az da olsa yağ vardır. Dərinin parlaqlığına qarşı bir vasitə istifadə etmək istəyirsinizsə, makiyada bəzi matlaşdırıcı (primer) və ya yağçəkici kağız (basma) istifadə edə bilərsiniz.

Yağlı dəriyə necə qulluq tətbiq olunmalıdır?

1. Üzünüzü yumşaq bir təmizləyici və ilıq su ilə hər gün yuyun, yüngülcə qurulayın. Lazımından çox, yəni gündə üç- dörd dəfə dərinizi təmizləməyin. Dəri quruluşunuza uyğun təmizləyici istifadə edin.

2. Dəriniz üçün yumşaq quruluşlu spirtsiz tonik istifadə edin. Tonikinizi soyuducunda saxlamağı təcrübə edə bilərsiniz. Beləcə, soyuq tonik dərinizi canlandıracaq və rahatlıq verəcək.

3. Həftədə bir ya da iki dəfə (dərinizin ehtiyacına görə) uyğun bir məhsulla yüngül peeling edin. Həddindən artığa qaçıb dərinizi incitməyin.

4. Dərinizin yağ istehsalını təşkil edəcək və nəmli qalmasını təmin edəcək keyfiyyətli bir nəmləndirici istifadə edin. Kremin tərkibini mütləq oxuyun. Ağır quruluşlu, quru dərilər üçün hazırlanmış nəmləndiriciləri seçim etməyin.

5. Məsamələrinizi dərindən təmizləyəcək maskanı həftədə bir dəfə tətbiq edin.

6. Yatmadan əvvəl tənbəllik etməyin! Makiyajınızı mütləq təmizləyin, dərinizi tonikləyin, serumunuzu və nəmləndiricinizi hər axşam mütləq istifadə edin.

7. Keyfiyyətli yeməklərə yönəlin. Fast-food, çox şəkərli, yağlı yeməklərdən çəkinməyə çalışın. Dərinizi daxildən yeniləmək və qidalandırmaq üçün su içməyə laqeyd yanaşmayın. Yaşlanmanın təsirlərini azaltmaq istəyirsinizsə, spirtli içki və siqaret  istifadə etməyin. Bu maddə bütün dəri tipləri üçün etibarlıdır!

8. Civzə, sızanaq və ya qara nöqtələrlə oynamayın, onları sıxmayın. Başqalarının dərman və ya məlhəmlərini tövsiyə olunub deyə istifadə etməyin. Hər kəsin dərisi bir-birindən fərqlidir və eyni şəkildə reaksiya verməyə bilər. Civzə, sızanaq və ya dəri yağlanması sizi narahat edəcək həddədirsə, mütləq mütəxəssis dermatoloqa müraciət edin.

Bu məlumatlar fərdi təcrübələrə əsaslanaraq yazılmışdır. Resept, dərman, tibbi məlhəmlər və ya müalicəedici tibbi təkliflər verilməmişdir. Bu səbəblə, sağlamlığınızla əlaqədar mövzularda, professional sağlamlıq personalına məsləhətləşmənizdə fayda vardır...

ESMERRi | 15 aprel 2016 19:19 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: pinarcik
Vallah derim yaglidi buda mne lezet eleyir cunku yagli olmadi cox yaxahidi tebii qalir uz amma mueyyen cercivede saxlamaq isterem e cunku her seyin fazladi zererdi :fellow: r

Sitat: pinarcik
Vallah derim yaglidi buda mne lezet eleyir cunku yagli olmadi cox yaxahidi tebii qalir uz amma mueyyen cercivede saxlamaq isterem e cunku her seyin fazladi zererdi :fellow: r
pinarcik | 4 avqust 2015 19:38 | Status: Şərhçi | Şərh: 194
Vallah derim yaglidi buda mne lezet eleyir cunku yagli olmadi cox yaxahidi tebii qalir uz amma mueyyen cercivede saxlamaq isterem e cunku her seyin fazladi zererdi fellow r
miss xərçəng | 29 may 2015 13:38 | Status: Şərhçi | Şərh: 437
Meslehetinize gore tewekkur edirem. Faydali meslehetdi
Ag Gul | 5 aprel 2015 20:22 | Status: Professional user | Şərh: 4 333
Sitat: Miraj
menim derim normaldi

mənim də
my life is music | 1 fevral 2015 15:26 | Status: Gümüş user | Şərh: 736
MENIM DE DERIM YAGLIDI DEYE PROBLEMLERI DE COXDUR ZIBILIN
my life is music | 24 yanvar 2015 21:07 | Status: Gümüş user | Şərh: 736
menim de derim cox yaglidi
Miraj | 5 noyabr 2014 16:06 | Status: Professional user | Şərh: 2 625
menim derim normaldi
KARAGULUM | 31 oktyabr 2014 22:02 | Status: Gümüş user | Şərh: 1 433
Menim derim qurudu
BITANECIK | 2 may 2014 06:46 | Status: Şərhçi | Şərh: 119
Sitat: Nailya
menim uz derim azca qurudu...
SEVDA | 1 may 2014 06:42 | Status: Nəzarətçi | Şərh: 17 439
menim uz derim azca qurudu...
canım aşkım | 1 may 2014 02:16 | Status: Şərhçi | Şərh: 246
Sitat: Nurus.
Menim derim cox yaglidiryaz girenden sifetim qabiq verir.Hecne ceke bilmirem.Tanalni ceken kimi,ele bil qişda ppalciqli yoldan masin kecende nece olurha,menimde sifetimden ele bil kamaz kecib.Nece edimki sifetim qabiq vermesin?

xanim yagli deri gabig vermir axi.guru deri verir

Sitat: Nurus.
Menim derim cox yaglidiryaz girenden sifetim qabiq verir.Hecne ceke bilmirem.Tanalni ceken kimi,ele bil qişda ppalciqli yoldan masin kecende nece olurha,menimde sifetimden ele bil kamaz kecib.Nece edimki sifetim qabiq vermesin?

Qabiq veren deri ucun maska: 1 yumurta sarisi 1 cay qasigi bal ile calin.Sonra bura 3-4 damci bitki yagi, 10 damci limon siresi elave edib yene tam qariwana qeder calin.Alinan bircinsli mehlula 1 cay qasigi un sekiline salinmiw yulaf ve yaxud kepek elave edin. Maskani uzde 20 -25 deqiqe saxladiqdan sonra yuyun.. bu maskani istifade edin xeyrini goreceksiz
Nurus. | 1 may 2014 01:39 | Status: Brilliant user | Şərh: 6 982
Menim derim cox yaglidiryaz girenden sifetim qabiq verir.Hecne ceke bilmirem.Tanalni ceken kimi,ele bil qişda ppalciqli yoldan masin kecende nece olurha,menimde sifetimden ele bil kamaz kecib.Nece edimki sifetim qabiq vermesin?
Ay_Sun | 30 aprel 2014 17:41 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: G-DAMLA
Faydalı xəbər üçün çox sağol canım...
Aynur_Mezahirli | 30 aprel 2014 13:21 | Status: Qonaq | Şərh: 0
Menim saclarim cox yagli olur basimi yuyandan sonra iki gun gucle temiz qalir saclarim tez yaglanmaga basliyir. Faydali melumat ucun tesekkurler Leyla bacim...
Meryem_Duyqu | 29 aprel 2014 19:57 | Status: Yazar | Şərh: 4 130
Fəslindən asılı olmayaraq dəriyə mütəmadi qulluq lazımdır...Təşəkkürlər
Alice | 29 aprel 2014 19:44 | Status: Professional user | Şərh: 5 020
Leyla bacı faydalı düzgün tətbiq olana biləcək məsləhətlərdi.. Çox sağol..
Mənim dəri tipim normaldı.. Hər zaman təbii nəmləndiricilər və baxım maskaları istifadə edirəm.. Ən çoxda yaz aylarında..
Qadınlarımız gözəl olmağa ən az özləri üçün məcburdu..
Nazlı_Kız | 29 aprel 2014 15:49 | Status: Brilliant user | Şərh: 6 473
Faydalı xəbər üçün çox sağol canım...
Nurus. | 29 aprel 2014 15:43 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Nergiz love
SACIMDA DERIMDEE YAQLIDI

Aynen,mendede eledir.

Sitat: Nergiz love
SACIMDA DERIMDEE YAQLIDI

Aynen,mendede eledir.
Lumia | 29 aprel 2014 14:32 | Status: Professional user | Şərh: 5 378
Normal derim var,ne quru,ne yagli.Tesekkurler.

PS.Hekimin ne qeribe soyadi var Qarpizoglu?)))
Röyamsan. | 29 aprel 2014 12:52 | Status: Brilliant user | Şərh: 6 102
Təşəkkürlər faydalı xəbər üçün.
Nergiz love | 29 aprel 2014 11:52 | Status: Professional user | Şərh: 7 871
SACIMDA DERIMDEE YAQLIDI
ŞokaLaTovA PeÇeNyA. | 29 aprel 2014 11:20 | Status: Gümüş user | Şərh: 2 059
sacimda derimde yaglidi by sacimi yuyuram qosxedem kimi gorurem yaglanib ama tez uzanir yagli saclar 0117 Mama icaze verseydi imtahan qabagi sacimi kesdirerim 0100
SABINA | 29 aprel 2014 10:36 | Status: Professional user | Şərh: 7 410
YAGLİ DERİ GEC QOCALİR
Alone Girl | 29 aprel 2014 10:11 | Status: Gümüş user | Şərh: 1 679
Sitat: Gülşən
Menim derim hedsiz qurudu bu haqqda xeber olsa sevinerem
Gulshen. | 29 aprel 2014 09:11 | Status: Qonaq | Şərh: 0
Menim derim hedsiz qurudu bu haqqda xeber olsa sevinerem
N....N92 | 29 aprel 2014 09:00 | Status: Professional user | Şərh: 4 351
Cox twk men uzaqam bele deriden