Gözəllik / Moda

Gəlinlik paltarını bədən quruluşuna görə necə seçməli?

dark lady | 19-06-2012, 21:20
14 450 93

Gəlinlik paltarını bədən quruluşuna görə necə seçməli

 

 

Açıq fikirli olmaq, tək bir model üçün inad etməmək gəlinlik alarkən seçiminizi sürətləndirəcək. Gəlinlik baxarkən bir çox model ilə qarşılaşacağınız təbii və qaçılmazdır,  amma sakit olun  hər bədən tipinə və çəkisinə görə uyğun bir gəlinlik olduğunu unutmayın. Baxdığınız gəlinlikləri sınadıqdan sonra şərh etmək daha doğrudur. Unutmayın ki geydiyiniz vaxt üzərinizdə asılqanda dayandığından fərqli dayanacaq.

Xəyalınızdakı  gəlinliyi qısa müddətdə tapmanız kiçik bir ehtimaldır. Bunu nəzərə alın və gəlinlik axtarışına  6 ay əvvəldən başlayın.

Bir səfərdə 4-5 dənədən daha çox mağaza baxmağa nə qədər də həvəsli olsanız da, unutmayın ki,  fikrinizi qarışdıra bilərsiniz. Bundan başqa, gəlinlik baxmaq  əyləncəli olmalıdır,  yorucu deyil. Bunun əvəzinə daha çox modeli olan mağazaları gəzsəniz vaxtınıza və enerjinizə qənaət  etmiş olarsınız.

Gəlinlik baxmağa  çıxarkən mütləq yanınızda ailənizdən və ya yoldaşlarınızdan, fikirlərinə etibar etdiyiniz biri olsun. Amma unutmayın! Gəlinlik seçərkən ən əhəmiyyətli nöqtələrdən biri gəlinliyin içində özünüzü rahat hiss etməyinizdir. 

Gəlinlik seçmək həyat yoldaşı seçmək kimidir, qarşınıza çıxanda anlayırsınız  və hiss edirsiniz ki, axtardığınız model məhz budur.

Ağ rəngli gəlinliklər klasssikadır. Amma onlar getdikcə daha çox açıq pastel tonlarında (çəhrayi, şampan, mavi) olan paltarlarla əvəzələnir. 

Paltarın rəngini seçərkən fikir vermək lazımdır ki, rəng gəlinin saçları və dərisinin rəngi ilə uyğunlaşsın, onu olduğundan kök və ya çox arıq göstərməsin. 

Sarı saçlı gəlinlərə daha çox qızılı, şaftalı, açıq boz rəngli paltarlar yaraşar. Qara, qəhvəyi saçlı xanımlara isə çəhrayı və ağ paltarlar çox gözəl yaraşar.

Rəngdən əlavə gəlinlik onu geyinən xanımın bədən quruluşuna da uyğun olmalıdır.


Xanımlar tərəfindən ən çox seçilən və sevilən forma princessa və yaxud bal paltarıadlanan gəlinliklərdir.

Bu gəlinliklər arıq və hündür, eləcə də, bəstəboylu xanımlara yaraşır, onların həddən artıq arıqlıqlarını gizlədir. Həmçinin, yanları iri olan xanımlar belə paltarla onu gizlədə bilərlər. Kiçik boylu xanımlara belə paltarlar seçmək məsləhət deyil.

 

 

 

 

A-siluetpaltarlar döş formasını vurğulayır və aşağıya doğru genişlənir.Bu gəlinliklər istənilənm bədən quruluşuna yaraşır və universal sayılır.  Xüsusilə, alçaq boylu və dolu xanımlarabelə paltarlar tövsiyə edilir. Belə ki, bu forma bədəni vizual olaraq hündür və arıq göstərir.

 

 

 

Ampir stilli paltarların ətəyi döşlər altından başlanır və genişlənir. Belə paltarlara yanları daha uzun, döşləri isə daha iri, boyu daha hündür göstərir. Bel və yanı düz olan xanımların bu çatışmazlıqlarını və hamilə xanımların qarnını gizlədir.

 

 

 

Rusalka stilli paltarlar ideal bədən quruluşu olan xanımlara çox yaraşır, çox seksual və effektli görünür.

 

 

 

Bəs siz hansı üslubda olan gəlinlikləri bəyənirsiz?


ESMERRi | 16 aprel 2016 20:04 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMERRi
Sitat: AYAN A-VA
TEWEKKURLERRRR
ESMERRi | 24 mart 2016 12:14 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: AYAN A-VA
TEWEKKURLERRRR
Gulshen. | 18 fevral 2014 11:32 | Status: Qonaq | Şərh: 0
Melumata gore twkler
AYAN A-VA | 19 noyabr 2013 23:11 | Status: Gümüş user | Şərh: 1 722
TEWEKKURLERRRR
gunes batarken | 28 iyun 2013 23:42 | Status: Professional user | Şərh: 958
tesekkurler
Akademik | 2 iyun 2013 23:04 | Status: Professional user | Şərh: 4 580
BƏYƏNDİM.TƏŞƏKKÜRLƏR.
dowann | 2 may 2013 13:05 | Status: Şərhçi | Şərh: 110
super beyendim. gelinliyim rusalka tipli olacaq cunki ideal bir beden quruluwuna malikem ve bele gelinlikleri cox beyenirem
SEVA00 | 6 mart 2013 13:34 | Status: VİP user | Şərh: 1 013
GESEY
Gozel Melek | 6 mart 2013 11:28 | Status: Gümüş user | Şərh: 1 531
maraqlidir.gelinliklerde gozeldir.tewekkur edirem.
Nergiz33 | 13 dekabr 2012 10:08 | Status: VİP user | Şərh: 1 079
INSAALLAH SECNDE COX DIQLETLI OLMAGA CALISACAM
Asya Qurbanova | 5 dekabr 2012 18:40 | Status: Gümüş user | Şərh: 715
Rusalka stilli gelinliklerden cox xosum gelir.
S24 | 4 oktyabr 2012 17:32 | Status: Gümüş user | Şərh: 797
bedenin olcusunde olanda qeseng gorunur.dar və gen nəyə lazımdı
sevinc keder | 29 avqust 2012 21:06 | Status: Professional user | Şərh: 3 818
maraqlidir.gelinliklerde gozeldir.tewekkur edirem.
harmony | 17 avqust 2012 10:30 | Status: Gümüş user | Şərh: 648
maraqlidi hamisi bir birinden gozeldi
xowbext_olum | 24 iyul 2012 20:03 | Status: Şərhçi | Şərh: 304
Tewekkurler men bu aralar cok gelinliklere baxiram amma sece bilmirem internetdede baxiram magazalarada baxiram amma bedenime ve zovqume olani internetde tapiram heyatda yox cunki 170 boy 45kq ceki sine ve beden kicikdi isteyiremki gelinlik meni daha gozel ve cezb edici gostersin ve yada qalan olsun 15 ilde kecse gelinliyim debde olan modelllerden olsun 15 ilden sonra baxanda sevinimki ne yaxwiki men bu gelinliyi secmisem. TWK
Akif Ehmedov | 4 iyul 2012 16:47 | Status: Qonaq | Şərh: 713
Duvağa bürünüb gəlin köçürsən,
Qonşular telinə ipək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
"Vağzalı" çalınır, anam ağlayır...


Azərbaycan qızlarına gəlinlik libası çox yaraşır...halalınız olsun...
G-----16 | 4 iyul 2012 16:38 | Status: Gümüş user | Şərh: 2 227
cox faydali bir melumatdir tesekkurler canim xebere gore Allah butun qizlara qismet elesin AMIN :n28:
Melek_1 | 2 iyul 2012 14:30 | Status: VİP user | Şərh: 1 002
tesekkurler xebere gore