Gözəllik / Saç tökülməsi və qulluq

Saçlarınızın tez uzanmasını istəyirsinizsə, bu qaydalara əməl edin

LoVe_FoReVeR | 22-10-2011, 11:01
16 340 40

 

 

 

 

Bir çox insanın başına gəlir ki,  balaca bir sıxıntı zamanı saçlarını kəsdirir və ertəsi gün peşman olur. Amma kədərlənməyə dəyməz: Onsuz da saçların kökü sizdədi…


Saçlarınızı tez uzatmaq istəyirsinizsə bu yazılanlara nəzər salın…


Hər şeydən əvvəl özünüzə yaxşı bir bərbər tapın və dərdinizi ona izah edin. Onu nizamlı şəkildə ziyarət edərək saçlarınızı uzatma müddətində uclarını aldırın. Çünki, qırıq saç uzansa da işinizə yaramaz.

Yaxşı bir daraq əldə edin. Məsələn taxta daraq saçınız üçün plastik daraqlardan daha faydalıdır. Nəmləndirici kremdən də istifadə edə bilərsiniz. 

 

Duşa girmədən bir saat əvvəl saçlarınızın diblərini bibəriyə yağıyla masaj edin. Beləliklə saçlarınız daha yaxşı bəslənəcək. Saçlarınızı yuyarkən də masaj etməyə davam edin. Saç diblərinizi orta sərtlikdə masajla rahatlatın. 

 

Saçlarınıza sərt davranmayın. Saçlarınızı sərt bir şəkildə sürətlicə darasanız onları küsdürə bilərsiz. Gündə orta hesabla 70-150 tel saçın tökülməsi normaldır. Amma saçlarınızı sərt darasanız bu rəqəm arta bilər. Buna görə də saçlarınıza qarşı mümkün olduğu qədər yavaş və nəzakətli olun.

 

Saçlarınızı möhkəm bir şəkildə bağlamayın. Saç rezinlərindən imtina edin. Əgər saçlarınız qıvrımdırsa sıx dişli daraqlardan uzaq durun. Saçlarınızın da vitaminə ehtiyacı olduğunu unutmayın. Saçlarınızı yumadan əvvəl mütləq darayın. Beləcə yuduqdan sonra itirəcəyiniz saçların sayını azaltmış olarsız.

 

Həftədə bir gün bir yumurta, avacado yağı və zeytun yağından istifadə edərək hazırlayacağınız masaj yağını saçlarınıza tətbiq edin. Mümkünsə saç spreyi və geldən istifadə etməyin.

 

Küləkli günlərdə saçlarınızı örtərək çox zədələnməsinə mane olun. Günəşli havada çox qalmaq da saçlarınız üçün yaxşı deyil. Buna görə də saçlarınızı zədələməyəcək papaqlardan istifadə edin.

Saçlarınızı çox uzun müddət fenləməyin. Mümkünsə özbaşına qurumalarını gözləyin. Femlə ən çox beş dəqiqə qurudun.

 

Metal saç sancaqlarında mümkün olduğu qədər uzaq durun. Çünki bu sancaqlar saç diblərinizə zərərlidir.

Saç  düzləşdiriciləri saçlarınızın qurumasına səbəb olur. Ona görə də saç ütülərindən nə qədər az istifadə etsəniz saçlarınız üçün o qədər faydalıdır. Siz nə qədər yaxşı qulluq etsəniz, saçlarınız o qədər gözəl olar. 

 

Qan azlığı saçların ən böyük düşmənidir. Əgər orqanizminizdə dəmir çatışmazlığı varsa bunu yeməklərinizlə kompensasiya edin. Bunun üçün bol-bol dəmir tərkibli  və C vitaminli mevvə və tərəvəz yeyin. Saç uzatmaq üçün vitamin və dərmanlardan istifadə etmık yerinə qidanıza diqqət etsəniz bu sisin üçün daha faydalı olar. 

 

Sürətli şəkildə arıqlamaq saçların tökülməsinə səbəb olar. Stress saçın ən böyük düşmənidir. Stressdən uzaq durmağa, çalışın. Siz nə qədər sağlam olsanız, saçlarınız da o qədər sağlam olar. Buna görə də, sağlamlığınıza diqqət edin.

Yayda saçlar daha sürətli uzanır. Hormonlarla scalar arasında birbaşa əlaqə var. Əgər saçlarınız uzanmır və durmadan tökülürsə mütləq bir mütəxəssisə müraciət edin. 

Əgər üzməyi sevirsinizsə hovuza girərkən başınızı bağlayın.



Nurus. | 22 noyabr 2012 22:40 | Status: Brilliant user | Şərh: 6 982
Menim saclarim uzundu onsuzda
gulnar aydinli | 22 noyabr 2012 14:50 | Status: Qonaq | Şərh: 0
Esasda cimmemiwden yarimsaat qabagcadan qatigla yumurta ve zeytun yagini qariwdirb saciniza cekin