Gözəllik / Saç tökülməsi və qulluq

Saçlarımız haqqında doğru bilinən səhvlər

hopeful-woman | 25-02-2012, 13:31
9 010 63

 

 

 

Saçlar niyə tökülür?

 Hər saç tökülməsi əslində bir itki deyil,çünki saçın bir ömrü vardır və hər gün müəyyən qədər saç tökülməsi normaldır. Burada əhəmiyyətli olan nöqtə saç itkisinin səbəbidir. Hormonal nizamsızlıq, qansızlıq, tiroit funksiyalarının sağlam işləməməsi, yaşanan sıx stress, diyetdə itirilən sürətli kilolar saç tökülməsini də özü ilə gətirər. Gündəlik saç itkisi 300-400 telə qədər çıxa bilər. Saç dərisi sağlam və ümumi sağlamlıq mənasında hər bir şərt doğrudursa tökülən saçlar təkrar geri gələcəkdir.

 

Saçla əlaqədar doğru bilinən səhvlər.

 

Saç tez-tez yuyulsa tökülərmi?

Saç yumaqla tökülməz.Saç yuyularkən yalnız tökülmə mərhələsinə 2-3 ay əvvəl gəlmiş olan saçlar atılar.

 

Saç hər gün yuyulmalıdırmı?

Əgər saç dərisi yağlıdırsa saçı hər gün yumaq lazımdır.Saç dərisinin sağlam işlməsinə dəstək olmaq üçün dəridə yığılan yağ, kəpək, bakteriya, gündəlik toksin, duzun təmizlənilməsi lazımdır.

 

Jele və saç spreyləri saçı tökərmi?

Bunlar saçı tökməzlər çünki yalnız saçın səthində qalan şəkilləndiricilərdir. İki-üç gün saçda jeleylə gəzmək təbii ki,doğru deyil.

 

Saç boyaları saç üçün zərərlidirmi?

Boya əməliyyatları saçda kimyəvi bir köhnəlmə yaradar. Saç telində, saçın üst quruluşunda qırılma ola bilər. Amma boya saç dərisinin səthində qalan bir məhsul olduğu üçün dəri altına enib, saç kökünü zəiflədə bilməz və saçın incəlməsinə, kökdən etibarən tökülməsinə səbəb ola bilməz.

 

Sarımsaq saç üçün faydalıdırmı?

Antiseptik olan sarımsağın dəri altına enmə xüsusiyyəti və ya saç dərisində hər hansı bir şəkildə yaxşılaşdırıcı təsiri yoxdur. Antiseptiktir amma saçı müalicə edici bir təsirə sahib deyil.

 

Şampun və saç kremi istifadə etmək saça zərərlidirmi?

Saçın səthinin və saç tellərinin təmizlənməsi üçün qətiliklə şampun istifadə edilməsi lazımdır. Kimyəvi əməliyyat edən qadınlar saç ucları üçün mütləq saç kremi istifadə etməli və saçın xarici təbəqəsini qorumalıdır.

 

Kəpək saçı tökərmi?

Zaman içərisində dəri üzərində yığılan tullantı maddələr və kəpək saç dərisinin məsamələrini tıxayıb, saçın sağlam işləməsini poza bilər və axsada bilər.Bu səbəblə kəpək saç dərisində meydana gəlirsə təmizlənilməsi və dərinin sağlam işlək hala gətirilməsi lazımdır.

 

Saç üçün doğru məhsul necə seçilər?

Saç tökülmə səbəbini tam olaraq bilməyən bir adam doğru məhsulu seçib istifadə edə bilməz. Təsadüfi bir məhsulun yaxşı olmaq şansı çox aşağıdır. Tək bir məhsul hər kəsin problemini həll edə bilməz. Hər kəsin saç tökülmə problemi də fərqlidir. Əlbəttə bazarda yaxşı məhsullar vardır. Amma bu məhsulların adama yaxşı gəlib gəlməyəcəyi adamın birbaşa saç tökülməsi səbəbinə bağlıdır. Ona görə qətiliklə bir məhsul istifadə etmədən əvvəl mütəxəssislə məsləhətləşməkdə fayda vardır. Xüsusilə saç mövzusunda mütəxəssisləşmiş bir həkimdən kömək almaq lazımdır.

 

Saç nə qədər zamanda yaxşılaşar?

Ortalama 3-6 aylıq müddətdə saçdakı inkişaflar müşahidə edilə bilər. Burada əsas şərt tətbiqlərin nizamlı, intizamlı və zamanında edilməsidir.

 

Bəs sağlam saç üçün təkliflər hansılardır?

Saçın təmiz saxlanılması çox əhəmiyyətlidir. Tez-tez fenləmək, çox sıx boya etdirmək doğru deyil. Çünki bunlar saçı köhnəldən əməliyyatlardır. Saç hər vaxt adamın görünüşü üçün çox əhəmiyyətli bir aksesuardır. Bu səbəblə saça çox yaxşı baxmaq lazımdır.Uzun müddət saç olmayan bir sahədən saç bir daha çıxmaz. Saçda bir problem hiss edildiyində zaman itirmədən bir mütəxəssislə məsləhətləşmək və professional dəstək almaq, edilməsi lazım olan tətbiqlər varsa bunlara əvvəl başlamaq çox əhəmiyyətlidir.


ESMERRi | 24 mart 2016 11:44 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: babocka
agilli fikirler
Gulshen. | 23 fevral 2014 18:09 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
babocka | 18 dekabr 2013 00:56 | Status: Şərhçi | Şərh: 258
agilli fikirler
ayruska | 15 iyun 2013 16:10 | Status: Professional user | Şərh: 3 978
Sitat: PrEnSeS_
Təşəkkür edirəm.
buxqalter | 5 aprel 2013 18:23 | Status: VİP user | Şərh: 1 212

tesekkurler

Beren | 16 mart 2013 20:24 | Status: Professional user | Şərh: 3 214
Cox saqolun.Twk. smile
Akademik | 20 fevral 2013 15:25 | Status: Professional user | Şərh: 4 580
n50 çox sağolun!
PrEnSeS_ | 8 dekabr 2012 11:01 | Status: VİP user | Şərh: 554
Təşəkkür edirəm.
PrEnSeS_ | 6 dekabr 2012 16:58 | Status: VİP user | Şərh: 554
Təşəkkür edirəm.
casiye 45 | 15 noyabr 2012 00:23 | Status: Gümüş user | Şərh: 1 449
men sacimdaki qara boyani yavaw yavaw nece acim bilen varsa yazsin,,yanmasini istemirem.
aska93 | 14 noyabr 2012 22:55 | Status: Şərhçi | Şərh: 252
menim sacim tez-tez yaglanir :n27:
elnare terlan | 14 noyabr 2012 22:17 | Status: VİP user | Şərh: 1 407
men sacima tez tez reng qoymagi sevmirem
Nurus. | 14 noyabr 2012 19:25 | Status: Brilliant user | Şərh: 6 982
Men saclarima hec vaxt kraska vurmamisam oz sacimin rengide cox gozeldir
HEYATIM | 14 noyabr 2012 19:22 | Status: Professional user | Şərh: 2 110
menim saclarim saglam idi yaxilarda kraska vurdum bir az nese pis olub gerey guclu quluq edem gozel saclari sevirem
ALEV | 14 noyabr 2012 17:59 | Status: Şərhçi | Şərh: 325
COX SAG OLUN MEN NE QEDER SARIMSAQ SURTUREM BIRAZ DUZELIR SORA YENE EVELKI KIM OLUR BILMIREM NEYNIYEM
Aya:)) | 14 noyabr 2012 17:52 | Status: Gümüş user | Şərh: 2 239
cox maraqli məlumatdir coxumuzun agrili yeridir...
zoluwka | 14 noyabr 2012 17:31 | Status: Professional user | Şərh: 3 172
indiden tebrik edirem ad gununuzu.
sarimsagi tek saca cekmek olmaq.sarimsaqla yanawi her hansi bir yag olmalidi.tek xeyri olmayacaq.sacla bagli problemim yoxdu.tewekkurler
Asya Qurbanova | 14 noyabr 2012 15:35 | Status: Gümüş user | Şərh: 715
Tesekkur
_Nazlim_ | 14 noyabr 2012 15:23 | Status: Professional user | Şərh: 2 267
niye sarimsagin xeyri yoxdu?amma tv cox yawa verliwinde bununla bagli demiwdi.sarimsagin saca xeyri olur.texmini yarim saat saxlamaq lazimdi sacda.cunki sac diblerini yandirmasin
gulya20 | 14 noyabr 2012 12:53 | Status: Professional user | Şərh: 4 677
Melumata gore tesekkurler
Seva-Azer. | 14 noyabr 2012 11:54 | Status: Qonaq | Şərh: 2 351
cox maraqli məlumatdir. coxumuzun agrili yeridir
Princess_93 | 14 noyabr 2012 11:44 | Status: Brilliant user | Şərh: 5 877
tewekkur canim bele gozel xebere gore
Decel | 14 noyabr 2012 02:30 | Status: Gümüş user | Şərh: 933
men sampunumun icine limon suyu tokurem 2 cay qasiqi
Cavan mama | 8 noyabr 2012 23:14 | Status: Qonaq | Şərh: 0
Menimsacimartiq 2 ildiki tokulur,cox vasiteler eledim amma hecneyin komeyi oladi
S24 | 28 sentyabr 2012 21:01 | Status: Gümüş user | Şərh: 797
Əslində doğru bildiyimimlər səhvmiş.məsələn:sarımsağı saca xeyirli bilirdim
sevinc keder | 21 sentyabr 2012 02:56 | Status: Professional user | Şərh: 3 818
tewekkurler cox maraqlidir bilmediklerimde varidi
life82 | 4 avqust 2012 22:24 | Status: Gümüş user | Şərh: 985
GOZEL MELUMATLARDIR
Ayka21 | 4 avqust 2012 22:21 | Status: Yazar | Şərh: 2 770
tesekkurler yaxsi xeberdir
G-----16 | 22 iyul 2012 19:08 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: OZ_DUNYAMIZ
QOCALANDA MENDE BOYAYACAMM

:n3:
xeber super oldu tesekkurler atdim secilmislere :n28:
OZ_DUNYAMIZ | 22 iyul 2012 07:06 | Status: Gümüş user | Şərh: 1 205
QOCALANDA MENDE BOYAYACAMM wink