Gözəllik / Saç tökülməsi və qulluq

Saça qulluq maskaları

Beren | 30-09-2013, 10:30
41 741 38

 


 

Saç dəriniz quruyur və qaşınırsa,başınızı alma sirkəsi ilə yuyun.Alma sirkəsi qaşıntının kəsilməsinə köməkçi olacaq həmçinin quruluğu da aradan qaldıracaq.



Parlaq saçlar üçün maska:

 

1 yumurtanın sarısı ilə 2 xörək qaşığı zeytunyağını qarışdırın.Saç diblərinə sürtüb masaj edin və 10 dəqiqə gözləyin.Şampunla yuyub durulayın. Saçlarınızın parlaq və sağlam bir görünüş qazandığını görəcəksiniz.


Bəsləyici maska:

1 yumurta sarısı,1 çay stəkanı dəmlənmiş çay,1 xörək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saç diblərinizə sürtüb masaj edərək yaxşıca yedirin.10-15 dəqiqə gözləyib şampunla yuyun.

 

Alma maskası:

1 ədəd almanı sürtgəcdən keçirin, üzərinə 2 xörək qaşığı alma sirkəsi və 2 xörək qaşığı limon suyu əlavə edin. Maskanı saçlarınızda 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

 

Kəpəkli saçlar üçün maska:

2 xörək qaşığı limon suyu və ya sirkəni 4 stəkan suya əlavə edib isidin. Saçlarınızı yuduqdan sonra, bu qarışımla yaxalayın.


Saça qulluq maskaları


Quru saçlar üçün maska.

Maska 1:


Vəsaitlər:

1 xörək qaşığı bal

Yarım fincan tam yağlı süd

 

 

Hazırlanması:

Balla südü qarışdırıb saç dərisinə masaj edin və 15 dəqiqə saxlayın.Yumşaq bir şampunla yuyun.

 

Maska 2:


Vəsaitlər:

1 yumurta sarısı

1 çay qaşığı gənəgərçək yağı

1 çay qaşığı bal.


Hazırlanması:

Alınmış kütləni saçınızın dibinə yaxşıca çəkin və xüsusi papaq geyinin. Sonra papağın üzərini isti dəsmalla bürüyün. 30-60 dəqiqə saxladıqdan sonra saçınızı ilıq su ilə yuyun.

 

 


Kəpəkdən xilas olmaq üçün maska:

250 q 70%-li spirt götürün, içinə 3 çay qaşığı baş soğan qabığını tökün və 6 dənə mixək əlavə еdin. Tərkibi ağzı möhkəm bağlanmış şüşə və ya saxsı qabda 2-3 həftə saxlamaq lazımdır. Sonra dəmi süzün və hər dəfə başınızı yuyanda, o tərkibi suya əlavə еdin.

 


Yağlı saçlar üçün maska:


Vəsaitlər:

Yarım su stəkanı su

Yarım su stəkanı alma sirkəsi

 

 

Hazırlanması:

Yarım su stəkanı su və alma sirkəsini qarışdıraraq bütün saçınıza dibdən uca qədər tətbiq edin. Yarım saat gözlətdikdən sonra ilıq su ilə 1 dəfə şampunlayaraq yuyun.

 

 


Tökülən saçlar üçün maska​​:

 

Maska 1: Zeytun yağı, bal və darçını qarışdıraraq bir məcun hazırlayın. Bunu saç dərisinə masaj edərək yedirin və 15 dəqiqə saxlayın. Yumşaq bir şampunla yuyun. Həftədə 3-4 dəfə təkrarlayın.

 

Maska 2: Gündə 2-3 dəfə saç dərisinə badam yağı sürtün. Bu saçlarınızın daha çox tökülməsinin qarşısını alır.

 

Elektriklənən saçlar üçün maska:


Vəsaitlər: Bal


Hazırlanması:

Bir xörək qaşığı balı bir litr suyla qarışdırıb, bunu şampundan sonra durulama suyunda istifadə edin. Saçınızı hər yuduğunuzda istifadə edin.

 

@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

Redaktə etdi: Gunewim

boris arxan | 4 may 2015 03:06 | Status: Professional user | Şərh: 4 783
Sitat: Zulya
Atdim secilmislere
Dəniz qızı | 29 aprel 2015 08:13 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: ada..
Kepek yoxdu mende
Tesekkurler
ada.. | 10 oktyabr 2014 07:53 | Status: Qonaq | Şərh: 0
Kepek yoxdu mende
N....N92 | 1 oktyabr 2014 12:14 | Status: Professional user | Şərh: 4 351
Sitat: Meryem_Duyqu
Maskalar üçün təşəkkürlər.
Mehri-Ban | 26 avqust 2014 17:37 | Status: Professional user | Şərh: 1 329
Kepeyim evveller olardi,12-13 yaslarimda.Sonralar basladim maskalara.O gunden beri de davam edir.tesekkurler
Ay_Sun | 5 avqust 2014 11:28 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: Nergiz love
GOZEL MASKALARDI BEZILERINDEN EDECEM
Zulya | 30 iyul 2014 10:40 | Status: Gümüş user | Şərh: 1 640
Atdim secilmislere
babocka | 22 iyun 2014 18:52 | Status: Şərhçi | Şərh: 258
sirkeden isdifade edirem
HESENIM | 17 may 2014 22:46 | Status: Gümüş user | Şərh: 1 262
Sitat: Meryem_Duyqu
Maskalar üçün təşəkkürlər.
sebuhe | 12 may 2014 11:59 | Status: Qonaq | Şərh: 0
bu maskalardan edirem;cox yaxsi effekt verir.
NURLU | 21 aprel 2014 09:16 | Status: Professional user | Şərh: 5 552
Sitat: Girl
Tesekkurler faydali meslehetdir
Meryem_Duyqu | 4 aprel 2014 00:55 | Status: Yazar | Şərh: 4 130
Maskalar üçün təşəkkürlər.
Nergiz love | 24 mart 2014 11:40 | Status: Professional user | Şərh: 7 871
GOZEL MASKALARDI BEZILERINDEN EDECEM
Nigar | 21 dekabr 2013 01:34 | Status: Gümüş user | Şərh: 6 063
H hmmmmm bildim
MILAYA QRUBIYANKA1 | 15 oktyabr 2013 18:26 | Status: Qonaq | Şərh: 0
Şam terebentin yağı - Bu yağ saçınızın qidalanmasını təmin etdiyi üçün saç tökülmələrini önləyər və saç diblərini qüvvətləndirərək saçlarınızın daha tez uzanmasını təmin edər.

Bibəriyə yağı - Saç tökülmələrini önləmək üçün istifadə edilər

Ərik yağı - Saç hüceyrələrini qidalandırdığı üçün saçlarınızın daha gur çıxmasını təmin edər.

İlan yağı - Saç tökülmələrində ən çox seçilən yağlardan biridir. Bu yağ saç tökülmələrini maneə törətdiyi kimi yeni saçların çıxmasını təmin etməkdədir.

Gül yağı - Bu yağ saçlarınızdakı kəpəklənməyi önləyər və saçınızı qidalandırar.

Gicitkən otu yağı - Saç tökülməsində ən çox seçilən ikinci yağdır.

Suysam yağı - Saç qırıqlarınızın çarəsi bu yağda gizlidir.


Sarımsaq yağı - Bu yağ saç diblərindəki qan axışının sürətlənməsinə kömək edər.
MILAYA QRUBIYANKA1 | 14 oktyabr 2013 23:53 | Status: Qonaq | Şərh: 0
Şam terebentin yağı - Bu yağ saçınızın qidalanmasını təmin etdiyi üçün saç tökülmələrini önləyər və saç diblərini qüvvətləndirərək saçlarınızın daha tez uzanmasını təmin edər.

Bibəriyə yağı - Saç tökülmələrini önləmək üçün istifadə edilər

Ərik yağı - Saç hüceyrələrini qidalandırdığı üçün saçlarınızın daha gur çıxmasını təmin edər.

İlan yağı - Saç tökülmələrində ən çox seçilən yağlardan biridir. Bu yağ saç tökülmələrini maneə törətdiyi kimi yeni saçların çıxmasını təmin etməkdədir.

Gül yağı - Bu yağ saçlarınızdakı kəpəklənməyi önləyər və saçınızı qidalandırar.

Gicitkən otu yağı - Saç tökülməsində ən çox seçilən ikinci yağdır.

Suysam yağı - Saç qırıqlarınızın çarəsi bu yağda gizlidir.


Sarımsaq yağı - Bu yağ saç diblərindəki qan axışının sürətlənməsinə kömək edər.
elif12 | 2 oktyabr 2013 21:27 | Status: Şərhçi | Şərh: 343
cox sag olun meslehet ucun onuda ederik esas sac tokulmesi ucun vacibdi.
Seyidli | 1 oktyabr 2013 19:16 | Status: Yazar | Şərh: 2 706
ƏLA xəbərdi canım, təşəkkürlər. Tənbəlliyim tutamsa nə vaxtsa edəcəm. Amma arada etmək faydalıdı)))
I am Alone | 1 oktyabr 2013 02:16 | Status: Şərhçi | Şərh: 364
Elverisli ve evde hazirlanamasi asan maskalaridir,twk
LARA SOFI | 1 oktyabr 2013 01:07 | Status: VİP user | Şərh: 735
MENIM UCU SERF ELIYEN XEBER IDI COX SAG OLUN ELLERINIZ DERD GORMESIN
Nazlı_Kız | 30 sentyabr 2013 21:37 | Status: Brilliant user | Şərh: 6 472
tewekkurler canim xeber etdiyin ucun
Beren | 30 sentyabr 2013 20:11 | Status: Professional user | Şərh: 3 214
Rəy bildirən hər kəsə təşəkkürlər.
Aytekin82 | 30 sentyabr 2013 19:24 | Status: Brilliant user | Şərh: 6 586
Sitat: Girl
Tesekkurler faydali meslehetdir


winked
Girl | 30 sentyabr 2013 18:42 | Status: Professional user | Şərh: 8 206
Tesekkurler faydali meslehetdir
Melek | 30 sentyabr 2013 17:20 | Status: Gümüş user | Şərh: 914
Tewekkurler canim faydali melumatlar ucun
MELEK_ | 30 sentyabr 2013 16:37 | Status: Professional user | Şərh: 3 949
tokulme ve elektriklenme de menim problemlerimdir
Qanad | 30 sentyabr 2013 15:00 | Status: Yazar | Şərh: 4 357
Meslehete gore tesekkurler.
Alice | 30 sentyabr 2013 14:47 | Status: Professional user | Şərh: 5 020
Məndə də çooooxlu maskalar var. Yumşaq və parıldaması üçün istifadə edirəm.təşəkkür.
sadəcə MƏN | 30 sentyabr 2013 13:19 | Status: Brilliant user | Şərh: 4 771
Sitat: Damla
Hansi maskani bilmek olar??

Zeytun yağı+yumurta sarısı olanı.Mən ona limon suyu da əlavə edirəm.Həm parlaq edir saçları,həm də yumurtanın spesifik qoxusunu aradan qaldırır.