Gözəllik / Üz dərisinə qulluq

Hər yaşa görə dəriyə qulluq

Nazlı_Kız | 20-01-2014, 10:30
14 441 24



Dəriyə qulluq edərkən dəri tipinə və yaşa görə uyğun baxım tətbiq etmək əhəmiyyət daşıyır. Hər yaş dövrünə və dəri tipinə uyğun baxım təklifləri burada ...


20  yaşlarda dəriyə qulluq

Dərinizi səhər və axşam təmizləməlisiniz. Xüsusilə sabunsuz təmizləyiciləri seçin.
Dərinizi yaxşıca durulayıb, quruladıqdan sonra spirtsiz toniklə silin. Tonik  məsamələrinizi dartır,dərinizin PH tarazlığını nizamlayır və təmizləyici məhsulun artıqlarını alır.
Təmizləmə əməliyyatından sonra dərinizə ehtiyacı olan nəmi vermək üçün dəri tipinizə uyğun  nəmləndirici bir krem sürtün.
25 yaşından sonra göz ətrafınızda meydana çıxmağa başlayan incə xəttlərin  dərinləşməməsi üçün bir göz ətrafı kremi istifadə etməlisiniz. Çox yorğun olduğunuz zamanlarda canlandırıcı bir sistem köçürməklə balaca bir müalicə də tətbiq edə bilərsiniz.




30 yaşlarda dəriyə qulluq
20 yaşlarında başladığınız təməl qulluğun yanında yavaş-yavaş başlayan göz ətrafı qırışıqlıqlarınızın qarşısını  alın. Bu bölgədəki dərinin incə olmasından ötəri göz ətrafı üçün xüsusi olaraq hazırlanmış yağsız məhsullardan istifadə edin.
Oyandığınız zaman gözlərinizdə şişmə olursa çayla kompres etmək ya da xiyar dilimləriylə gözlərə istirahət vermək yaxşı gələcəkdir.



40 yaşlarda dəriyə qulluq
Üzünüzə təmizləyici südü dairəvi hərəkətlərlə sürtün. Yüngül və nəmli bir pambıqla içdən xaricə doğru və alın,yanaqlar,çənə sırasını növbə ilə təmizləyin. Tonik ya da suyla dərinizi durulayın.
Nəmini itirmiş dəridə xəttlərin artması sürətləndiyindən nəmləndirici istifadə etməyə  laqeyd yanaşmayın. İstifadə etdiyiniz  məhsulun  qliserin tərkibli  olmasına diqqət yetirin. Çünki bu aktivlər, dəri laylarında suyun tutulmasına kömək edir.
Üzünüzə etdiyiniz qulluğu mütləq boynunuza da tətbiq edin. Ancaq üzünüzə yuxarı doğru, boyunuza isə aşağı doğru hərəkətlərlə kreminizi sürtün .

 



 


Hər yaşda tətbiq olunan dəriyə qulluq təklifləri

1. Boynunuzda buxaq  əmələ  gəlməsinə  maneə törətmək üçün boynunuzu yuxarıya  doğru gərgin tutmağı bir vərdiş halına gətirin.

2. Dəridəki quruluğu aradan qaldırmaq üçün yuyunduqdan sonra yağlı bir kremlə bütün bədəninizi nəmləndirin.

3. Həftədə bir neçə dəfə təmizləyici baxım məhsuluyla dərinizi ölü hüceyrələrdən təmizləyin.

4. Sallanmalar üçün ən təsirli yol məşq etməkdir. Uzun məşqlərə zaman ayıra bilmirsinizsə, heç olmazsa çoxlu piyada gəzməyi seçin.

5. Sinə və qıç arası sallanmaların qarşısını almaq üçün çox isti suyla yuyunmamaya diqqət edin. Hamam sonrası sinənizə və ayaqlarınıza soyuq su ilə təzyiqli duş edin.

6. Siqaret, spirt , çay və qəhvə dərinin başlıca düşmənləridir. Bunlardan uzaq dayanmağa çalışın.

7. Stress  təsiri dərinizi solğun göstərər. Stressiz həyat üçün səy göstərin.



Dəri tipinə görə baxım edərkən diqqət yetirməmiz lazım olanlar ...


Quru dərilər
Dəriniz çox qurudursa tonik istifadə etmiyin. Dərini qurutduqları üçün spirt əsaslı tonikləri heç istifadə etməyin. Dərinizə buxar tətbiqini bir neçə dəqiqə davam edəcək şəkildə qısa edin.


Yağlı dərilər
Dərinizi həftədə bir dəfə  dənəcikli bir  təmizləyici gel və ya hər gün tərkibində  alfa hidroksil turşusu olan  kimyəvi bir məhsulla ölü hüceyrələrdən təmizləyin. Dərinizdə iriləşmiş məsamələr varsa , dərinizi yasəmənlə kompres edin.

 (Geniş bir kasanı ilıq suyla doldurun və içinə beş damla yasəmən yağı əlavə edin. Yasəmən yağlı  təmiz bezi ilıq suya salıb yaxşıca isladın və dərinizin hər yerini örtün. Yasəmənin qabaqlayıcı və sərinləşdirici xüsusiyyətləri vardır , dərinizi təmizləyərkən eyni zamanda sinirlərinizi də sakitləşdirir. )





Qarışıq dərilər
Dərinizin haralarda nəmə ehtiyac duyduğunu ( yanaqlar,alın və boyun bölgəsi ) və haralarda daha yağlı olduğunu (burun, çənə və bəzən də alın) təyin edin. Üzünüzün dəyişik bölgələri üçün dəyişik maskalar istifadə edin. Yağlı T bölgəsi üçün (yəni alın ,burun və çənə) gil əsaslı bir maska ​​seçim edərkən, üzünüzün daha quru bölgələri üçün daha nəmləndirici bir maska ​​seçin. Hava,stress,çirklilik və hormonlarınızın dərinizin nəm tarazlığını dəyişdirdiyini unutmayın.



Redaktə etdi: Aytekin82


ESMERRi | 15 aprel 2016 12:26 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: IMAM HUSEYN EBELFEZ AGA ASIQIEM
Tesekkurler
Real Madrid CF | 7 may 2015 00:23 | Status: Qonaq | Şərh: 0
Sexsen menim 16 yasim var derime etmediyim sey qalmiyib nece deyerler gozellik qurban teleb edir.
Tesekkurler
SEVDA | 11 may 2014 06:54 | Status: Nəzarətçi | Şərh: 17 439
meslehetlere göre twk...
Nazlı_Kız | 22 yanvar 2014 18:42 | Status: Brilliant user | Şərh: 6 473
Rey yazan herkese tewekkurler
Girl | 21 yanvar 2014 11:58 | Status: Professional user | Şərh: 8 206
təşəkkürlər məlumata görə
Ulviyye | 21 yanvar 2014 09:37 | Status: Gümüş user | Şərh: 2 839
derime hemişe qulluq etmeye calişiram .faydali xebr ucun tşk


derime hemişe qulluq etmeye calişiram .faydali xebr ucun tşk
panda-181176 | 20 yanvar 2014 22:00 | Status: Qonaq | Şərh: 0
cox gozel meslehet idi tewekurler her yawda deriye qulluq lazimdir
nara hesenova | 20 yanvar 2014 21:18 | Status: Gümüş user | Şərh: 1 201
Sitat: SULTANIM
Lazimli melumatdir. Atdim secilmislere. Tesekkur edirem.

Aylin Alizade | 20 yanvar 2014 20:42 | Status: Şərhçi | Şərh: 214
faydali xebere gore tewekkurler
M.Aliyeva | 20 yanvar 2014 18:45 | Status: Gümüş user | Şərh: 1 970
TEWEKKUR EDERIM 
SULTANIM | 20 yanvar 2014 17:42 | Status: Ekspert | Şərh: 4 742
Lazimli melumatdir. Atdim secilmislere. Tesekkur edirem.
Röyamsan. | 20 yanvar 2014 15:59 | Status: Brilliant user | Şərh: 6 102
Faydali Xeber Ucun Tewekkurler...
melek92 | 20 yanvar 2014 15:24 | Status: Şərhçi | Şərh: 177
TESEKKURLER...
Alice | 20 yanvar 2014 15:03 | Status: Professional user | Şərh: 5 020
  Mənim dərim normal dəridi .... Nə əcəb normal dəri haqda yazılmayıb xəbərdə....  Həm  səhər həm axşam normal dərimi mütləq təmizləyirəm... Mənim üçün mütləqdir çünki.... Səhərlər   su və normal üz dərisinin yuyulması üçün nəzərdə tutulan xüsusi köpüklənən,  yuyucu vasitələrdən,  ("penka”) -dan istifadə edirəm.....  Dərimi  təmizlənməsindən başqa,   hər zaaman  tonikdən və ya  xüsusi öz dəmlədiyim tərkibindən  əmin olduğum ot dəmləmələrindən hazırlanan buz parçalarından istifadə etməklə tonuslaşdırıram dərimi Effekti çooox böyükdü....  Dəri qulluğum da  mənim üçün çooooox vacibdi...  

Təşəkkür G-damla  xəbər üçün... Maraqlıdı...  Əslində çox şeylərdən istifadə etmək olar dəri qulluğu üçün....
Nigar | 20 yanvar 2014 14:18 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore
Just me | 20 yanvar 2014 14:06 | Status: Professional user | Şərh: 1 296
Sitat: minə_GÜNAY_2014
TESEKKURLER FAYDALI XEBERDI...

Nefesim | 20 yanvar 2014 13:55 | Status: Gümüş user | Şərh: 938
TESEKKURLER FAYDALI XEBERDI...
Happiness_lady | 20 yanvar 2014 13:30 | Status: Gümüş user | Şərh: 1 179
25 yasim var indiden goz etrafi kreme kecmek lazim oldugunu bilmirdim.Xebere gore sagolun.
Aynur_Mezahirli | 20 yanvar 2014 13:08 | Status: Qonaq | Şərh: 0
Sitat: anuta
Gerek baslayam 25i kecmisem qurudu derim

Ele menimde uzumun derisi qurudu, gerek mende basliyim.
ferzane | 20 yanvar 2014 12:45 | Status: VİP user | Şərh: 1 042
twk maraqli xeberdi
Nurus. | 20 yanvar 2014 11:55 | Status: Brilliant user | Şərh: 6 982
25yaşim var heleki derimde problem yoxdu.Amma sifetim tez yaglanir,derim yagli deridi.Deyilene gore yagli deride gec qirişir.Xebere gore teşekkurler canim.
turkam | 20 yanvar 2014 11:24 | Status: Şərhçi | Şərh: 301
faydali meslehet ucun tewekkurler.
anuta | 20 yanvar 2014 10:50 | Status: Şərhçi | Şərh: 395
Gerek baslayam 25i kecmisem qurudu derim