Gözəllik / Saç tökülməsi və qulluq

Saçınızı ildə 2 dəfədən çox boyamayın, yoxsa... - Təhlükə

Banu. | 22-09-2019, 21:42
124 0

London klinikalarının birində çalışan professor Kefax Mokbel bildirir ki, saçları tez-tez boyamaq süd vəzi xərçənginin riskini artırır.
Alimin sözlərinə görə, bunun səbəbi kimyəvi boyaların tərkibində olan ziyanlı maddələrdir.
"Saçları ildə 2 dəfədən artıq boyamaq olmaz. 40 yaşdan sonra qadınlar xüsusilə ehtiyyatlı olmalıdır", - professor bildirib.
Onun müşahidələrinə görə, saçları tez-tez kimyəvi boyalarla boyayan qadınlar saçları boyamayan qadınlarla müqayisədə 14% daha tez-tez süd vəzi xərçənginə tutulur.
Professor saçların boyanması üçün təbii vasitələrdən (xına, basma, çay, qəhvə, çobanyastığı və s.) istifadə etməyə çağırır.Saglamolun.az