Gözəllik / Moda

Niyə Azərbaycanda hamı qara geyinir?

Aynur_Qurbanqizi | 21-06-2011, 17:00
6 055 67

 

Niyə Azərbaycanda hamı qara geyinir?

 


 

Diqqət etsəniz, ətrafınızdakı insanların və özünüzün gündəlik istifadə etdiyiniz əşyaların, geyimlərinizin və müxtəlif aksessuarlarınızın çoxunun qara rəngdə olduğunun fərqinə varacaqsınız. Qarderobumuzdakı geyimlər, ayaqqabılar, çantalar, telefonumuz, avtomobilimiz və s. müxtəlif əşyalarımızın əksəriyyəti qara rəngdədir.

Görəsən, insanlar niyə daha çox qara rəngə üstünlük verir?

Qara paltarın sirri

Təsəvvür edin, bir avtobusa, ya da metro vaqonuna minərkən bütün salonun qaraya büründüyünü görmək olur. Eynilə, böyük bir konfrans salonunda və kütləvi tədbirlərdə. İnsanlarımızın qara rəngə üstünlük verməsinin səbəbləri tam araşdırılmayıb.

“Sağlam Toplum” İB-nin əməkdaşları araşdırma yazımız üçün Bakı sakinləri arasında sorğu keçirdilər. Bizim gözlədiyimizdən də maraqlı nəticələr ortaya çıxdı. Birlik əməkdaşları özəlliklə tam qara geyimdə olan insanlara yaxınlaşıblar. “Niyə qara geyinirsiniz?” deyə sual ünvanlanan insanlardan çox maraqlı cavablar alınıb. 40 nəfər respondentin 14-ü daha cəlbedici görünmək üçün, 16-sı ciddi göründüyünü düşündüyü üçün, 7-si heç bir məqsədi olmadan geydiyini, 3-ü isə rok və rep söyləyənlərə bənzəmək üçün bu rəngi seçdiyini deyib. Maraqlıdır ki, sorğuda iştirak edən respondentlərin böyük əksəriyyəti qara rəngin xarakteri və psixoloji təsiri barədə heç nə bilməyib...

HAŞİYƏ: Bir neçə il öncə Marseldə (Fransa) bir qatı cinayətkarın polis tərəfindən təsadüfən saxlandığı haqda xəbər var idi. Cinayətkar haqda yalnız bir məlumat var imiş - bu gənc əcnəbidir. Polis nəfərindən bu adamdan niyə şübhələndiyini soruşduqda belə cavab vermişdi: fransız gəncləri heç vaxt tamamilə qara geyinmirlər, düşündüm ki, bu, 100 faiz əcnəbidir...

Rənglərin ögey qardaşı

Rənglər elmini öyrənən Asim Şirinov deyir ki, bu elmlə məşğul olanlar qara rəngi bütün rənglərin ögey qardaşı adlandırırlar: “Digər rənglərdən fərqli olaraq, qara rəng göründüyü kimi deyil, onda dərin mənalar yatır.

Öncəliklə, yalnızlığı təmsil edir. Düçüncənin rəngidir, üsyankar ruha malikdir, sonsuzluğa işarədir. Kosmosda sonsuzluq qara rənglidir. Qara, həm də matəm rəngidir. Xüsusilə, qeyd etmək istəyirəm ki, qara rəng qaranlığı, darlığı ifadə etmir, əksinə, qaranlıq bir dünyanın varlığını, amma oraya bir gün günəşin doğacağını deyir”.

Qara rəng çəki problemi olan insanların ən ideal geyim rəngidir. Bu rəngin artıq kiloları gizlətmək bacarığını bütün modelyerlər təsdiqləyir. Qara rəng yeganə rəngdir ki, həm yaşlı, həm cavan, həm kök və həm də arıq insanlara yaraşır”.

Qara rəng qadın və kişi ayrımı edir?

Psixoloqlar deyir ki, qara rəng yalnızlığı sevən insanların rəngidir. Amma bu rəngin özəlliyi qadın və kişilərə görə dəyişir. Qara rəng sevən qadınlar daha çox qəm və kədərə meyilli olanlardır. Həyatları aldanmaqla keçir. Ətraflarına nəşəli, həyat dolu bir qadın təsiri bağışlasalar da əksinədir. Qara rəngi sevən qadınlar bu rəngdən enerji, qüvvət alırlar.

Qara rəngi sevən kişilər isə düşüncəsində hürr olanlardır, sərbəstliyi çox sevirlər. Həyatdan zövq almazlar. Amma başqalarınınn həyatına müdaxilə etməyi çox sevərlər. Başqalarına öyüd verməyi çox sevərlər. Bir qədər neqativ insan olurlar.

Ümumilikdə, götürdükdə isə qara rəngi sevən insanlar bir qədər kompleksli olurlar. Qoruyucu təsir bağılşayan bu rəngi psixoloqlar ani reaksiya verən insanlara tövsiyyə edirlər. Amma məişətdə davamlı olaraq istifadə edilən qara rəng insanlara bədbinlik, depressiya da gətirə bilər.

Psixoloq Aydın Rzayev deyir ki, qara rəngdən ən məhsuldar şəkildə faydalanmağın tək yolu, onu ağ rənglə bir arada istifadə etməkdir: “Beləcə, bu iki rəngin mənfilikləri bir-birini tarazlayır və insanın istədiyi bir tərzi yaradır. Qara rəng insanın şüuraltına təsir edərək, narazı olduğu məsələləri problem halından uzaqlaşdırır. Amma mümkün qədər tək istifadə edilməməlidir”.

Niyə əksəriyyət qara avtomobilə üstünlük verir?

Diqqət etsəniz, görərsiniz ki, küçədən keçən hər 3 avtomobildən 2-si qara rəngədir. İnsanlar qara rəngli avtomobilə daha çox üstünlük verir. Bilirsinizmi niyə?

Çünki qara rəngli avtomobil daha bahalı görünür. Məcazi mənada daha ağır çəkiyə malikdir. Ciddiyyəti ifadə edir. Rəsmi bir quruma, dövlət idarəsinə mənsub olduğu düşünülür, daha az kosmetik xərc tələb edir, gündəlik təmizliyə o qədər də çox ehtiyacı olmur.

Maraqlıdır ki, bəzi Avropa ölkələrində bəzi özəl şirkətlərə iş üçün müraciət edənlərə maraqlı bir sual ünvanlanır: “İşə başlayanda şirkətimiz sizi avtomobillə təmin edəcək, hansı rəng avtomobil istəyirsiniz?”.

İşə girmək istəyən “qara” deyə cavab verənləri işə daha tez götürür. Bunun səbəbi odur ki, qara rəngi sevənlər işlərinə daha məsuliyyətli yanaşırlar, işində tez yüksəlirlər. Lakin bununla yanaşı, qeyd etməliyik ki, avropalılar daha çox açıq rəngli avtomobillərə üstünlük verirlər.

Qara, bədbəxtliyin və şərin rəngidir?

 

Bir neçə həftə öncə Rusiya mətbuatında maraqlı bir statistikaya rast gəldim. Bu ölkədə qəzaya uğrayan avtomobillər arasında qara rənglilərin 70 faiz təşkil etdiyi bildirilirdi. Yazıda qeyd olunurdu ki, qara geyim mənfi psxilogiya yaradır. Yayda qara rəngli paltar geymək isə sivil ölkələrdə anormallıq sayılır.

Qara rəngin mistik qüvvəsinə də inananlar çoxdur. “Qara magiya”, “qara qüvvələr”, “qəlbi qara”, “qaralamaq”, “qara əməllər” kimi sözlər boş yerə yaranmayıb. Qaranlıq işığa qarşıdır, qara ağa qarşıdır, qaralanmaq (ləkələnmək) ağlanmağa (təmizlənməyə) qarşıdır. Qara rəng həm də qiyam və təbii fəlakətlərin rəngidir.

Daha da maraqlı olan odur ki, bizim cəmiyyətdə qara rəng uğursuzluq kimi xarakterizə edilir. Bizdə qara rəng matəmi bildirir, amma Yaponiyada xoşbəxtliyin rəngidir. Eynşteyn fikrini toplamaq üçün pərdələri qara, gün işığı olmayan otaqda daha çox otururmuş, bu halda beyninin daha məhsuldar olduğunu düşünürmüş.

Həyatın gözəlliyi onun fərqliliyində, müxtəlifliyindədir. Təbiətdə də belədir. Monotonluq yoxsulluqdur. Çoxçalarlılıq isə zənginlikdir. Şərq və Qərb düşüncə tərzlərinin fərqlərindən biri də budur: Qərbdə monotonluğa, Şərqdə çoxçalarlılığa üstünlük verilir. Rəngarəng xalçalarla bəzənmiş Şərq evi evrotəmirli Qərb evlərindən daha zəngin təsir bağışlayır.

Lakin dəbi Qərbdə müəyyən edirlər, Şərqdə isə buna uyğunlaşmağa çalışırlar. Bu isə tamam başqa yazının mövzusudur...

Yazar: Lalə Mehralı



ESMERRi | 22 mart 2016 16:35 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Mickey Mouse
Yayda geyinenler istileyir Sexsen men coxda beyenmirem qarani...
Nara | 7 noyabr 2013 23:48 | Status: Yazar | Şərh: 1 718
tesekurlerrrrr
Mickey Mouse | 14 iyul 2013 13:36 | Status: Professional user | Şərh: 4 008
Yayda geyinenler istileyir Sexsen men coxda beyenmirem qarani...
Akademik | 3 iyun 2013 22:08 | Status: Professional user | Şərh: 4 580
YAYDA GENİNƏNLƏRƏ DAHA ÇOX TƏƏCÜBLƏNİRƏM.
RaySum | 2 may 2013 19:29 | Status: Professional user | Şərh: 2 594
hettda toya gedende de qaraya ustunluk veririkler ele bir cenazeye gelibler
Meqa | 2 mart 2013 11:26 | Status: Professional user | Şərh: 2 077
çünki çox kök olurlar ona göre qara adamıa rıq gösreiri axı
Fatima Q. | 24 fevral 2013 16:29 | Status: Gümüş user | Şərh: 984
Menim her gun kechdiyim svetaforsuz bir yol var..Gerk mashin dayansin ki kechek..meashinlar da tez tez ishleyir..Oz tedqiqatlarimin neticesine gore ag ve diger regli mashinlarin sahibleri daha chox yol verirler..qalara ise retqi hallarda..Sebebi aydin mesele..Xarakterden xeber verir..Men mavi rengde mashin istiyirdim ama qadina bir o qeder yarashmaz..Yene de getdik QARAYA wink
AMARILLIS | 6 fevral 2013 08:47 | Status: Şərhçi | Şərh: 152
inandirim sizi, en cox qara geyinenler varsa, o da Irandadir. Deyesen, orada olmamisiniz?!
Shiriyeva | 6 fevral 2013 03:12 | Status: Qonaq | Şərh: 0
qara rengsiz bir gunum yoxdu.amma butunlukle qara geymirem.meselen koynek qara geyende walvarimi goy ve ya basqa rengde geyirem.amma her defe ustumde qara rengde nese olmalidi.xebere gore twkler.cox maraqli idi.
RaySum | 21 yanvar 2013 15:43 | Status: Professional user | Şərh: 2 594
esasen toya geyinirler orta yawli xanimlar elebik toya yox yasa gelibler.... :n3: wink
AGAA | 13 dekabr 2012 21:10 | Status: VİP user | Şərh: 1 153
men qara geyine bilmirem,hec vaxtda geyinmemisem,ozumu narahat hiss edirem.en xosladigim yasil,qirmizi renglerdi
sevinc keder | 24 sentyabr 2012 07:43 | Status: Professional user | Şərh: 3 818
QARA reng menim vaz kecilmez rengimdir.amma hec vaxt bus butun qara geyinmemişem onu ya ağ ya qirmizi yada diger canli renglerle geyinmişem ve cooox qeribedirki her defe qara rengde aliram amma heqiqetende qara reng paltarlar daha gozel olurlar hecde duşunmuremki qara reng tenhaliği ifade edir
seker_kiz | 18 avqust 2012 10:39 | Status: Şərhçi | Şərh: 200
qara rəngli geyimləri çox sevirəm...geyimlərimin çoxu qaradır...
Narka | 24 iyul 2012 12:00 | Status: VİP user | Şərh: 41
Menim paltarlarımın ekseri açıq rengdedir, xüsusilede yay paltarlarım.
Şehere çıxanda ehalinin sıx olduğu yerlere baxanda, 90% qara paltarda görende adamın gözü qaralır. Daima qara yox ki, başqa rengler de geyinilmelidir.
TATLI GUZEL | 24 iyul 2012 11:48 | Status: Professional user | Şərh: 5 781
Men qara geyinmirem.Arada olur oda bezen olar ya olmaz.
tesekkurler