Gözəllik / Moda

Payız və Qışın ən gərəkli - geyimi, Dəbıi sviterlər

Banu. | 10-11-2015, 12:00
2 898 8
 


Qış yavaş-yavaş gəlir və bu ayla birlikdə qışlıq alış-verişinə qalın bol kəsimli sviterləri də əlavə etməyə başlaya bilərsiniz. Qış mövsümünün ən çox ehtiyac duyulan paltarı yəqin ki, qalın sviterlərdir. Bol kəsimli sviterlər soyuq havadan bizi qoruyan ən sevimli geyim əşyasıdır. Son dəb axınlarını nəzərə alsaq, bu qış uzun və bol kəsimli sviterlərin trend olacağını deyə bilərik.

Qışlıq sviterləri mini ətəklər, dar şalvarlar və lasinlərlə geymək mümkündür. Uzunboğaz çəkmələr və böyük çantalarla daha gözəçarpacaq bir obraza bürünmüş olarsınız.

Sviterlərdə yenə klassik qış rənglərinin istifadə edildiyini görə bilərsiniz. Qara, boz, qəhvəyi tonları kimi rənglər daha asan və hər yerə uyğun gələn obrazlar üçün istifadə edilə bilər.

Bol kəsimli sviterlər geniş və bəzən də uzun olduqları üçün dar şalvarlar ilə birləşdirildiyi zaman ortaya gözəl mənzərələr çıxır. Bol sivterlər "boyfriend” şalvar və ya enli balaq şalvarlarla geyinildiyi zaman da çox gözəl görünürlər. Adətən gənc qızların üstünlük verdiyi bol sviterlər dar cinslərlə də gözəl qalır. Bu köynəkləri ətəklə geyinmək istəyirsinizsə, ətəklərin qısa olmasına diqqət edin. Eyni zamanda, qısa, dəri və klyoş ətəklər üçün də ən uyğun məhsullardır.

Bol kəsimli sviterlərin necə istifadə ediləcəyi ilə bağlı nümunələri aşağıda görə bilərsiniz.

 

 



Cicim İncim | 11 noyabr 2015 00:18 | Status: Gümüş user | Şərh: 2 456
1 -2 sviteri bəyəndim, qalanlarını yox...
SEVDA | 10 noyabr 2015 22:26 | Status: Nəzarətçi | Şərh: 17 439
Bəyəndiklərim oldu, tşk...
Gulshen. | 10 noyabr 2015 21:33 | Status: Qonaq | Şərh: 0
geyinmirem. rahat deyiller
buxqalter | 10 noyabr 2015 18:49 | Status: VİP user | Şərh: 1 212
Bir ikisini beyendim...tewekkur
gece-gunduz | 10 noyabr 2015 14:50 | Status: Gümüş user | Şərh: 1 720
Heç sviter sevmirem
milashka_167 | 10 noyabr 2015 14:19 | Status: VİP user | Şərh: 1 452
1-2i beyendim
dılay | 10 noyabr 2015 12:49 | Status: Brilliant user | Şərh: 8 183
Hec beyenmedim.
evli ve ofkeli | 10 noyabr 2015 12:25 | Status: Qonaq | Şərh: 0
2CI SEKILDEKI 3CU QIZIN AYAGINDAKI AYAQQABIDAN MENDE VAR tongue tongue