Gözəllik / Saç tökülməsi və qulluq

Saçlarım niyə tökülür?

LoVe_FoReVeR | 25-03-2012, 12:00
5 007 71

 

 

Saç tökülməsinə nə səbəb olur?


 

 Saçların tökülməsinin ən əsas və çox təsadüf edilən səbəbləri – irsi meyillilik, immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzinin xəstəlikləri, diabet, yumurtalıqların polikistozu və s.), anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları, müxtəlif dietalara aludə olmaq, qeyri-düzgün qidalanma və s. ola bilər.
 
 Ağır, xüsusən də infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.

 

 

 Hesab edilir ki, bir gün ərzində tökülən saçların sayı 50-100 sayda olur. Saçların tökülməsi, adətən, yaz və payız aylarında artır. Bununla eyni bir zamanda yeni tüklər də inkişaf etməyə başlayır – onların bu dövrlərdə inkişaf etməsi qış və yay fəsillərinə nisbətən daha sürətli olur.
 
 Əgər siz saçlarınızın get-gedə daha sürətlə tökülməsini müşahidə etsəniz, mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət etməlisiniz. Saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bu halda sizə digər mütəxəssislərin məsləhəti lazım ola bilər.
 

 

Bu proses daha çox nə vaxt müşahidə edilir?
 

 

 Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra hormonal fonda olan dəyişikliklər səbəbindən də baş verə bilər.
 Şübhəsiz ki, bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir xəstəlik deyil, saçlara düzgün olmayan qulluq göstərilməsi olur: müvafiq tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s.
 

 

 Dərman qəbul edərkən əks göstərişlərə diqqət yetirin!
 

 Saçların tökülməsi bəzi dərmanların (hamiləliyin qarşısını alan, yüksək təzyiqə qarşı olan həblər, sidikqovucular, antidepressantlar, steroidlər və s.) uzun müddət ərzində qəbul edilməsindən də ola bilər. Dərman qəbul edərkən əks göstərişlərə diqqət yetirin, əgər orada saçların tökülməsi də qeyd olunubsa, həkimlə məsləhətləşərək onu hansı dərmanla əvəz etməyin mümkün olduğunu öyrənin.
 

 Saçların tökülməsi müvəqqəti və ya daimi (keçəlləşmə) olur. Saçların müvəqqəti tökülməsi zamanı saçın kökü və soğanağı saxlanmış olur. Bir müddət keçdikdən sonra saç yenə də uzanmağa başlayır. Saçların davamlı tökülməsi zamanı saçın kökü və soğanağı tam şəkildə məhv olaraq çapıq toxuması ilə əvəz olunur. Bu halda saç artıq inkişaf edə bilmir və onun bərpa edilməsi də mümkün olmur. Davamı olacaq...

 Mövzunun geniş olduğunu və Sizin geniş materialı oxuyaraq yorula biləcəyinizi nəzərə alaraq bu mövzunu hissə-hissə təqdim edəcəyik. Elə isə həftə ərzində bu mövzu barədə təqdim edəcəyimiz araşdırmaları izləyin


ayruska | 15 iyun 2013 16:05 | Status: Professional user | Şərh: 3 978
mende dehset tokulureeee
askimm | 12 mart 2013 15:56 | Status: VİP user | Şərh: 721
maraqlidir tesekkurler menim saclarim day tokulmur
yeterim | 7 mart 2013 19:10 | Status: Şərhçi | Şərh: 181
men cox fikir vermedim kecel qaldim
Girl | 29 yanvar 2013 17:49 | Status: Professional user | Şərh: 8 206
menimde sacim tokulur ne qeder kessemde yenede tokulur :n28:
Gul_Cicek | 25 yanvar 2013 19:50 | Status: Şərhçi | Şərh: 98
menimde sacim tokulurdu fesil deyiwkenliyi ile elaqedar :n3:
Karenna Kapoor | 19 dekabr 2012 11:30 | Status: Qonaq | Şərh: 0
Menim saclarim hec tokulmur tesekkur :n16:
S24 | 28 sentyabr 2012 20:56 | Status: Gümüş user | Şərh: 797
Məndə daha cox movsümlə əlaqəli tökülür.
Ayka21 | 4 avqust 2012 22:21 | Status: Yazar | Şərh: 2 770
tesekkurler
OZ_DUNYAMIZ | 25 iyul 2012 05:51 | Status: Gümüş user | Şərh: 1 205
menimde sacim tokulur yaglanandaaaaaaaa
G-----16 | 22 iyul 2012 19:06 | Status: Gümüş user | Şərh: 2 227
tesekkurler menimde saclarim tokulur :n28:
nurashka | 17 iyul 2012 17:10 | Status: Qonaq | Şərh: 2 167
HELEKI YERINDEDILER wink
K------Q | 17 iyul 2012 17:03 | Status: Qonaq | Şərh: 0
sukur allaha mende ele bir problem yoxdu
mugan qizi | 30 iyun 2012 14:48 | Status: VİP user | Şərh: 699
MENIM DE BU PROBLEMIM VAR ESIR QALMISAM