Bütün tip saçlar üçün maya (droj) maskaları
Gözəl saçlara sahib olmaq cox asandır
Mətbəxinizdə, əlinizin altında olan maya (droj) ilə cazibədar, qüsursuz saçlara sahib ola bilərsiniz

Saç tökülməsinə qarşı maska:
2 xörək qaşığı maya
1 desert qaşığı ilıq süd
1ədəd yumurta
1 xörək qaşığı badam yağı
Hazırlanması və istifadəsi:
Bütün ərzaqlar yaxşıca qarışdırılır, saç dibindən başlayaraq uclarına kimi massaj edilərək çəkilir.Hər tərəfə bərabər yayılması üçün iri dişli daraqla darayın.Maskanı 45 dəqiqə saçınızda saxlayın,sonra ilıq su ilə durulayın,sonra isə şampunla yuyun
Mat saçlar üçün canlandırıcı maska:
2 xörək qaşığı maya
1 desert qaşığı ilıq su
1desert qaşıgı bal
1 desert qaşığı kakos yağı
1 desert qaşığı küncüt yağı
Hazırlanması və istifadəsi:
Yağlari bir qabda azca isidin,sonra maya ilıq su və balı qatılır,
saç dibindən başlayaraq uclarına kimi massaj edilərək çəkilir.
Hər tərəfə bərabər yayılması üçün iri dişli daraqla darayın.Maskanı 45 dəqiqə saçınızda saxlayın,sonra ilıq su ilə durulayın,sonra isə şampunla yuyun.

Saçların tez uzanması üçün maska:
2 xörək qaşığı maya
1 desert qaşığı ilıq su
2 xörək qaşığı soğan suyu
1 xörək qaşığı badam yağı
1 xörək qaşığı qaraçörəkotu yağı
Hazırlanması və istifadəsi:
Maya suyun içində əridildikdən sonra yağlar və soğan suyu qatılaraq,
saç dibindən başlayaraq uclarına kimi massaj edilərək çəkilir.
Hər tərəfə bərabər yayılması üçün iri dişli daraqla darayın.Maskanı 45 dəqiqə saçınızda saxlayın,sonra ilıq su ilə durulayın,sonra isə şampunla yuyun.
2 xörək qaşığı maya
1 desert qaşığı ilıq su
1 xörək qaşığı şəkər tozu
Hazırlanması və istifadəsi:
Maya ilıq su və səkər tozunu qarışdırın,saç dibindən başlayaraq uclarına kimi massaj edilərək çəkilir,30 dəqiqə sonra durulayıb,şampunla yuyun.

Quru saçlar üçün maska:
3 xörək qaşığı maya
3 xörək qaşığı kefir
Hazırlanması və istifadəsi:
Maya ilə kefiri yaxşıca qarışdırın və 10 dəqiqə köpməsini gözləyin.Yaxşıca saçlarınıza sürtün,
30 dəqiqə sonra durulayıb,şampunla yuyun.