Saç tökülməsi və qulluq / Manşet

İstədiyi saç rəngini əldə edə bilməyənlərə MÜJDƏ - Qabyuyan şampun ilə...

Banu. | 20-11-2018, 16:37
18 563 0
Qadınların əziyyət çəkdiyi əsas problemli mövzulardan biri də saç rənglənməsidir. Bir çox qadın saçlarını boyadıqdan sonra istədiyi rəngi əldə etməməkdən şikayətlənir. Tez-tez saç boyadılması prosesi isə keçəlliyə qədər aparıb çıxarır.

Artıq bu mövzuda narahat olmağa dəyməz.

Çünki saçları boyadıqda istənilən görüntünü əldə edə bilmədinizsə, boyanın tamamilə saçdan axıdılmasını təbii yollarla təmin edə bilərsiniz.

Qabyuyan maye ilə...

Lazım olan məhsullar:

3 yemək qaşığı soda

4 yemək qaşığı kəpəyə qarşı şampun

1 yemək qaşığı maye qabyuyan şampun

Kiçik bir qabın içində bu məhsulları qarışdırın. Daha sonra saçlarınıza çəkin. Saçınızı streç salafan və ya şarfla bağlayın. 20 dəqiqə gözlədikdən sonra su ilə yuyun.

Bu prosesi 2-3 gün təkrarlayın.

Soda və sirkə ilə

2 yemək qaşığı sodanı su ilə qarışdırın. Qarışığı nəm saçlarınıza çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Ardınca sirkəni su və qoxusunu sevdiyiniz bir yağ ilə qarışdırıb saçlarınıza çəkin. Bu qarışığı çəkdikdən sonra saçlarınızı yumağa ehtiyac yoxdur. Prosesi 4 gün ərzində tətbiq edin.(publika az)




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.