Gözəllik / Üz dərisinə qulluq

Gil maskalarının növləri

Deniz Gozlum | 24-04-2011, 11:00
11 478 35
Gil maskaları
 

Klassik janr


Klassik gil maskası (su + gil) həmişə aktual olan maskadır. Onun əsas məqsədi dərini ölü hüceyrələrdən və toksinlərdən  təmizləməkdir.

Gil müxtəlif rənglərdə olur. Lakin klassik maska eyni cür hazırlanır. 2-3 xörək qaşığı gilin üzərinə 3-4 xörək qaşığı mineral su (qazsız) əlavə edin, 30 dəqiqə saxladılır. Su tam çəkiləndən sonra onu qarışdırın və həftədə bir dəfə bu maskadan istifadə edin.

 

Ağ gil


Arxeoloqlar iddia edirlər ki, məhz ağ gildən olan maskalar Kleopatraya gözəl görünmək üçün kömək olurdular. Onun tərkibində kaolinit mineralı var ki, o, elastikliyin qorunmasına, lestitin əmələ gəlməsinə, hüceyrələrin təmizlənməsinə xeyirlidir.

 

Solğun və yaşlı dərilər üçün uyğundur.

 

Mavi gil


Onun rəngi gümüşün olmasından irəli gəlir. Bu gil dezinfeksiya və irinə qarşı çox effektlidir. Həmçinin dərini minerallar və mikroelementlərlə qidalandırır, yumuşaldır və tonuslaşdırır.

 

Normal və kombinləşdirilmiş dərilərə uyğundur.

 


Yaşıl gil


Dəmir oksidinin bolluğu müşahidə olunur. Gil nə qədər tünd yaşıldırsa, o, daha effektivli olacaq. Dərini dərindən təmizləyir, dezinfeksiya edir, yağlı dəriləri qurudur. Lakin sızanaqlı dəriyə bu maska məsləhət görülmür.

 

Yağlı və problemli dərilər üçün.

 

 Qırmızı gil


Qan dövranını yaxşılaşdırır, üzdəki qırmızılığı aradan götürür, üz kapilyarlarının və damarlarının elastikliyini artırır. Tərkibində qırmızı dəmirin oksidi və mis oksidi var. Birinci element tonuslaşdırır, ikinci isə elastikliyi təmin edir.

 

Həssas, qırmızılaşan dəri üçün

 

 Sarı gil


Kaliy və dəmir ilə zəngindir. Bunun nəticəsində dərini toksinlərdən azad edir və onu oksigen ilə qidalandırır.

 

Hande 18 | 3 iyun 2013 22:41 | Status: Professional user | Şərh: 3 302
tesekkurler maraqli idi=) crying
Meqa | 5 fevral 2013 15:59 | Status: Professional user | Şərh: 2 077
lazımlı xeberdi teşekkürler
G-----16 | 22 iyul 2012 12:37 | Status: Gümüş user | Şərh: 2 227
hmmmmmm tesekkurler bilmirdim :n28:
TATLI GUZEL | 20 iyul 2012 10:27 | Status: Professional user | Şərh: 5 781
AAAA HEC bilmirdim.tesekkurler
SoFiYYa AnGeL | 1 iyul 2012 11:30 | Status: Professional user | Şərh: 957
tesekkurler maraqli idi=)