Gözəllik / Saç tökülməsi və qulluq

Saçlarınızın sağlam və parıltılı olmağını istəyərdinizmi?

Reyhan_Elizade | 15-04-2011, 14:00
10 748 37

                                                                     Xanımlar gözəl və cəlbedici görünmək istəyirsiniz?

Bunun üçün üzünüz və bədəninizlə birlikdə saçlarınızın da gözəl görünməsinə çalışmalısınız. Təbii ki, buna saçlarınıza xüsusi qulluq etməklə nail ola bilərsiniz. Saçda olan bəzi problemləri aradan qaldırmaq arzusundasınız? 
Sizə bu işdə köməklik göstərmək məqsədilə topladığım materialları təqdim edirəm.

  Quru və normal saçlar üçün maskalar
  Çörək maskası:
- Qara çörəyin içini qaynar suda isladın və 2 saat orada qalsın. Alınmış horranı saçlarının dibinə sürtərək 1 saat gözləyin və sonra yuyun.
 Bal maskası:
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloe şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdırın. Alınmış qarışığı saçlarınıza sürtün və 20 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun.

Yumurta maskası:
- 2 ədəd yumurtanı çalın, saçlarını isə ilıq (isti yox) su ilə isladın və qarışığı saçlarınıza ehmalca sürtün. 5-7 dəqiqədən sonra saçlarınızı şampunla yuyun.
Nəticə: Saçlar daha yumşaq və parlaq olacaq. 
 Araq maskası:
- Araq saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni ölçüdə götürün və saçlarınızı yuyun.
 Yağlı saçlar üçün maskalar
Yoqurt, kefir, qatıq maskası: 
- Bu maskalar yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür. Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saçlara sürtün. Sonra isə şampunla yuyun.
  soğan maskası:
- Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar, gözəllik qurban tələb edir.
- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çəkin. Sonra başı polietilen papaq və dəsmalla örtün. Yarım saatdan sonra saçları yumaq olar.
  Saçları qalın və hamar edən maska
Eyni ölçüdə aşağıdakı komponentləri qarışdırın:
- Bal
- Konyak
- Zeytun yağı
Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürtün, başı polietilen papaqla və dəsmalla bağlayın. 1 saat gözləyin. Daha sonra saçları şampunla yuyun. Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxalayın. Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.

 Bütün saç növləri üçün maskalar
- Orta ölçülü qara turpu sürtgəcdən keçirin. Şirəni süzərək saçlara sürtün. Onları dəsmalla örtün və 30-40 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!
saçları parıltılı etmək üçün ən yaxşı vasitədir   

 Zədələnmiş saçlar üçün maska
- Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdırın.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə edin. Hamısını yaxşıca qarışdırın və lap az yuyulmuş saça sürtün.
Maskanı 3-5 saat saxlayın, sonra isə şampunla yuyun. Sonda, saçlarınızı limon şirəsi ilə yaxalayın.
- Daha bir yaxşı üsul - ayıpəncəsi və gənəgərçək yağı (eyni ölçüdə) üzərinə 2 çay qaşığı limon şirəsini əlavə edin. Buda zədələnmiş saçların bərpası üçün əla vasitədir.
  Saçları parıltılı edən maska
Aşağıdakı komponentləri qarışdırın
- 1 ədəd yumurtanın ağı
- 1 xörək qaşığı çətənə yağı
- 1 xörək qaşığı badam və ya yoyoba yağı
- 1 xörək qaşığı bal
- 1 xörək qaşığı alma sirkəsi
Bunları qarışdırın, tərkib duru alınarsa, onda yarım çay qaşığı nişasta əlavə edin. Maskanı saçlara sürtün və darayın. 15 dəqiqədən sonra maskanı yumamaq şərti ilə, ikinci dəfə sürt və 2-3 saat gözləyin. Vaxt tamam olduqdan sonra saçları şampun və kondisionerlə yuyun. 


B.Fereh | 29 aprel 2016 22:39 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: B.Fereh
Araqdan maska birinci defedi gorurdum.Twk.
B.Fereh | 5 mart 2016 14:27 | Status: Nəzarətçi | Şərh: 6 975
Araqdan maska birinci defedi gorurdum.Twk.
SABINA | 24 may 2014 22:52 | Status: Professional user | Şərh: 7 410
ELADİR GETDİ SECİLMİSLERE SONRA BAXACAM DİQQETLE
Alice | 2 oktyabr 2013 19:09 | Status: Professional user | Şərh: 5 020
saçlarımla hələ ki yola gedirəm.
Beren | 1 iyun 2013 23:10 | Status: Professional user | Şərh: 3 214
Hmmm...Mənim saçlarım yağlıdır.Maraqlı idi.Təşəkkürlər.
FLOVERandGİRL | 25 may 2013 19:50 | Status: Professional user | Şərh: 3 251
tesekkur edirem

tesekkur edirem
RaySum | 19 may 2013 02:40 | Status: Professional user | Şərh: 2 594
hami isteyer ki saci yaxsi gorsensin
Nazli wirin | 9 aprel 2013 18:47 | Status: Şərhçi | Şərh: 284

TWK

Milaska. | 26 mart 2013 16:46 | Status: Gümüş user | Şərh: 1 486
pariltilidi ama qirilir niyeee???
Əfşan | 11 mart 2013 01:55 | Status: Professional user | Şərh: 1 714
cox tenbelem saclarima qulluq etmirem
yeterim | 26 fevral 2013 18:44 | Status: Şərhçi | Şərh: 181
yaxsi masqalardi
RaySum | 18 fevral 2013 18:29 | Status: Professional user | Şərh: 2 594
yumurta maskasi iiiuy n6
SoFiYYa AnGeL | 28 iyul 2012 21:12 | Status: Professional user | Şərh: 957
gercekden cox gozel deyerli meslehetlerdir uymaga calisacam