Gözəllik / Saç tökülməsi və qulluq

Saçların tökülməsi və kəpəklənməsi ilə bağlı təbii maskalar

luce | 17-05-2012, 14:00
11 383 86

 Saçlarımız müəyyən mövsümlərdə, hava çirkliliyi, irsi olaraq, boya və perma kimi xarici təsirlərdən ötəri köhnələr ya da tökülməyə başlayar. Saçlarımızın baxıma ehtiyacı olduğunu anlamaq çətin deyil əslində. Əgər saçlarınız ; cansızlaşdı, tökülməyə başladı, qırıqlar meydana gəldi, incəldi və həcmini itirdisə aşağıda olan təklifləri tətbiqin zamanı gəlmiş deməkdir.

 

1.) Gicitkən Otu ilə Saçlarınızın Tökülməsini Önləyin.

Bunun üçün tətbiq edə biləcəyiniz üsullardan biri gicitkəndir. Bir neçə tətbiqin  sonunda saçlarınızda meydana gələn dəyişiklərin fərqini görəcəksiniz.

Bu işəm başlamadan əvvəl əllərinizə əlcək geyməyi unutmayın. 2 sap gicitkəni yuyub təmizlədikdən sonra  sapları və yarpaqları ilə birlikdə kiçik bir qaba qoyun.

Əgər gicitkənləri qaba sığdırmaqda çətinlik çəkirsinizsə sapları ilə birlikdə bir neçə parçaya bölə bilərsiniz.

Üzərinə 1 su stəkanı qaynar suyu tökün. Ocağın altını açıb, 3 - 4 dəqiqə qədər  qaynadın.

Qaynadıqdan sonra ocağın altını bağlayıb 10 dəqiqə qədər dəmlənməyə buraxın.

Dəmlənən gicitkənin suyunu bir süzgəc köməyiylə  süzün;  hətta sıyığında qalan suyu da əliniz ilə basaraq süzün.

Süzülən bu suyu saç diblərinizə barmaq uclarınız ilə masaj edərək sürtün.

  Bu tətbiqi nizamlı olaraq hər gün bir həftə boyunca etsəniz saçlarınızın tökülməsi dayanır və saçlarınız köhnə sağlamlığına qovuşar. Əgər bir həftənin sonunda tökülmə dayanmadısa müalicə müddətini uzada bilərsiniz.

 

 

2.) Badam Yağı tökülməyi Dayandırır

Tətbiqi asan olan bir üsul:

 Saçlarınızın tökülməməsi üçün iki gündə bir saç diblərinizə masaj edərək badam yağı sürtün. Tezliklə saçlarınızın necə canlanacağını görəcəksiniz.

 

 

3.) Zeytunyağı, Darçın və Bal Saçlarınızın Tökülməsinin qarşısını alır

Bir qabın içində iki şorba qaşığı zeytunyağı, bir yemək qaşığı bal və bir çay qaşığı darçını yaxşıca qarışdırın.

Həftədə iki dəfə saç diblərinizə masaj edərək sürtün.

On beş dəqiqə gözlədin.

Saçlarınızı uyğun bir şampunla yuyub yumşaq bir dəsmal ilə nəmini alın və saçlarınızı özbaşına qurumağa buraxın.

 

 

4.)Zeytinyağı Saç Tökülməsini  Önləyir.

Üç qaşıq zeytunyağını bir qabın içində ocağa qoyaraq bir az isidin.

Barmaq uclarınızla masaj edərək saç diblərinizə sürtün.

İsti suyun içinə batırıb sıxdığınız nəmli bir dəsmal ilə saçlarınızı qucaqlayaraq dəsmal soyuyana qədər gözləyin.

Dəsmalı çıxardıqdan sonra on beş dəqiqə daha gözləyin və saçlarınızı uyğun bir şampun ilə yuyub durulayın.

 

 

5.)Şirin (tatlı) Badam Yağı və Hindistan Yağı                            

Bir şüşənin içinə 9-10 qaşıq şirin badam yağı, 9-10 qaşıq hindistan yağını qatıb 10 dəqiqə yaxşıca çalxalayın.

Yatmadan saçlarınızın diblərinə masaj edərək sürün və saçlarınızı bir dəsmal ilə sarıyın.

Səhər qatranlı sabun və ilıq su ilə yuyun.

 

 

6.)Alma Sirkəsi ilə Kəpəklərdən Xilas olun

Saçlarda kəpəklənmə bir çox adamın ortaq problemidir. Əgər saçlarınızda kəpəklənmə varsa tünd rəngli bir geyimləri geyməkdən qorxarsınız çünki kəpəklər tökülərək özünü göstərərlər. Yalnız bu qədər deyil zərəri, birdə saç dərisində qaşıntı yaradarlar. Bu problemdən xilas olmaq əslində çox asandır.

Sizə tək lazımlı olan həqiqi alma sirkəsidir.

Kiçik bir qabda 2 litr suya yarım çay stəkanı ( kiçik çay stəkanlarından) sirkəni töküb, qarışığını hazırlayın.

Sonra bu qarışıqla saçlarınızı durulayın.

Saçlarınızın həm parlaq, həm də yumşaq olduğunu görəcəksiniz.

Nizamlı istifadə etdiyinizdə isə kəpəkdən və qaşıntıdan də xilas olmuş olacaqsınız.

 

QEYD : Alma sirkəsinin pis iy verəcəyindən ötəri qorxmayın, çünki saçlarınız quruyana qədər o qoxu uçacaq..


Meryem_Duyqu | 14 mart 2014 10:34 | Status: Yazar | Şərh: 4 130
Faydalı xəbər üçün təşəkkürlər.
Nigar | 23 fevral 2014 20:58 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Gulka
Tewekkurle

Gulshen. | 20 fevral 2014 16:49 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Nigar | 20 dekabr 2013 12:36 | Status: Gümüş user | Şərh: 6 063
maraqli oldu coox sag olun
Girl | 1 dekabr 2013 20:51 | Status: Professional user | Şərh: 8 206
tesekkurler
ay gunes | 16 oktyabr 2013 21:25 | Status: VİP user | Şərh: 915
tewekkurler
Alice | 14 oktyabr 2013 15:15 | Status: Professional user | Şərh: 5 020
təşəkkürlər faydalı xəbər...
Nigar | 15 sentyabr 2013 22:12 | Status: Gümüş user | Şərh: 6 063
xebere gore thank you yerivar
Ince Memmedli | 12 avqust 2013 17:26 | Status: Qonaq | Şərh: 0
Is orasidi ki, istifade etmek lazimdi
ayruska | 14 iyun 2013 16:19 | Status: Professional user | Şərh: 3 978
hec birinin xeyri yoxdu
Mickey Mouse | 12 iyun 2013 11:52 | Status: Professional user | Şərh: 4 008
Eh lazimim deyil...
Nigar | 26 mart 2013 16:04 | Status: Gümüş user | Şərh: 6 063
tskleeeeerrrrrrr
memmedli konul | 26 mart 2013 11:57 | Status: Şərhçi | Şərh: 115
bunlari bilirdim
Billurə | 15 mart 2013 15:38 | Status: Professional user | Şərh: 4 892
bunlari bilirdim)
lecek | 11 mart 2013 11:22 | Status: Qonaq | Şərh: 0
saq olun resept ucun sac tokulmesinden eziyyet cekirem
RaySum | 8 mart 2013 11:27 | Status: Professional user | Şərh: 2 594
balzamdan istifade etmirem
yeterim | 2 mart 2013 17:41 | Status: Şərhçi | Şərh: 181
men de sacimin cox olmasini isterdim
qenire | 16 yanvar 2013 19:03 | Status: Qonaq | Şərh: 0
qizlar sacinizin tokulmemesini ve tez uzanmasini isteyirsinizse saclarinizi neft sampunuyla yuyun men istifade etdim mukemmeldi
:n36:
beran | 24 dekabr 2012 15:49 | Status: Qonaq | Şərh: 0
:n18:
Nergiz33 | 12 dekabr 2012 10:18 | Status: VİP user | Şərh: 1 079
sekildeki qizin saclari kimi gur saclarim olaydi kas((((((((((((
ALEV | 2 dekabr 2012 20:26 | Status: Şərhçi | Şərh: 325
atdim secilmiwlere
Damla | 28 noyabr 2012 13:48 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: keca
balzamdan sonra istifade etmek olarmi sirkeli suyu?

Beli balzam vurandan sonra saclarinizi sirkeli su ile durulaya bilersiz..Amma sirkeli su saca parlaqliq verir sacin tokulmesinin qarwisini almir..
keca | 28 noyabr 2012 13:41 | Status: Qonaq | Şərh: 0
balzamdan sonra istifade etmek olarmi sirkeli suyu?
zurayda | 3 noyabr 2012 20:29 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
gulya20 | 25 oktyabr 2012 22:31 | Status: Professional user | Şərh: 4 677
Faydali meslehetlere gore tesekkurler atdim secilmislere.
cucem. | 29 sentyabr 2012 22:03 | Status: Professional user | Şərh: 4 415
faydali xebere gore tewekkurler
S24 | 28 sentyabr 2012 20:54 | Status: Gümüş user | Şərh: 797
məsləhətlərinizi yerne yetirecem
Sonik | 23 avqust 2012 18:53 | Status: VİP user | Şərh: 543
Sag olun deyerli meslehete gore
Angelocka | 21 avqust 2012 11:39 | Status: Qonaq | Şərh: 0
Men gicitkenle saclarimi yaxaliyiram dogurdan da gozel effekt verir
Lovely Girl | 20 avqust 2012 13:48 | Status: Qonaq | Şərh: 0
Zeytunyagi ela mende edecem mutleq ! twkkur :n3: