Saçlarınızın gözəl olması üçün qızıl qaydalar...
Saçlarınız ipək kimi, zərif və dümdüzdür. Çiyinlərinizdən aşağıya uzanır və quruluşu son dərəcə parlaq və möhkəmdir. Bunun səbəbini bilirsinizmi? Çünki düz saçların hər bir telində altı qat epiderm qoruma təbəqəsi vardır və bu qədər çox qoruma təbəqəsi başqa heç bir saç tipində yoxdur. Yəni; xarici laylar, saçı saç qurutma maşını , UV şüası və çətinlikli hava şərtlərindən qoruyan bir qalxan funksiyası yerinə yetirər. Saçınız düzdürsə və davamlı sağlam görünməsini istəyirsinizsə bu qızıl qaydaları oxuyun və bilməniz lazım olan hər şeyi öyrənin.
1. Yuma: Diqqət! Şampun saçlarınızın parlaqlığını azaldarkən, saç kremi də səhv tətbiq olunduğu təqdirdə iz buraxa bilər. Düz saçları yuyarkən ilk addım, yuma əvvəlində saçı hazırlamaqdır. İpucu istərdinizmi? Əvvəlcə saç uclarınızın qurumasını önləmək üçün saçınızın ucuna saç kremi çəkin. Daha sonra yalnız saç dərisinə və köklərinə şampun tətbiq edin.İndi saçlarınızı açma zamanıdır.
Diqqət: Bunu edərkən mütləq daraq istifadə edin. Saçınızın məhsulu əmməsi üçün bir neçə dəqiqə gözləyin və yaxşıca durulayın.Saçınızı durulayarrkən su ilıq olmalıdır.
2. Sonsuza qədər parlaq: Deyək ki saçlarınız baxımlı, güclü və sizi də çox xoşbəxt edir (kişilərdən də davamlı iltifat alırsınz). Amma... Saçlarınızı bu qədər parlaq hala gətirmək üçün nə qədər zamandır məşğul olursunuz? Saçınızın, Hollywood ulduzlarınınkı qədər mükəmməl görünməsi üçün sizə bir ipucu verək: Saçlarınızı yumaq üçün, inkişaf etmiş düsturlu məhsullar istifadə edin. Yekunlaşdırmaq lazım olsa, göz açıb bağlayana qədər, məhsulun bütün qalıqlarını təmizləyə bilər və saçlarınızı yüzdə yüz daha parlaq hala gətirə bilərsiniz.
3. Diqqətli qurutma: Duşdan çıxdığınızda saçlarınızı dəsmal ilə qurulayın amma qətiliklə ovalamayın. Yəni dəsmalı saçınıza qətiliklə Misir türbanı kimi dolamayın! Saçı dəsmal ilə qurulamanın doğru üsulu, dəsmalı yavaşca saçınızın üzərinə yerləşdirmək və ovuc içlərinə çox suyu götürməkdir. Nəticə olaraq düz saçlarınız yumşaq, yüngül və daranmağa hazır olacaq.
4. Super güclü kokteyl: Düz və sərt terminləri bir yerdə istifadə edilə bilməz.Bu səbəblə saçınızın quru olduğunu hiss etsəniz, düz saçlarınız üçün uyğun məhsullar (şampun, saç şəkilləndirici və saç kremi) istifadə etməyə başlamalısınız. Xüsusi olaraq inkişaf etdirilmiş düsturu ilə saçları yatıraraq düzlüyü artıran, saç teli üzərində yağ təbəqəsi meydana gətirən və beləcə saçda daha homogen səth təmin edən məhsullar seçməlisiniz. Nəticədə saçlarınızda hamar bir səth əldə edər və saç köklərində qorumanı təmin edərsiniz. Uyğun saç kremləri, saçın ümumi görünüşünü, toxumasını, sürüşkənliyini, parlaqlığını və asanca şəkil almasını təmin edəcək və beləcə saçınız daha nizamlı görünəcək. Quru və köhnəlmiş bir saç istəmərsiniz deyilmi? O zaman seçiminizi doğru edin və sonsuz bir parlaqlıq əldə edin.
5. Alətlərin şüurlu istifadəsi: Səhv istifadə edilən saç feni, dümdüz saçlarınızın ən pis düşməni ola bilər. Bu səbəblə inkişaf etmiş bir qurutma texnikası daha sağlam və gözəl saçlara sahib olmanıza köməkçi olar. Saçınız köhnəlmişsə, düzləşdirmədən əvvəl tamamilə qurutmanız lazım olduğunu unutmayın. Saçlarınızın sağlammı? Cavabınız bəli isə, saçınızın yalnız yüzdə 70-ni qurudun və "təbii" qurumağa buraxın. Bərbərinizin saçınızı necə qurutduğuna diqqət edin.Saç feninin ağızını (saç telinin düz qalmasını təmin etmək üçün) saç teli istiqamətində tutduğunu hiss edəcəksiniz. Bu səbəblə, hava axışını saç uclarına doğru etsəniz,maksimum nəticə əldə edərsiniz. Saç teli daha elastik olar və nəticə olaraq da saçınızda mükəmməl bir düzlük olar. Möcüzə!
6. Havalı forma vermə: Ən kompleks saç modellərini edərkən belə saç tipiniz ən əhəmiyyətli mövzudur. Təbii bir görünüşmü istəyirsiniz, nə çox təpədən nə də çox alçaq olan bir at quyruğunun sadə qəşəngliyinimi?Saçlarınızı arxaya doğru daraya bilər və ya iddialı bir görünüş üçün yana ayıraraq daha təəccüblü hala gətirə bilərsiniz. Bonus ipucu: Asqısız, seksual bir paltar geyərək saç stilinizin təsirini artırın.
7. Günəşin altında belə dəbə uyğun: Sahildə və ya hovuz kənarında zaman keçirərkən düz saçlarınızı forma vermək və ideal görünüşü yaratmaq istəyirsiniz? Bu da etməniz lazım olanlar: Əvvəlcə saçlarınızı isladın və geriyə doğru darayın. Daha sonra ortadan ikiyə ayırın və ayrı-ayrı bükün. Son olaraq, bükülmüş iki tutamı alın, birlikdə bükün və uclarını, üzərində daş və ya dəniz qabıqları olan bir rezinlə bağlayın. Bu son moda görünüşün daha uzun sürməsi üçün bir neçə sancaqla bərkidin və saçın dağılmasının qarşısını almaq üçün bir az sprey vurun. Bu modelin faydası, üzünüzün açılması, stilli görülməsi və asanca edilməsidir. Ayrıca, bu modeli müvəffəqiyyətli bir şəkildə tətbiqi öyrənsəniz, gün boyu istifadə edə bilərsiniz.
8. Quru saç forması: Mükəmməl! Saçınızın toxuması, çox istədiyiniz saç modeli sınağa uyğundur. Bəli, həmişə istədiyiniz saç formasını etmənin zamanı gəldi. Məşhur saç dizaynçılarına görə, düz saça forma verməyin çox asan və çox müxtəlif variantları vardır. Bir modeli seçib bərbərinizə təlimatları verdiyinizdə,üz şəkliniz, tərziniz və həyat şərtləriniz təsirli olar. Amma bu detalı da unutmayın: Bərbərinizə saçlarınızı islatmadan quru şəkildə etməsini söyləyin. Beləcə, iş bitib necə göründüyünü sizə göstərmək üçün üz tutduğunda və "Necə olmuş?" deyə soruşduğunda pis bir sürprizlə qarşılaşmayasınız deyə..
Qeyd:Bir də əziz xanımlar!Saçlarınıza maraqlı və cazibədar görünüş vermək istəyirsinizsə saçınızda təbii və ya bəzək çiçəklərdən də istifadə edə bilərsiniz.