Gözəllik / Kökəlmə

Kökəlməyin sirləri

Aynur_Qurbanqizi | 22-03-2014, 10:30
27 494 30

 

 

 

Arıqlama xəbərində kökəlmək istəməyi arzulayanlar üçün...


 


 

 

 

Adətən, adama elə gəlir ki, problem yalnız köklük ola bilər. Eh, arığa nə var e, yesin, içsin, yatsın, vəssalam. Kökələcək. Bu düşüncə ilə «Gözəlik sirləri» seriya kitablarında bütün məsələlərə ayrı-ayrılıqda toxunsam da, heç vaxt bu sahəyə kiçik önəm belə verməmişəm. Amma, qəribədir, məni görən hər kəs «niyə kökəlməkdən yazmırsan?» deyir. Əvvəl, bunu zarafat başa düşürdüm. Amma, sonra başa düşdüm ki, bu ciddidir və kökəlməyin yollarını axtaran çoxsaylı insanlar var. Heç demə hər şey düşündüyümüz qədər asan deyilmiş. İştahlı köklərdən fərqli olaraq bu tip insanlarda iştah olmur. Ona görə onlar bizim dediyimiz kimi, bütün günü dadlı yeməkləri qarşısına qoyub yeyə bilmir. Yaxud bir qrup insanlar da var ki, bütün günü çənəsi işləyir, amma kökəlmir ki, kökəlmir. Bu isə maddələr mübadiləsi pozuntusu ilə əlaqədardır. 

Ümumiyyətlə, normal bədən çəkisi insan sağlamlığının göstəricilərindən biridir. Arıq və çəlimçiz insanın müqaviməti zəfi olur, xəstəliklərə tez yoluxur.Ona görə də normal çəkiyə sahib olmaq mühüm məsələdir. 

İndi sizə təqdim etdiyim reseptlər isə həkim məsləhi olduğu üçün ürəklə istifadə edə bilərsiniz.

2-3 ədəd quru və ya təzə əncir və 3-5 ədəd badam bir stəkan suddə isladılır və 40 gün ərzində hər səhər qəbul edilir.

10 ədəd badam və bir xörək qaşığı kişmiş xırdalanır, bir stəkan süddə qarışdırılır. Gündə iki dəfə, səhər və axşam isti şəkildə qəbul edilir. 

3 xörək qaşığı xama bir yumurtanın sarısı ilə stəkanda çalınır və üzərinə stəkan dolana qədər pivə əlavə olunur. Hər səhər acqarına içilir.
Pivə içən oğlanlar üçün bayram )))) 

Hərəsindən 100 qr yerkökü, çuğundur, qara turp, bal və 40%-li spirt qarışdırılır və soyuducuya qoyulur. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı daxilə qəbul edilir. 

Əlavə məsləhətlər

 

 

Hər gün təzə inək südü için
Kərə yağından çox istifadə edin
Təzə bişmiş ağ çörək yeyin
Səhərlər düyü və buğda sıyıqları ilə qidalanın
Kişmiş, ərik qurusundan çox istifadə edin
Yuxunuza fikir verin, yumşaq yataqda yatın
Kökəlmirsinizsə, onda həkimə müraciət edin. Bəzən bağırsaq, həzm problemi və qurd xəstəlikləri buna mane olur. 
Qeyri-düzgün həyat tərzi, qısa yuxu, stress, fiziki və zehni yuklənmə də arıqlamağa səbəb olan əsas amillərdərdir.

 

 




dılay | 16 mart 2016 20:53 | Status: Brilliant user | Şərh: 8 183
. Çəkim və boy indeksim normaldı...
Ag Gul | 2 iyun 2015 16:42 | Status: Professional user | Şərh: 4 333
Sitat: Girl
Super lazimli xeberdi ozde cooooooox :D
pinarcik | 9 sentyabr 2014 19:15 | Status: Şərhçi | Şərh: 194
Menim cox cox ehtiyacom var universetde top model olacam olmagina buda eladir ariqligin da oz yeri var elbet yenede tesekkurler
Sitat: TERANE1978
Yeni kokelmek isteyen var?Allah menim kokluyumden onlara versin,oonlarin ariqliqindan mene.Ariq qewengdi

Amin baci.Mende anam deyiremki anacan birez o etinnen verde mene.kokelmek isdeyirem 0116
Hadise01 | 11 avqust 2014 19:22 | Status: Qonaq | Şərh: 0
meni labarotoriya otagina iskilet kimi goturmek isteyirdiler 0102
BULUTUM | 30 aprel 2014 23:05 | Status: Professional user | Şərh: 7 387
Yeni kokelmek isteyen var?Allah menim kokluyumden onlara versin,oonlarin ariqliqindan mene.Ariq qewengdi
bayaz gulum | 25 mart 2014 21:33 | Status: VİP user | Şərh: 1 050
kokelmek isteyenlere ugurlar
Nigar | 25 mart 2014 19:21 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler ....
Alice | 25 mart 2014 01:04 | Status: Professional user | Şərh: 5 020
Sitat: Röyamsan.
Caan səndə burdakı userlərə tərəvəzləri tanış edirsənee wink wink wink

 Hə  bilməyəndə soruşurlar məndə izahlı 2 manat izahsız 1  manata başa salıram... Fikrim var tərəvəzlərlə tanışlıq  bölməsi açam....  fellow
 
Röyamsan. | 25 mart 2014 00:24 | Status: Brilliant user | Şərh: 6 102
wink wink
Sitat: sanel
men kokelmek istirem ama icimdeki anokonda imkan vermi
wink


Sitat: Alice

Bəli   свекла yəni  - turp... Həm də qara rəngli...   Şəklini də qoyum baxın..
Caan səndə burdakı userlərə tərəvəzləri tanış edirsənee wink wink wink




Mənim ehtiyacım var biraz kökəlməyə təşəkkürlər...
sanel | 23 mart 2014 14:28 | Status: Professional user | Şərh: 3 647
men kokelmek istirem ama icimdeki anokonda imkan vermir
pirenses | 23 mart 2014 11:56 | Status: VİP user | Şərh: 1 397
teskler mene lazim deyil..gucnen atiram kilolarimi..
Gulshen. | 23 mart 2014 09:33 | Status: Qonaq | Şərh: 0
tewekkurler
HESENIM | 23 mart 2014 00:04 | Status: Gümüş user | Şərh: 1 262
maraqliydi
SEVDA | 22 mart 2014 21:01 | Status: Nəzarətçi | Şərh: 17 439
faydalı meslehete göre twk....
Alice | 22 mart 2014 20:47 | Status: Professional user | Şərh: 5 020
Sitat: Nara88
bunu etmey olar ama qara turp nedir? свекла??? 

 Bəli   свекла yəni  - turp... Həm də qara rəngli...   Şəklini də qoyum baxın.. 

Girl | 22 mart 2014 19:53 | Status: Professional user | Şərh: 8 206
Super lazimli xeberdi ozde cooooooox :D
ferzane | 22 mart 2014 19:06 | Status: VİP user | Şərh: 1 042
twk lazimli xeberdi
Sabahım. | 22 mart 2014 17:45 | Status: Professional user | Şərh: 3 359
bəlkə  bu bayramı  işə getmirəm deyə  kökələrdim.amma   ara-bura  sürtüb  təmizləməkdən  cətin   kökələm 0150 0150 0150 recourse recourse
Aytekin82 | 22 mart 2014 17:33 | Status: Brilliant user | Şərh: 6 587
Çəkim 10-15 kilo arasında artıqdı, ata bilmirəm ki, bilmirəm))))))
Hamsı oturaq iş, həyat tərzinnəndi....
Meryem_Duyqu | 22 mart 2014 17:21 | Status: Yazar | Şərh: 4 130
Hər gün təzə inək südü için
Pasterizə olunmuş süddən istifadə edirəm
Kərə yağından çox istifadə edin
Damarda tıxanıqlıq yaratdığından çox az istifadə edirəm.
Təzə bişmiş ağ çörək yeyin
Alıb yeyirəm...Bişirməyə vaxt yoxdur.
Kişmiş, ərik qurusundan çox istifadə edin
Çərəzlərdən istifadə edirəm.
Səhərlər düyü və buğda sıyıqları ilə qidalanın
Gündə cəmi 1 dəfə yeyirəm.
Yuxunuza fikir verin, yumşaq yataqda yatın
Çalışıram əməl edim...
 
P.S. Boyuma görə çəkim az olsada, bu mənə gündəlik həyatda heç bir problem yaratmadığından,kökəlmək istəmərəm...Təşəkkürlər.
Ulviyye | 22 mart 2014 17:02 | Status: Gümüş user | Şərh: 2 839
CEkim narmaldi lazimi xebr idi tsk
birdane | 22 mart 2014 15:33 | Status: Professional user | Şərh: 3 726
tesekkurler kokelmek isteyirem gorek prob edim
Alice | 22 mart 2014 14:57 | Status: Professional user | Şərh: 5 020
Təşəkkür Aynur xanım... Çəkim və boy indeksim normaldı... Artırmaq fikrim yoxdu.... İstifadə etmək istəyənlərə sağlam  üsullardı...

Hər gün təzə inək südü için
 
 Süd sevirəm... Amma inək yooooox paket südləri....
 
nurane55 | 22 mart 2014 14:00 | Status: Professional user | Şərh: 1 849
MEne ele gelir yasima ve boyuma gore yaxsiyam,ona gore bundan artiq kokelmek istemirem,hem de kokluk adami yasli gorsedir.Ariqlayanda vecime almiram,amma kokelende ozume kompleks edirem.Yaxsi ki,orqanizmim kokelmeye meylli deyil.Adam var ozune divan tutur,dieta saxlayir.Men ise ne geldi yeyirem.
Nergiz love | 22 mart 2014 13:03 | Status: Professional user | Şərh: 7 871
COX COX TESEKKURLER AYNUR XANIM MENDE KOKELMEK ISTIREM.CALISACAM BU MESLEHETLERNIZDEN ISTIFADE EDIM.ORQANIZMIM ELEDIRKI GEC KOKELIREM AMA COX TEZ ARIQLAYA BILIREM. ELE OLURKI AYDA 7 -8 KILO ATA BILIREM.HEMDE GUNDE COX AZ YEMEKDEN ISTIFADE EDIREM.CEKIM INDI 58 KQ BOYUM 170 SM.AMA ISTIREM 4 KILO KOKELIM.
DENIZ QIZI3 | 22 mart 2014 13:02 | Status: Gümüş user | Şərh: 3 858
FAYDALI XEBERDI AMMA   EHTIYACIM YOX,  CEKIM NORMALDIR YASIMA GORE ,TESEKKURLER
Gülçin | 22 mart 2014 11:54 | Status: Brilliant user | Şərh: 6 780
Kokelmek isteyenler ucun faydali meslehetlerdir.
Xebere gore tewekkurler.
Nara88 | 22 mart 2014 11:11 | Status: Professional user | Şərh: 4 253
 men artiq 4-5 ildiki eyni cekideyem,50 kq,ama boyuma gore kokelmek isterdim))
 
Hərəsindən 100 qr yerkökü, çuğundur, qara turp, bal və 40%-li spirt qarışdırılır və soyuducuya qoyulur. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı daxilə qəbul edilir. 
 
bunu etmey olar ama qara turp nedir? свекла??? 
Nefesim | 22 mart 2014 11:02 | Status: Gümüş user | Şərh: 938
Aynur xanim mene heeeec lazim deyil request...
Lazim olanlara ela reseptlerdi 0140...
Ellerinize sagliq 0109