Gözəllik / Saç tökülməsi və qulluq
Saç telləri necə qalınlaşdırılar? Sirri bizdə...
Ag Gul | 23-10-2014, 10:30
97 562 19
Saç tellərini qalınlaşdırmaq istəyirsinizsə, bunun üçün əvvəlcə qidalanmanıza diqqət göstərməniz lazımdır.
Bəzi üsullarla saç tellərini olduğundan daha qalınmış kimi göstərə bbilərsiniz, ancaq həqiqətən qalınlaşmasını istəyirsinizsə, saç sağlamlığı üçün əhəmiyyətli olan E, A və B vitaminləri baxımından zəngin bir qidalama proqramı tətbiq etməlisiniz. Ayrıca, evdə hazırlaya biləcəyiniz saç maskaları ilə saçlarınızı gücləndirə bilərsiniz. Bütün bu həllər bu gündən sabaha bir təsir yaratmır, ancaq səbirli olsanız 6-8 həftə içində daha qalın telli saçlara qovuşa bilərsiniz.
Saç tellərini qalınlaşdıran təbii maskalar
Aşağıdakı saç maskalarını nizamlı olaraq istifadə etmək saçlarınızın daha sağlam görünməsini təmin edə bilər, qoparaq tökülməsini, uclarının qırılmasını qabaqlaya bilər və saça həcm verərək qalın telli saç təsiri yarada bilər.
Zeytun yağı : Saç dərisinin quruması saç kökləri üçün problem yaradır və zəifləyən köklər saç tellərini daha çox daşımayaraq qoparaq tökülür. Onsuz da incə telli və həcmsiz bir saçınız varsa, qoparaq tökülmənin artması işinizi daha da çətinləşdirəcək. Bunu qabaqlamaq üçün həftədə 2 dəfə zeytun yağı baxımı edə bilərsiniz. Zeytun yağının saçda istifadəsi olduqca sadədir. Saç dərisinə 30-45 dəqiqə boyunca zeytun yağını masajla yeridib, 1 saat daha gözləməniz kafidir. Daha sonra gündəlik olaraq istifadə etdiyiniz şampunla saçlarınızı yuyun. Yağın təsirini artırmaq üçün gecədən sürtüb səhər saçlarınızı şampunlaya bilərsiniz.
Yumurta : Saçlarınızı zülal anbarı olan yumurta ilə dəstəkləyə bilərsiniz. Sadə yumurta maskası üçün saçınızın uzunluğuna görə 1 və ya 2 ədəd yumurtanı yaxşıca qarışdırın və saçlarınızın dibindən ucuna qədər paylayaraq sürtün. 30 dəqiqə gözlədikdən sonra ilıq su və şampunla saçınızı yuya bilərsiniz. İsti su istifadə etməyin çünki yumurtanın saçdan çıxması çətinləşir. Yumurta maskasını həftədə 2 dəfə tətbiq edə bilərsiniz.
Çəmən otu ( Güldəfnə bitkisi) : Saçı qidalandıran və tökülməsini qabaqlayan çəmən otu maskası üçün 3 yemək qaşığı çəmən otunu az miqdarda suya qoyub 10 saat gözlədin. Daha sonra çəngəllə əzərək sıx bir hala gələnə qədər qarışdırın. Bu qarışığı saç dərinizə və saçınıza sürtüb yarım saat gözlətdikdən sonra ilıq su və şampunla saçlarınızı yuyun. Saçınız uzunsa istifadə edəcəyiniz çəmən otu miqdarını artıra bilərsiniz. Bu maskanı həftədə bir dəfə nizamlı olaraq istifadə etməklə, həm kəpəkdən xilas olarsınız, həm də saç tellərinin qalınlaşmasını təmin edə bilərsiniz.
Hind yağı : E vitamini baxımından zəngin olan hind yağı qoparaq tökülmələri önləyər, saç dərisini nəmləndirir və saç tellərinin qalınlaşmasına köməkçi olar. Hind yağını barmaq uclarınızla masaj edərək saç dərinizə sürtün və qalan yağı saçlarınıza dağıdın. Geniş dişli bir daraqla saçlarınızı daradıqdan sonra bir dəsmalla bağlayın və ən az 1 saat gözləyin. Daha sonra saçınızı şampunlaya bilərsiniz.
Bal və Darçın : 2 çay qaşığı toz darçını 1.5 yemək qaşığı balla qarışdırdıqdan sonra saç dərinizə və saçlarınıza sürtüb 15 dəqiqə gözlədin. Maskanı ilıq su və şampunla təmizləyə bilərsiniz.
Saç tellərini qalınlaşdırmaq üçün qidalanma məsləhətləri
E Vitamini : E vitamini saç dərisindəki qan dövranını artıraraq saç köklərini gücləndirər. Əgər müntəzəm olaraq kafi miqdarda alınsa, saç tellərinin qalınlaşmasına və saçın çox daha sağlam görünməsinə köməkçi olar. İspanaq, fındıq, badam, balıq, brokoli və balqabaq ehtiyacınız olan E vitaminini təmin edir.
A Vitamini : E vitamini kimi antioksidant vitaminlər arasında iştirak edən A vitamini, saç tellərinin qalınlaşması üçün əhəmiyyətli bir digər vitamindir. Kifayət qədər A vitamini almaq üçün daha çox şirin kartof, kök, yaşıl yarpaqlı tərəvəz, quru ərik və qovun istehlak etməlisiniz.
B vitaminləri : B vitaminləri saç və dəri sağlamlığı baxımından kritik əhəmiyyət daşımaqdadır. B vitamini əskikliyinin mənfi təsirləri ilk olaraq saçda görülər. Saçlarınız tez quruyar, qoparaq tökülmələr artar, ucları daha çox qırılar və ümumiyyətlə, qeyri-sağlam görünər. Ət məhsulları, noxud, mərcimək, badam, ispanaq və digər tünd yaşıl yarpaqlı tərəvəzlər, toyuq və hinduşka əti, balıq, banan, süd məhsulları və yumurta ağı B vitamini ilə zəngindir. Əgər B vitamini əskikliyi yaşadığınızı düşünürsünüzsə, həkiminizlə məsləhətləşərək B vitamini möhkəmlətməsi istifadə edə bilərsiniz.
Redaktor: Sadəcə MƏN