Gözəllik / Saç tökülməsi və qulluq

Saçqıranla mübarizə aparmağın yolları

Ag Gul | 7-06-2015, 10:30
4 218 17

 


Əvvəla, gəlin öyrənək, saçqıran necə əmələ gəlir?

Dünyada hər şeyin olduğu kimi, saçların da ömrü var. Saç telləri də bir müddət sonra korlanır, solğunlaşır, qırılır və tökülür. Saç uclarının haçalanması nəticəsində saçqıranlar meydana gəlir. Saçqıran düşən saçlar isə baxımsız görünür. Təəssüf ki, saçqıranları müalicə edən hər hansı bir formul yoxdur. Saçqıranları  hazır satılan krem, losyon, xüsusi maskalarla, zərdablarla aradan qaldırmaq mümkün deyil. Bu cür qulluq yalnız yeni saçqıranların əmələ gəlməsinin qarşısını alır.

Saçqıranlarla necə mübarizə aparmaq olar?

Saçqıranların əmələ gəlməsinin qarşısını almaq üçün saçınızı tez-tez boyamayın, düzləşdirici fenlərdən çox az istifadə edin və bu cihazları istifadə etməzdən əvvəl saçı nəmləndirən, qurumasının qarşısını alan qoruyucu laklardan istifadə edin. Saçları hamamdan çıxan kimi daramayın. Saçqıranların yaranmaması üçün saçların qurumasını gözləyin.

Saçları dəsmalla sərt şəkildə ovxalayaraq silməyin. Nəm saçları dəsmala bürüyün və suyun tədricən sorulması gözləyin. Sərt hərəkətlərin və zərbələrin saçların korlanmasına və qırılmasına yol açdığını unutmayın. Metal saç sancaqları, iti dişli sancaq və daraqlar, rezinlər, çox sıx toplanmış saç düzümləri və ya balerina toppuzları da saça saçqıran salır.

Kosmetika şirkətləri saçqıranları aradan qaldıran bir çox məhsul istehsal edir. Bu zərdabların  saçqıranları aradan qaldırıb, daha hamar hala gətirdiyi, saç uclarını bəslədiyi iddia edilsə də, trixoloqlar bu tip məhsulların saçın xilaskarı olduğu fikri ilə razı deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, saçqıranlardan xilas olmağın ən yaxşı üsulu onları kəsdirməkdir.

Bəzi xanımlar saçlarını qısaltmaq istəmədiyi üçün saçqıranları kəsdirməkdən imtina edir, başqa çıxış yolları axtarır. Amma saçqıranlardan xilas olmağın yeganə həlli onları müəyyən qədər kəsdirməkdir. Saçqıranları kəsdirmək saçların qısalması deyil. Çox az kəsildiyi üçün saçların qısaldığı demək olar ki, hiss olunmur. Saçqıranları kəsdirmədikdə onlar saçın sağlam uzanmasına da mane olur. Saçqıranlar mütəmadi olaraq kəsildikdə isə saçlar daha tez və sağlam şəkildə uzanır.

Saçqıran olan saçları evdə özünüz də kəsə bilərsiniz. Saçları təpə hissədə rezinlə toplayın. Sonra çəngə-çəngə ayıraraq gur işıq altında saç qayçısının köməyi ilə haçalanmış saç uclarını kəsin. Bunun üçün xüsusi olaraq saç qayçısından istifadə edin. Kağız, parça və başqa materialı kəsmək üçün istehsal olunan qayçılardan istifadə etməyin, onlar saçqıranları tam təmizləmir, üstəlik, daha da çox qırıq əmələ gəlməsinə səbəb olur.

Saçqıranlar üçün təbii maska

4 çay qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını və 1 desert qaşığı balı bir qabın içində yaxşıca qarışdırın və saçlarınızı çəngə-çəngə ayıraraq  saçqıran yerlərə sürtün. Maskanı bütün saç uclarına çəkəndən sonra saçları dəsmalla bürüyün. 45 dəqiqə gözləyin və şampunla maskanı təmizləyin. Maskanı həftədə 1 dəfə edin.

Başqa bir resept:

1 çay qaşığı zeytun yağını, 1 çay qaşığı badam yağını, 2 xörək qaşığı avokado yağını bir qaba töküb ocaqda azca qızdırın və saç uclarına çəkin. Daha sonra saçları dəsmala bürüyün. Maska saçda ən az 6 saat qalmalıdır. Səhər qalxdıqda saçları bol şampunla yuyun. Bu maska saçların parıltısını özünə qaytaracaq, saçları yumşaldacaq və daha həcmli edəcək. Maskanı həftədə 1 dəfə təkrarlayın.

Saçqıranlara səbəb olan amillərdən uzaq durub, saçlara mütəmadi olaraq baxım maskaları çəksəniz, saçqıran əmələ gəlməsinin qarşısını ala bilərsiniz.


ESMERRi | 10 aprel 2016 10:47 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Azeri Fidashka
tesekkurler
Azeri Fidashka | 20 dekabr 2015 19:21 | Status: Şərhçi | Şərh: 734
tesekkurler
Nastusha | 14 iyul 2015 08:35 | Status: Qonaq | Şərh: 0
çox sağ olun məsləhətə görə. sirağa gün saçqıranlara görə saçımı kəsdim amma hamsı əlbəttə ki, getmədi..
Ay_Sun | 12 iyun 2015 01:31 | Status: Brilliant user | Şərh: 13 407
Bir az problem yaranib saclarimda edecem maskani,tesekkurler bacim.
Ag Gul | 8 iyun 2015 10:09 | Status: Professional user | Şərh: 4 333
Hər birinizə təşəkkür edirəmm
SEVDA | 8 iyun 2015 00:21 | Status: Nəzarətçi | Şərh: 17 437
Saçlarımı kesdirmiwem 2-3 aydır.ona göre de heleki saçqıran yoxdu.
Nergiz love | 8 iyun 2015 00:06 | Status: Professional user | Şərh: 7 871
Menim sacma ikidefe kraska qoyandan sora dusdu o qeder coxuyduyki colkamacan dolmusdu istifade etmediyim maskada qalmadi hecne komey elemedi getdim eseblesib kesdirdim.yiminden asaqidi indi heftedeki indi zeytin yaqi yumurta bal maskasin edirem.
Nagizade.Leyla | 7 iyun 2015 23:37 | Status: VİP user | Şərh: 1 321
Kesdirem sacqiranim sacimda olanda
Dəniz qızı | 7 iyun 2015 21:36 | Status: Brilliant user | Şərh: 8 015
Kəsdirirəm saçqıran olanda.
Gulus. | 7 iyun 2015 20:49 | Status: Professional user | Şərh: 2 436
Sacqiran olanda uclarin kesdirirem
Sunay Elizade | 7 iyun 2015 17:59 | Status: Gümüş user | Şərh: 2 156
saclarimi her gun utluyurem amma sacima cox sacqiran nede hacalanma yoxdu
Ag Gul | 7 iyun 2015 17:57 | Status: Professional user | Şərh: 4 333
Hər kəsə təşəkkürlər
melodim | 7 iyun 2015 17:23 | Status: Şərhçi | Şərh: 200
Sacqiran var idi sacimmi kesdirdim calisiram fenden uzaq dayanim sacim tezlikle uzansin love
SEVA | 7 iyun 2015 16:53 | Status: Professional user | Şərh: 5 150
Sacqiran olan kimi kesirem ama hal hazirda yoxdu
Gülçin | 7 iyun 2015 16:41 | Status: Brilliant user | Şərh: 6 778
Faydalı məsləhətdir, atdım seçilmişlərimə. Çox sağol, Ağ gülüm. love
isabala | 7 iyun 2015 13:40 | Status: Şərhçi | Şərh: 457
bele bir problemim yoxdur men sacimi nem vaxti daramiram desmalla bükürem suyu tam cekilir sonra fen cekirem .
Real Madrid CF | 7 iyun 2015 10:48 | Status: Qonaq | Şərh: 0
Sacqiranlar yoxdur mende cunki saclarimi fenlemirem hemdeki hemise maskalar edirem.