Gözəllik / Plastik əməliyyatlar

Qan Turalın məşhur "Mustafa"sı ətrafında söz-söhbətlər

Aynur_Qurbanqizi | 29-10-2011, 17:30
4 431 33

 

Son günlər adı mətbuatdan düşməyən "Mustafa" haqqında azadqadin.az istifadəçiləri də məlumatlı olsun istədim. Və araşdırıb kitab haqqında yazılan maraqlı məqamları sizlərə təqdim edirəm.

 



Kitabın təqdimatı:
Gənc yazıçı Qan Turalın üç ildir üzərində işlədiyi kitab artıq kitab mağazalarında satışa çıxarılıb. Baş qəhrəmanın adıyla adlandırılan kitab 2000-ci illərin gəncliyinin qarşılaşdığı fərdi və siyasi təbəddülatlardan bəhs edir. Melanxolik ovqatda yazılmış romanın baş qəhrəmanının sevgi və siyasətdən aldığı zərbələr onu həbsxanaya gətirir. Romanın məzmununu "Mübarizə mütləq, məğlubiyyət labüddür" cümləsi ilə ifadə etmək olar. Yazıçı roman boyu yalnız Mustafanın başına gəldiyi hadisələri yazmaqla kifayətlənmir, eləcə də onun keçdiyi düşüncələr burulğanı, düşüncə dünyasını da təsvir edir.

Qiyməti:
"Ən yeni ədəbiyyat" seriyasından min tirajla çap edilmiş 143 səhifəlik romanın qiyməti 3.50 AZN-dir.


Kitab haqqında söylənənlər...


Naşir Şahbaz Xuduoğlu: "Qan Turalının romanı "Ən yeni ədəbiyyat" seriyasından çıxan kitablarla yarışa girməyi bacaran kitabdır. Roman Bakıda yaşayan bir tələbənin həyatından bəhs edir. Bizim nəşriyyat üçün Qan Turalının imzasının xüsusi yeri var. "Mustafa"nı hər kəs evinə apara bilər".

Tənqidçi Əsəd Cahangir: "Qan Turalı bu romanda həm öz yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatında bir yeniliyə imza atıb. “Mustafa” romanında Qan Turalının daxili və ruhi, eyni zamanda dil baxımından təmizlənməsini gördüm. Bu romanı birnəfəsə oxudum. Adətən inqilabi ruhda yazılmış əsərlərdə məğlubiyyət etiraf olunmur. Amma etirafın özü də həqiqəti daha yaxından görmək və onunla barışmaq deməkdir. İlk dəfə olaraq Azərbaycan ədəbiyyatında məhz bu romanla məğlubiyyətimiz etiraf olunur".


Yazar Şərif AĞ "Mən romanı oxuyanda həqiqətən də müqəddəs bir missiyanı həyata keçirmək istəyən gənc bir insanla qarşılaşdım.  O, eynən Nazim Hikmət kimi, Maksim Qorki kimi, lap elə Turalın özü kimi insanların sosial bərabərliyini arzulayan və bununçün canından keçməyə hazır olan saf bir gəncdir. Bu ideallar həyat gerçəkliyi ilə toqquşanda dəhşətli ümidsizlik doğurur: Turalın qəhrəmanı islamın əfəndisindən fərqli olaraq öz missiyasını həyata keçirə bilmir və təbii olaraq ümidsizliyə yuvarlanıb ucqar bir kəndə çəkilir.  "Mustafa" gənc bir yazarın ilk əsəri kimi məni sevindirdi. Təəssüf ki, bəzi insanlar kifayət qədər intellektual bazası olan bu istedadlı gəncin aqressiv yazılarından çıxış edərək, onu adamayovuşmaz, həyata yalnız ağ və qara eynəklərdən baxan, Azərbaycan klassiklərini sevməyən, qalmaqallarla gündəmdə qalmağa çalışan adi bir jurnalist sayırlar. Əmin ola bilərsiniz ki, bu belə deyildir! Sadəcə Tural yeni dövrün, yeni estetikanın adamıdır. O, ən yaxın dostunu, qardaşını belə kəskin şəkildə tənqid edə bilər. Mümkündür ki, bu tənqiddə yanlışlar olsun. Məncə, əsas bu deyil, əsas qələm sahibinin səmimiyyətidir.


Yazar Cəlil CAVANŞİR "Mustafa” romanını çapdan əvvəl, kompyuter variantında oxudum. Romanın ilk hissələrini oxuduqdan sonra Turala tövsiyyə elədim ki, romanın titul səhifəsində “İntellektuallar üçün roman” yazılsa yaxşı olar. Təklifim nəzərə alınmasa da, “Mustafa” mənim yadımda intellektuallara hesablanmış roman kimi qalacaq. Əsərin qəhrəmanı Mustafa bizlərdən birisidir. Bizim kimi müstəqillik dövrünün təbəddülatlarını yaşayan, sosial bərabərlik istəyən və bunun üçün mübarizə aparan gəncdir. Məni mübarizədə uduzub kəndə çəkilən Mustafanın uğursuz sevgisi daha çox kədərləndirdi. Nədənsə mənə elə gəlir ki, Qan Turalı “Mustafa” nın davamını da yazacaq. Müasir romançılığımızda ən intellektual, ən maraqlı və həyatdan gələn gənc obrazı mənim düşüncəmə görə Mustafadır.
 

Oxucu Gunel Xezel: "Kitab mende dahilerin kelamlarindan ve bir gencin gundeliyindeki qeydlerden ibaret defter teessurati oyatdi.  Maraqla oxudum. Bashqasinin heyati ile bagli bilgiler biz qadinlarin hemishe diqqet merkezinde olub.  Az qala and da ice bilerem ki, bu yazilanlar uydurma deyil, yashanmish qoxusu var cumlelerde.  Qehremanin Osman abisinde hesed apardim, mezeli dostu Raminin yumor hissine ashiq oldum. Onun haqda qeydleri oxuyarken gulmek isterikasina tutuldum. Bilmirem gunun sust yorgunlugundan ya solcu dushuncelerin, mene yad siyasi movzularin sixintisindan bele rengli geldi mene bu yumoristik xatireler ya heqiqeten bele gulmelidir.Amma onu bilirem ekskalatordaki hediseni tesevvur elediikce indi de pikkilti tutur meni.  Kitab hetta en adi adamin heyatinda azi uc defe yashama ehtimali olan besit sevgi hekayesiyle bashliyir. Ekstrimsiz, yani kitaba salinmasini gereksiz hesab etdiyim derecede siradan bir qarshiliqsiz eshq "faciesi". Kitab oxumaq insana bilgi vermeli,etmesi ehtimal olunan sehvlerden yayindirmali,heyat tecrubesini artirmali ve en esasi yeni kitab oxumaga heves oyatmalidir. Yadimdan cixan missiyalari da var belke. Turalin kitabinda men saydigim missiyalar yerine yetirilib. He, bir de yataqxanaya qiz kecirme fendlerini bir gun rejissorluq qismetim olsa mutleq cekmek isteyerem.

 

Qan Tural özü nə deyir?!


 - Bu zəmanədə kiməsə roman oxutdurmaq çətin məsələdir. Roman nədir, balaca bir köşə oxutdurmaq da asan deyil. Yüz il əvvəl Mirzə Cəlil dostlarına deyirdi ki, "bir əsər yazmaq istəyirəm, amma inanmıram oxuyan ola". Mirzə Cəlil bunu dediyi zamanda ölkə əhalisinin cəmi bir faizi savadlı idi. İndi rəsmi statistikaya görə ölkə əhalisinin 99.9 faizi savadlıdır. (Savadlı-yəni oxuyub-yazma bilən) Yüz il keçib hələ də əsər oxutdurmaq yazıçılarımızın qarşısında bir sual kimi durur. "Mustafa"nı yazanda da bu məqamı heç zaman ağlımdan çıxartmadım.İnsafən, ağır üslublu, maraqsız mövzulardan yazan yazıçıların kitabların az oxunmasında günahları var. Bir kitab ki, səni sürükləyib bütün işlərindən avara qoymadısa onda o nə kitab oldu?

 

- "Mustafa" romanını 25 yaşımda başlayıb, 27 yaşımda bitirmişəm. Mən həyatda, siyasətdə gördüyüm faciələri ədəbiyyata gətirmək istəmişəm. 1990-cı illərdən sonra Azərbaycanda çox böyük kataklizmlər yaşandı. Bayrağımız, gerbimiz, əlifbamız dəyişdi. Mən 70-80-ci illərdə doğulmuş nəslin yeni dövrdəki faciəsini, yaşadığı təbəddülatları “Mustafa”da göstərməyə çalışmışam”.

- Naşirim belə hesab edir ki, bu kitab o biri kitablardan açıq-saçıqlığının olmaması ilə fərqlənir. Yəqin ki, başqa fərqlər də var. Buna oxucular qərar versə yaxşıdır. Bizim bəzi yazıçılar hətta öz romanlarının janrını müəyyən edib onu ədəbiyyat tarixinə yerləşdirməyə də çalışır. Amma buna ehtiyac yoxdur. Yazıçı ancaq mətni yazmalıdır. Orxan Vəli zarafatla deyirdi ki, sevgilimin adını ədəbiyyat tarixçiləri tapsın.
 
- "Mustafa" bir obrazdır, onun mənimlə üst-üstə düşən məqamları var. Lakin mən heç zaman kənd müəllimi ola bilməzdim, darıxardım orada. Flober kimi həvəslə "Madam Bovari mənəm" deyə bilmərəm. Amma məndən çox şeylər var orada. Sadəcə, onları hamının anlayacağı, hamının orda özündən nəsə tapacağı səviyyəyə qədər ümumiləşdirmək lazım idi. Deyəsən, bunu bacarmışam.

 

Kitabda ön söz
Bu sovetdən qalma şablondur. Ədəbi tənqid romanı partiyanın görmək istədiyi şəkildə şərh edir və bu şərh oxucuları romanı oxumağa yönləndirirdi. Yazıçı ilə oxucunun arasına heç kim girməməlidir. Kimin romanla bağlı məqaləsi varsa, müxtəlif mətbu orqanlara təqdim edə bilər. Bu, daha faydalıdır. Ayrıca, ön sözün faydalı yox, ziyanlı bir şey olduğunu düşünürəm. Bu yaxınlarda məşhur şairlərdən biri demişdi ki, guya mənim şeir kitabıma ön söz yazıb. Amma mənim şeir kitabımda ümumiyyətlə ön söz yoxdur.

 

"Mustafa" sitatlar...
Üslub baxımından buna ehtiyac vardı. Çünki Mustafa proseslərdən çox kitablarla yetişir. Mən sizə başqa bir əsər deyim: Cek Londonun "Martin İden"i. Orada Spenserdən bol sitatlar var. Eləcə də başqa yazıçı və filosoflardan. Bu üslub məsələsidir. Mənim seçdiyim üslub-Mustafanın dərin mükalimələr, mütaliədən doğan düşüncələr esseistika tələb edirdi. Buna görə də kitab intellektual kitab təsiri bağışlayır.

 P.S. Bu qeydləri toplayıb seçmək mənə düz 2 saat vaxt itkisinə başa gəlsə də, romanla tanışlıqdan böyük zövq aldım. Sabah ilk işim bu kitabı əldə edib oxumaq olacaq )


ESMERRi | 10 aprel 2016 19:58 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMERRi
Sitat: Qanad
Sitat: leyla meherremova
HEC YENI YAZARLARDAN OXUMURAM.
ESMERRi | 27 yanvar 2016 19:57 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Qanad
Sitat: leyla meherremova
HEC YENI YAZARLARDAN OXUMURAM.
Gulshen. | 23 fevral 2014 20:55 | Status: Qonaq | Şərh: 0
Tewekkurler maraqlidi
Qanad | 22 iyun 2013 08:36 | Status: Yazar | Şərh: 4 357
Sitat: leyla meherremova
HEC YENI YAZARLARDAN OXUMURAM.
Gozellik dunyam | 1 iyun 2013 17:20 | Status: Qonaq | Şərh: 0
maraqlidir
Haziran gecesi | 1 iyun 2013 16:46 | Status: Qonaq | Şərh: 0
maraqlidir cox twk ederiz
ayruska | 25 may 2013 01:00 | Status: Professional user | Şərh: 3 978
TEWEKKURLER
sevinc keder | 4 oktyabr 2012 17:47 | Status: Professional user | Şərh: 3 818
Sitat: Princess_93
tam oxuya bilmedim

ELE MENDE SON VAXTLAR SEBRİM QALMAYİBEEE wink
Torpaq | 3 oktyabr 2012 06:30 | Status: Professional user | Şərh: 3 570
:n8: