Mənim gözəllik sirrim / Sağlam ol!

Ağız qoxusunu aparmağın ucuz və təsirli yolu – Oxucumuz təcrübəsini bölüşür

Aynur_Qurbanqizi | 19-01-2020, 00:17
2 618 0

Sevimli Azadqadin.az izləyiciləri! Saytımıza məxsus fenomen facebook qrupu "Xoşbəxt Qadınlar Klubu" üzvlərinin, o cümlədən oxucularımızın məsləhətlərini, təcrübələrini, düşüncələrini mütəmadi sizlə bölüşürük. Bu gün sizə oxucumuz Aynur Hamidli ağız qoxusunu aparmağın asan və təsirli yolunu öz təcrübəsindən çıxış edərək sizlə bölüşür.   
  
“Salam xanımlar. Sizə ağız qoxusundan müvəqqəti qurtulmağın sadə yolundan bəhs etmək istəyirəm. Deməli, aptekdə əlimdə gördüyünüz belə balaca nazal balzamları satırlar. Əslində, bu balzam burun üçündür. Onu ağzınızda qoxu hiss etdiyinizdə ağzınıza salıb sovurun, havasını çəkirsiniz içinizə və qoxu tamamilə mentolla əvəz olunur. Bunlar müxtəlif markalarda olur və hansı marka almağınızın bir önəmi yoxdur. Ağız spreylərindən fərqli olaraq çox kiçikdir, ucuzdur və uzun müddət istifadəyə yararlıdır. Mən bir ildir istifadə edirəm, hələ də bitməyib. Və son olaraq qeyd edim ki, ciddi qoxu probleminiz varsa təbii ki, həkimə getməyiniz məsləhətdir”.

Qeyd: Əziz oxucular, siz də məsləhətlərinizi, təcrübələrinizi, düşüncələrinizi, tərcümələrinizi, şikayətlərinizi, yazılarınızı yarım milyon girişi olan saytımıza təqdim edə bilərsiniz.
Mail: [email protected]