Gözəllik / Moda

Ən çox bəyənilən 5 ƏTİR

dılay | 12-03-2017, 14:07
19 751 15
 

 
Ətir hər bir qadının sevdiyi, çox istifadə etdiyi, hətta xarakterini yansıdan bir kosmetik vasitədir.
Hər il yüzlərlə növdə və adda ətirlər insanların istifadəsi üçün istehsal ounub satışa çıxarılır. Bir çox markanın və növün arasında qadınların əksəriyyətinin çox bəyəndiyi brendlər isə bir əfsanə olaraq adlarını tarixə yazdırmışdırlar. Ən çox bəyənilən bu 5 ətir brendinin hansılar olduğunu, onların yaranma tarixlərini və tərkiblərini sizə təqdim edirik.
 
Chanel No 5-Coco Chanel:
 

 
Dünyanın ən məşhur ətri. Heç bir ətir bu qədər tanınmadı və sevilmədi. Coco Chanel 1921-ci ildə bu ətri satışa çıxardığı zaman qadın kimi qoxan bir ətir hazırlamaq istədiyini və buna nail olduğunu demişdi. Tərkibində yasəmən, səndəl ağacı, əmbər kimi bitkilər olan bu ətir fərqli qoxuları qarışdıran ilk ətirdir. Bundan əvvəlki ətirlərdə yalnız bir çiçək qoxusundan istifadə edilirdi.
 
Miss Dior-Christian Dior:
 


Bu ətir sofistik və zərif bir stili təmsil edir. 1947-ci ildə istehsal edilən bu ətrin adı Christian Diorun bacısı Catherine Diora xitabən "Miss Dior" olaraq qeyd edilmişdi. Şüyüd, yasəmən və "paçuli" bitkilərinin qoxularının qarışığı olan möhtəşəm bir ətirdir.
 
Opium - Yves Saint Laurent:
 

 
Ətir ustası Louis Sieuzac tərəfindən hazırlanan "Opium" ilk dəfə 1977-ci ildə satışa çıxarılmışdır. Opium "tiryək" deməkdir və satışa çıxarıldığı ilk vaxtlarda adına görə Amerikadakı çinlilərin qəzəbinə səbəb olmuşdu. Lakin buna baxmayaraq həmin ad qaldı və çox miqdarda satış əldə etdi. Portağal, keşniş və bibər üst notlarına sahib olan ətrin orta notları yasəmən və qızılgüldən təşkil olunmuşdur.
 
Shalimar-Guerlain:
 


1925-ci ildə Jack Guerlain tərəfindən istehsal edilən bu ətir ilk oriyental (şərq) ətirdir. Guerlain dünya tarixində eşqləri dillərə dastan olan Cahan Şah ilə şahzadə Mümtaz Mahalın eşqindən ilham alaraq bu ətri hazırladığını demişdi. Bu ətrin tərkibində berqamot, kəhrəba, süsən çiçəyi və vanil bitkilərinin qoxuları vardır. Bu ətrin adı ilə bağlı bəzi müzakirələr yaşanmışdır. Guerlain "Shalimar" sözünün Sanskritçədə "eşq məbədi" mənasında olduğunu dediyi halda, bəzi insanlar tərəfindən bu sözün Ərəb mənşəli olduğu və "ay işığı" mənasını verdiyi iddia edilməkdədir.
 
Poison-Christian Dior:
 


25 illik bir tarixi olan bu ətir hələ də səltənətini davam etdirməkdədir. Ədviyyatlı, meyvəli notların qarışığı olan bu ətir 1987-ci ildə ətir sahəsinin Oskarı hesab edilən "Fifi" mükafatına layiq görülmüşdür.
 


Rauf Heseneliyev | 26 mart 2017 03:51 | Status: Yazar | Şərh: 559
etir her kes ucun eyni zovqu vere bilmez. kimisinin sevdiyi bir basqasinin zehlesi geden olabiler :)
men shevetli qoxulari sevirem sexsen :D
dılay | 22 mart 2016 00:27 | Status: Brilliant user | Şərh: 8 183
Aysunum xeberin redaktesi ucun tewekkurler canim kissing_heart
Ay_Sun | 16 mart 2016 10:52 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: dılay
Etirle bagli xeberi beyenmeyen yeqin It iyi verer. lol

lol
Wiyinn | 14 mart 2016 13:06 | Status: VİP user | Şərh: 889
etirin iysi superdi
Opium - Yves Saint Laurent:
Əsmər1 | 12 mart 2016 00:49 | Status: VİP user | Şərh: 1 584
İstifadə etiyom ətirlərdi Opium Yves Saint Laurent ətrini daha çox sevirəm
M.Aliyeva | 11 mart 2016 04:26 | Status: Gümüş user | Şərh: 1 970
Sitat: dılay
Etirle bagli xeberi beyenmeyen yeqin It iyi verer. lol

:))))))))))))))))

Ama bezi ev itleri var ki olardan gelen etir iyi hec bezi qadinlardan gelmir.:))))))))O itlere haqsizliq olmasin .:))))))
boris arxan | 11 mart 2016 00:12 | Status: Professional user | Şərh: 4 784
incandessense,perceive,amour
Röyamsan. | 10 mart 2016 23:42 | Status: Brilliant user | Şərh: 6 102
Chanel 5 istifadə etmişəm, çox gözəl ətiri var. Amma ən çox istifadə etdiyim ətirlər Today,vesrace, luciadı.
Nara88 | 10 mart 2016 22:55 | Status: Professional user | Şərh: 4 253
Miss dior isletmisem, pis deyil,ama chanel 5 den hec xosum gelmiyib,sonuncunu magazalarda gormusem sirin etri var,o birlerine bundan sonra baxacam))
B.Fereh | 9 mart 2016 23:09 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: dılay
Etirle bagli xeberi beyenmeyen yeqin It iyi verer. lol

lol lol lol
dılay | 9 mart 2016 22:33 | Status: Brilliant user | Şərh: 8 183
Etirle bagli xeberi beyenmeyen yeqin It iyi verer. lol
ESMERRi | 9 mart 2016 22:06 | Status: Brilliant user | Şərh: 5 378
NİNA -RİKKİ .çox sevirəm bu ətiri artıq neçə ildir yalnız bu ətri istifadə edirəm.
Hali | 9 mart 2016 21:50 | Status: VİP user | Şərh: 484
En xowladigim amaqua etiridi
B.Fereh | 9 mart 2016 21:45 | Status: Nəzarətçi | Şərh: 6 975
Opiumu cox beyenirem...
JADORE-en sevdiyim etirdi.Ne isdifade etsemde yene de ona qayidiram.
Cicim İncim | 9 mart 2016 21:29 | Status: Gümüş user | Şərh: 2 456
Ətir dəlisiyəm...
Chanel 5-i ətri açılandan sonra xoşlayıram... "Chanel allure"ni daha çox bəyənirəm...
"Miss Dior da superdi...O biri ətirləri işlətməmişəm...