Gözəllik / Saç tökülməsi və qulluq

Saçlara qulluqla bağlı həkim məsləhəti

Fidawka | 6-10-2011, 14:00
9 352 24

 

Saçlara qulluqla bağlı həkim məsləhəti

 

  

 

Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin və eybəcər görsənir. Hətta qədimdə saç təmizlik və paklıq nümunəsi kimi əhəmiyyət kəsb edib. Gözəl və dolğun saçlar insanları, ən əsas isə xanımları daha gözəl və cazibədar göstərir.

Buna görə də daim saçlara qulluq etmək, onun gözəl görünməsinin qeydinə qalmaq vacibdir. Amma yay mövsümündə isti Günəş şüası saçları korlayır və saçların zədələnməsinə gətirib çıxarır. Problemlə bağlı 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserin şöbə müdiri Hüriyyə Qarayevaya bir neçə sual ünvanladıq. Cavablar xanımlarımız üçün çox maraqlıdır.

- Bildiyiniz kimi, yay günəşi saçlar üçün xeyli zərərlidir. Hətta Günəş istisindən saçlar tökülə bilər. Xanımlarımız bundan necə qorunmalı və bununla necə mübarizə aparmalıdır?


- Hazırkı dövrdə saçların tökülməsi geniş bir problemdir. Bu əsasən, sinir sistemində olan problemlərdən yaranır. Eyni zamanda, mədə-bağırsağın düzgün işləməməsi, indokrinik xəstəliklərin olması və müxtəlif "travma"lar sonda saç tökülməyə gətirib çıxarır. Saç tökülməsindən qorunmaq üçün ilk öncə insanın orqanizmi sağlam olmalıdır. Normada gün ərzində 100 dənə tük tökülməlidir. Xanımlara belə bir məsləhət görərdim ki, özlərini Günəş şüalarından qorusun, vitaminlərlə zəngin olan meyvələr yesin, təbii şirələrdən istifadə daha məqsədəuyğundur. Saçlarının dibinin möhkəm olması üçün "Gənəgərçək" və "Çay tikanı" yağından istifadə etmək lazımdır. "Çoban yastığı" otu ilə saçlarınızı yuya bilərsiniz. Saçları tez-tez yumaq məsləhət deyil. Ən aşağı 5 və 7 gündən bir saçlar yuyulmalıdır. Aloe gülünün vitamin B12 ilə qarışığını hazırlayıb saçların diblərinə çəkmək olar. Bunu həftə ərzində 2 və 3 dəfə etmək lazımdır. İnsan orqanizmində olan müxtəlif xəstəliklərdən də saçlar tökülə bilər. Ona görə qida rasionuna mütləq fikir verilməlidir. Kofedən, duzlu və istiotlu yeməklərdən, karbohidrat və yağlarla zəngin olan yeməklərdən istifadə etmək olmaz. Meyvə və tərəvəzdən bol istifadə etmək sağlamlıq üçün məsləhətdir. Saç tökülməsini müalicə etməzdən öncə bunun hansı səbəbdən baş vermə səbəbini öyrənmək lazımdır.

- Bəzən kəpəyə qarşı istifadə etdiyimiz şampunların effektini ya görmürük, ya da əks təsir göstərir. Bununla bağlı nə deyə bilərsiniz?


- Kəpəklənmənin özü də bir xəstəlikdir. Seboreya xəstəliyinin üç növü quru, yağlı və qarışıq olur. Bu da sinir sisteminin pozulması və indokrinik xəstəliklərin nəticəsində baş verir. Başda olan kəpəyi azaltmaq üçün yaxşı olardı ki, uşaq şampunlarından istifadə edilsin. Çünki uşaq şampunlarının tərkibində kimyəvi maddələr az olur.

- Biz xanımlar saçlarımızın tez uzanmasını istəyirik. Bunun üçün nə etməliyik?


- Saçların uzanması üçün mütləq vitamin qrupundan istifadə etmək lazımdır. Tərkibində mis, dəmir və sink olan, A, B, V qrupuna daxil olan vitaminlər saçların uzanmasına kömək edirlər. Bunu da vurğulamaq istərdim ki, saçlara həmişə xüsusi qulluq etmək lazımdır. Bir daha təkrar edirəm, həftədə iki dəfə saçların dibinə "Gənəgərçək" yağı çəkmək lazımdır.


Akademik | 29 mart 2013 10:43 | Status: Professional user | Şərh: 4 580
her hefte sonlari sacima zeytun yaqi, genegercek, sarimsaq, repeynoe, vitamin a,e,d yaqlarini qatib cekirem. basimi poliesilenle ortub, ustundende qalin bir shalla baqlayiram. 1-2- saat saxlayib, yaxsica yuyuram. cox gozel effekt verir.
yeterim | 15 mart 2013 20:42 | Status: Şərhçi | Şərh: 181
uzun iller demlemelerden vitaminlerden istifade etdim hec ne alinmadi
SoFiYYa AnGeL | 28 iyul 2012 21:21 | Status: Professional user | Şərh: 957
saclarimi qorumagin yollarini yaxsi bilirem))