Gözəllik / Saç tökülməsi və qulluq

Xına haqqında nələri bilirik?

Alizes | 17-01-2013, 06:00
17 749 65

 

 


 

Boya və dərman əhəmiyyətli bir bitki kimi xına çox qədim zamanlardan istifadə edilir. Qədim Misirlilərin qəbirlərində xınanın qurudulmuş yarpaqları tapılıb. Məhəmməd peyğəmbər onun yarpaqlarının ətrini çiox sevirmiş. Bibliyada da bu bitkinin adı çəkilir. Orta Asiya ölkələrində xınadan bədəndə döymə naxışların, yazıların və şəkillərin vurulması populyarlıq qazanıb.
 
Azərbaycan şəraitində xınanın çiçək açması avqustun ortalarından oktyabrın ortalarına qədər davam edir. Xına tropik mnşəli bitki olub, isti və quru iqlimli ölkələrdə bitir. Yabanı halda Madaqaskar və Zond adalarında, Afrikada, Şimali Avstraliyada, Hindistanda və başqa ölkələrdə yayılmışdır. Mərakeşdə, Hindistanda Sudanda, Misirdə və s. ölkələrdə becərilir. Azərbaycanda Lənkəran zonası, Şəki rayonu və Abşeronda xınanın becərilməsi üzrə təcrübələr aparılmış və müsbət nəticələr əldə edilmişdir.
Boyaq və dərman əhəmiyyətli vasitə əldə etmək üçün xınanın yarpaqlarını payızda toplayır, qurudub xırdalayır və hər 10 kq-na 1 kq gənəgərçək toxumunun tozunu əlavə edirlər. Alınan qarışıq qırmızı rəngli tozdan ibarət olur. Xınanın tozunu alınan kimi dərhal qablaşdırır və vakuumda saxlayırlar, çünki adi şəraitdə saxladıqda o, tez xarab olub sıradan çıxır. Xınadan dərinin, saçların, dırnaqların, parçaların byadılması vəbədəndə rəngli yazıların, naxışların və şəkillərin döymə üsulu ilə yazılmasında, kosmetikada, Mendli rəsmlərinin yaradılmasında və təbabətdə geniş istifadə edilir

 

 

Xınanın təbabətdə tətbiqi:

Xına təkcə boyayıcı maddə deyil, həm də müalicəvi xüsusiyyətlərə malik olan bir bitkidir. Xına çox güclü dezinfeksiyaedici təsirə malik olduğundan, onu yaraları və zədələnmələri işləmək üçün, həmçinin dermatoloji və sümük xəstəliklərinin, baş ağrılarının müalicəsində istifadə edirlər. Həmin dövrlərdə həkimlər göstərirdilər ki, stomatitdə, dilin, yanaqların və dodaqların xoralarını xına ilə qarqara etmək faydalıdır.
Kəskin iltihab və abseslərdə, kürək nahiyəsində ağrılar baş verdikdə qızılgül yağı, təbii mum və xınanın ekstraktının qarışığı çox effektli sakitləşdirici vasitə kimi istifadə olunur. Diş ağrılarında xınanın tozunu su ilə qarışdırıb dişin oyuğuna qoyurlar. Xına tozunun sıyığı baş ağrıları zamanı həmin nahiyələrə yaxılır. Azərbaycan xalq təbabətində xına uşaqlarda təsadüf edilən xənazir (zolotuxa), həmçinin ekzema və digər çətin sağalan dəri xəstəliklərinin müalicəsində tətbiq olunur.

 

Xına ilə saçları boyamağın qaydası:
2-3 çay qaşığı, saçlar sıx olduqda 25 qr və daha artıq xınanı götürüb üzərinə qaynar su əlavə edir və qatı qaymağabənzər sıyıq alnana qədər qarışdırırlar. Boyanın təsirini gücləndirmək məqsədilə sıyıqlı qabı qaynar sulə dolu ikinci qaba yerləşdirir, saça asnlıqla yaxılması üçün azacıq soyudulmuş sıyığa 1 ədəd yumurta sarısı əlavə edib qarəşdırdıqdan sonra saça yaxırlar. Saçlar qırmızı-narıncı və ya qırmızı-qəhvəyi rəngə boyanır.
Xına saçları möhkəmlədir və ona gözəl parıltı verir. Təmiz xına ilə kürən və ağarməş saçları boyamaq məsləhət görülmür., çünki bu halda saçlar yerkökündəkinə bənzər xoşagəlməz qırmızı rəngə boyanır.

Nigar | 17 fevral 2014 20:57 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: gulcan
Mənim de xişuum gelir xinadan

gulcan | 28 sentyabr 2013 16:39 | Status: Gümüş user | Şərh: 1 932
Mənim de xişuum gelir xinadan
S_Sariyeva | 10 sentyabr 2013 20:03 | Status: Qonaq | Şərh: 0
saclarmi qizardir hec sevmirem nn23
Sebine_88 | 2 iyul 2013 15:15 | Status: VİP user | Şərh: 714
MENDE XINADAN ISTIFADE ETMISEM...)
NARA-R | 22 iyun 2013 14:15 | Status: Qonaq | Şərh: 0
MEN XEMIWE XINA QOYURAM ICINDE 3 DAMCI YOD TOKUREMCOX YAXWIDIR SACIM TOKULMUR nn29
ayruska | 9 iyun 2013 17:14 | Status: Professional user | Şərh: 3 978
Sitat
Sitat: Nurus.
Men bildiyime gore xina bas agrisini goturur
Nurus. | 17 yanvar 2013 23:43 | Status: Brilliant user | Şərh: 6 982
Men bildiyime gore xina bas agrisini goturur
gulya20 | 17 yanvar 2013 23:21 | Status: Professional user | Şərh: 4 678
Sacima xinani bir defe qoymusam odaki 6-7 il bundan once,sacim tokulurdu ona gore,tokulmeye xeyri oldu amma basimda agrilar emele geldi sonra.Eldede sade xina bezeklerini xoslayiram.
Asya Qurbanova | 17 yanvar 2013 23:00 | Status: Gümüş user | Şərh: 715
men xinanin iyinden cox qesenqdi
Princess_93 | 17 yanvar 2013 21:44 | Status: Brilliant user | Şərh: 5 877
istifade etmemiwem
sanel | 17 yanvar 2013 20:30 | Status: Professional user | Şərh: 3 647
xinani xoslayiram iyini amma sacima qoymamisam tesekkur
Zehra1 | 17 yanvar 2013 20:09 | Status: Şərhçi | Şərh: 323
Xinani kofe ile demleyende sac sokaladni ,ramaska suyu ile qarisdiranda aciq qizili renge boyinir.kimde sacinda kepek varsa kepeyi aparir.en temiz xina erebistan xinasidir
Listen to you heart | 17 yanvar 2013 20:08 | Status: VİP user | Şərh: 805
xina istifade etmisem
rosee | 17 yanvar 2013 19:12 | Status: Professional user | Şərh: 1 850
xinanin iyi gelende üreyim bulanir.
Aya:)) | 17 yanvar 2013 17:57 | Status: Gümüş user | Şərh: 2 239
onu bilirem ki en xeyirli boyadir tebidir,kimyevi qatishiqi yoxdur.
Feriha. | 17 yanvar 2013 17:41 | Status: Professional user | Şərh: 4 746
Sitat: cucem.
xinadan cox xowum gelir hemde faydalidir xebere gore tewekkurler

mende
AGAA | 17 yanvar 2013 17:01 | Status: VİP user | Şərh: 1 153
xinanin iysinden acigim tutur,ancaq faydalidi dogurdanda ayaq gobeleyinde xeyir edir deye esitmisem
HEYATIM | 17 yanvar 2013 16:17 | Status: Professional user | Şərh: 2 110
men xowlamiram
Seninle sevgi | 17 yanvar 2013 15:49 | Status: Şərhçi | Şərh: 155
xinalar elde qewy gorsenir,ama bele xowlamiram
aysu tuncay | 17 yanvar 2013 15:04 | Status: Şərhçi | Şərh: 212
temiz xina her vaxt tapilmir axi
Lola. | 17 yanvar 2013 11:21 | Status: Professional user | Şərh: 2 230
xinani mende cox sevirem ama saclarima qoymuram
omrum gunum | 17 yanvar 2013 11:19 | Status: Qonaq | Şərh: 0
saclarim uzundu herdefe xina qoyuram amarengsiz mualicevi olandan istifade edirem cunki sacim qaradi rengini deyiwmesin deye,,,xina cox xeyrlidir ve saclari mohkemledir canlandirir tokulmeye qoymur,,,maraqli melumat idi tesekkurler :n44:
_Nazlim_ | 17 yanvar 2013 11:04 | Status: Professional user | Şərh: 2 267
xinadan cox xosum gelir xususi ile de qoxusundan.istifade etsemde sacimi boyayiram.amma tez tez istifade etmirem.cunki sebrim olmur onu sacimda saatlarla saxlayim.
ruzgargulum | 11 dekabr 2012 13:29 | Status: Brilliant user | Şərh: 2 493
tez tez istifade edirem tsk
sevinc keder | 17 sentyabr 2012 13:37 | Status: Professional user | Şərh: 3 818
TEWEKKURLER.
cucem. | 17 sentyabr 2012 09:27 | Status: Professional user | Şərh: 4 415
xinadan cox xowum gelir hemde faydalidir xebere gore tewekkurler :n9:
SoFiYYa AnGeL | 28 iyul 2012 21:20 | Status: Professional user | Şərh: 957
ellerime qoyuram xinayaxdilarda amma saclarima qoymaram))
TATLI GUZEL | 28 iyul 2012 13:59 | Status: Professional user | Şərh: 5 781
xinani nisanda elime cekmeyi xoslayiram.tesekkurler