Gözəllik / Gözəllik sirləri

Osmanlı sultanlarının gözəllik sirləri

hopeful-woman | 28-05-2013, 14:01
7 960 43
 


 Osmanlı sultanlarının gözəllik sirləri 

Osmanlı Sultanlarının hər biri bir-birindən gözəl,bir-birindən özəlmiş. Bəs əvvəllər ən kiçik texnoloji alət və ya hazır vəsaitlər yox ikən dəri gözəlliklərini necə təmin edirdilər?

Saç və Dəri Baxımı: Saç və dəri baxımında gili çox istifadə etmişlər. Gildanlıqların içinə əvvəl gili sonra da suyu qoyarlarmış.Gil aşağıya çöküncə,üstündəki suyu istifadə edirdilər.Bu suyun yumşaldıcı və saçı-dərini bəsləyici təsiri vardır.

Kisə: Saraydakıların bir nömrəli gözəllik sirri təmizlik idi.Hamam mədəniyyəti bu səbəblə inkişaf etmişdi. Duşda mütləq kisələnər və kisələnmək də ən təbii peeling(dəri təmizliyi) idi.

Qoxulu Sabun: Təmizlikdə sabun ən əhəmiyyətli məhsul idi. Bu səbəblə çox böyük bir sabun sektoru vardı.Saraya da ən keyfiyyətli sabunlar gəlir və bunlara əridilib istifadə edəcək adamın zövqünə görə gül və ya meyvə şəkilləri verilərdi.Saraylıların sabunları mütləq qoxulu olardı.

Saçları Yumşaltmaq:Saçlar sabunla yuyunduğu zaman sərtləşir.Bunun üçün yumşaldıcı olaraq gülxəttmi və əmngüməci istifadə etmişlər.Bu bitkiləri qaynadınca konsistensiyalı bir su meydana gələr.Bu konsistensiyalı su bu günki saç kremlərindən daha təsirlidir.Saraya kilolarla qurudulmuş xəttmi və əbəgümeci gəlirdi.

Dəri Yağları: Dəri baxımında yağları çox istifadə etmişlər.Çünki kisələnib, ölü dərini atdıqdan sonra çölə çıxılsa dəri tez büzülər. Buna görə duşdan sonra incə bir təbəqə yağ dəriyə sürtülərdi. Beləliklə xarici faktorlardan qorunardı.
Osmanlı sultanlarının gözəllik sirləri

Əl və Ayaq Baxımı: Əl, ayaq və dırnaq baxımı da çox əhəmiyyətli idi. Bunun üçün susam və ya zeytunyağı çox istifadə edərdilər. Amma bunları bitkilərlə birlikdə istifadə edərdilər. Xüsusilə gül yağı seçilərdi. Bu da belə əldə edilərdi; qoxulu gül yarpaqları zeytunyağı ya da suysam yağı içində gözlədilir. Sonra süzərək əldə edilən yağ, dəriyə çox faydalı olurdı.

Gül Suyu: Osmanlı saraylarında tonlarla gül suyu istifadə edilirdi. Çünki gül suyu üzü təmizləyər, dərini nəmləndirər və qırışıqları aradan qaldırardı.

Qoxu: Osmanlı sarayında qoxular çox əhəmiyyətli idi. Hətta həkimlər qoxuyla müalicə belə edirdi. Dəyişik qoxuların insanları ruhən və bədənlə necə müalicə edəcəyi yaxşı məlum idi.Çox gözəl ətirlər əldə edərlər və xüsusilə baharda buxur günləri edərdilər. Səhərlərə qədər qazanlar qaynar gözəl qoxular əldə edilərdi.

Limon: Ən əhəmiyyətli gözəllik sirlərindən biri də limon idi. Əl və üzləri üçün ağardıcı olaraq istifadə edilərdi. Limon antiseptik olub içində şəkər vardır,üzü bəsləyər,gərginləşdirər və yaraları yaxşılaşdırar.

Yemək yemək: Osmanlıda çox əhəmiyyətli iki estetik qayğı vardı. Cildlərinin ağ, saçlarının qara olması məqbul idi. Açıq rəng saç sevilmirdi. Ağ bədən isə gözəllik demək idi. Gözəllik və gənc qalmaq üçün yeməklərinə çox diqqət yetirərdilər. Onsuz da qətiliklə çox yeməzdilər. Xüsusilə yazda çox az yeyər,yeyilənlər də bağırsaqları və qanı təmizləyəcək tərəvəzlər olardı.

Hande. | 28 may 2013 16:48 | Status: Professional user | Şərh: 1 357
Axira kimi oxudum,cunki Osmanli ile bawlayan her kelme mene maraqli gelir....Tewekkurler...
Inci deniz | 28 may 2013 16:32 | Status: Yazar | Şərh: 2 379
Ona gore saraydaki gozeller esl gozel olublar ee.Indiki bezi qizlar kimi her seyleri suni deyildi.
Seyidli | 28 may 2013 16:07 | Status: Yazar | Şərh: 2 706
Maraqlı idi. Təşəkkür!
Aytekin82 | 28 may 2013 16:00 | Status: Brilliant user | Şərh: 6 587
Ay allah, həmişə imzalarınızı görək Vilvet, Hopeful Woman yeriniz görünürdü yaaaa)))
Princess_93 | 28 may 2013 15:57 | Status: Brilliant user | Şərh: 5 877
tewekkurlerrrr
Girl | 28 may 2013 15:18 | Status: Professional user | Şərh: 8 206
tewekkurler
FLOVERandGİRL | 28 may 2013 15:17 | Status: Professional user | Şərh: 3 251
TESEKKUR EDIREM
Akademik | 28 may 2013 15:06 | Status: Professional user | Şərh: 4 580
TƏBİİLİYİ ÇOX SEVİRƏM, BƏYƏNDİM BUNLARIN GÖZƏLLİK SİRRLƏRİNİ. ƏLA XƏBƏRDİ. TƏŞƏKKÜRLƏR CANIM.
DENIZ QIZI3 | 28 may 2013 15:04 | Status: Gümüş user | Şərh: 3 858
maraqlidir,indi kremlerle her sey asandir.
seva85 | 28 may 2013 14:29 | Status: Gümüş user | Şərh: 2 045
lap zulumde olublar,indi masallah krem,peeling ureyin ne cur isteyir doludu
SULTANIM | 28 may 2013 14:17 | Status: Ekspert | Şərh: 4 742
Osmanli Sultanlarin dovrunde sampun,krem olmadigi ucun bunlardan istifade edridiler. Indi daha rahat bir seyler var.Tesekkur.Maraqli idi.Bildik ki, Osmanki Sultanlar indiki Sultanlardan ne ile ferqlenibler.
Leyla. | 28 may 2013 14:12 | Status: Professional user | Şərh: 2 597
MARAQLIDI ANCAQ TEBIWEYLERDEN ISTFADE EDIBLER COX GOZEL.
Aynur_Qurbanqizi | 28 may 2013 14:09 | Status: Technical | Şərh: 1 170
Allah versin kremlere, asani budur )