Gözəllik / Saç tökülməsi və qulluq
Tez yağlanan saçlar üçün məsləhət
Röyamsan. | 14-12-2013, 10:30
15 649 42
Saçın və saç dərisinin yağlanmasının iki səbəbi var:
1. Saçlı dərinin altında hər bir saç telinə bağlı olan yağ vəziləri çox yağ çıxarır .
2. Saçların kifayət qədər tez-tez yuyulmur və saç dərisi yağdan və çirkdən yaxşı təmizlənmir .
Səbəbi nə olursa - olsun yağlı saç dərisini nəzarət etmənin ən asan və sadə həlli saçı gündəlik yumaqdır.
Ətrafınızda sıxlıqla saçını gündəlik yumaqdan qaçınan insanlarla qarşılaşa bilərsiniz. Bu kəslər ümumiyyətlə iki səbəbdən ötəri saçlarını hər gün yumadığını söyləyər :
Birincisi "hər gün yuyunan saç daha tez yağlanır " , ikincisi isə " saç dərisindəki yağ saçı bəsləyər " düşüncəsi.
Saçı hər gün yumaq doğrudurmu ?
Saçı gündəlik yumaq yağ vəzinin daha çox yağ çıxarmasına səbəb deyil. Əksinə saç dərisi yağlı olan kəslər üçün saçı tez-tez yumaq və yığılan yağı təmizləmək saç və saç dəri sağlamlığını yaxşılaşdırmaq üçün ilk mühüm addımdır. Tez yuyulan yağlı dərilərdə qaşıntı və həssaslıqla qarşılaşırsınızsa, bu artıq başqa bir problemlərin olmasını göstərir.
Saç dərisində yığılan yağın içində bəsləyici bir xüsusiyyət yoxdur. Dəridə olan yağ , saç dəri sağlamlığını qorumaq və dərini nəmli tutmaq üçündür. Bəli , saç dərisinin yağa ehtiyacı var, ancaq dərisi asan yağlanan kəslərdə bu yağın "gündəlik" yığılan miqdarı kifayət qədərdir. Saçların yuyulduqdan 3-7 saat içində saç dərisində yenidən dəri sağlamlığı üçün kafi miqdarda yağ çıxarması reallaşır onsuz da.
Hansı şampundan istifadə etməli?
Yaşa və hormonlarımızın iş nizamına bağlı olaraq yağlanmanın daha sıx olduğu dövrlər ola bilər. Məsələn, yetkinlik dövründə , hormonların təsiriylə dəridə və saçdakı yağ nisbəti artar.
Əslində piylənməni önləyən bir şampun yoxdur. Ancaq yağı təmizləmə xüsusiyyəti daha yaxşı olan şampunlar var. Daha yağlı dərilərdə "yağlanmaya qarşı" şampunlardan istifadə etməni tövsiyə edirik.
Kremləmə və həcm vermə xüsusiyyəti olan şampunlar , yağlı saçlar üçün uyğun deyildirlər. Yağlı saç dərisinə sahib insanların "PH dərəcəsi dəriyə uyğun" şampunları seçim etməsini təklif edirik.
Bundan başqa həftədə bir dəfə kəpəyə qarşı şampun istifadə edilməsi yağlı dəriləri təmizləmək baxımından da faydalı olur.
Yağlı saçlardan xilas olmaq üçün 7 təklif:
Saçınızı gündəlik yuyun.
Yaxşı durulayın.
Həcm verən , çox yumşaq edən şampunlardan çəkinin.
Saçınızı çox əlləməyin .
Uzun müddət isti fen istifadəsi seçməyin.
Yumada çox isti su istifadə etməyin.
Həftədə 1-2 dəfə kəpəyə qarşı şampunlar istifadə edin.