Gözəllik / Gözəllik sirləri

Bakıda ucuz və keyfiyyətli dodaq boyasını haradan almaq olar? - QİYMƏTLƏR

Banu. | 17-08-2019, 19:14
215 0
Dodaq boyası hər qadının sadiq yoldaşı və köməkçisidir 
Brend məhsullar, eyni zamanda ucuz dodaq boyaları arasında yüksək keyfiyyətlisini necə seçməyi araşdırılıb. 
Dodaq boyası seçməyin bütün incəliklərini bilmək üçün “Sabina” mağazalar şəbəkəsinin meneceri İlhamə Quliyevaya müraciət etdik. Mütəxəssis ilk olaraq saxta dodaq boyasının orijinaldan necə fərqləndiyini izah etdi:
“Bir çoxları çinlilərin, xüsusən də Asiya kosmetikasının keyfiyyətli olmadığına inanır. Mən bununla razı deyiləm, çünki bu gün Asiya kosmetikası bazarda liderdir.  Əlbəttə ki, hansısa tanınmış markanın saxta məhsulu haqqında danışmırıqsa... Ümumiyyətlə, saxta kosmetikanı artıq qablaşdırma ilə müəyyən etmək mümkündür: etiketlər, qoxu, qutu və s. Saxta aromatı isə ayırd etmək daha asandır, çünki saxta ətirlərin qoxusu orijinaldan tamamilə fərqlidir”.
Saxta ilə yanaşı təsadüfən vaxtı bitmiş bir məhsul da ala bilərsiniz. Menecer belə halların qarşısını necə almağı təklif edir:
“Ümumiyyətlə, hamısı məhsulun tərkibindən asılıdır. Elə ətirli dodaq boyaları var ki, istifadə müddəti çoxdan keçsə də, həmişə yaxşı qoxuyurlar. Dodaq boyasının təbii maddələrdən hazırlanması məsələsi də var. Bu vəziyyətdə, qısa bir müddətdən sonra məhsulun xoşagəlməz qoxu verdiyini, tətbiq edilərkən yuvarlandığını, qəribə daddığını və ya acı olduğunu hiss edəcəksiniz. Bu, həmin  məhsulun müddətinin bitdiyini göstərir”, - deyə mağazanın meneceri bildirib.
İlhamə Qulievanın fikrincə, başqa vaxtı keçmiş kosmetik vasitələrin bir neçə il istifadəsi sağlamlığa ciddi zərər vurmadığı halda, vaxtı keçmiş dodaq boyası istifadə etmək olmaz, çünki dodaq boyası birbaşa dodaqla təmasda olur: 
“Kosmetika 10 ilə qədər saxlanıla bilər. Əgər köhnə tonal krem və ya pudra istifadə etsəniz, cildinizdə dəhşətli heç nə olmayacaq, hətta istehsalçı bu məhsulun paketi açıldıqdan sonra 6 ay istifadə edilə biləcəyini göstərsə də. Yəni, kosmetikanın toxuması və qoxusu dəyişməyibsə, bu kosmetik məhsuldan etibarlı şəkildə istifadə etməyə davam edə bilərsiniz. Əlbəttə ki, bu yalnız keyfiyyətli məhsullara aiddir. Əsas odur ki, kosmetik məhsullarınızı düzgün saxlayasınız, onda uzun müddət istifadə edə bilərsiniz”. 
Mütəxəssisin fikrincə, kosmetik vasitələri, o cümlədən dodaq boyasını qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Kosmetik məhsulları açıq yerlərdə saxlamaq tövsiyə edilmir, çünki həmin yerlərdə günəş işığı və temperatur həddindən artıqdır.
Mağaza meneceri, bu gün hansı dodaq boyalarının daha keyfiyyətli olduğunu və onları ucuz məhsullar arasında tapmağın mümkün olub olmadığı barədə də danışdı:
“Lüks kosmetika bu gün keyfiyyətilə məmnun etməkdə davam edir. Hər markanın öz üstünlükləri var. Məsələn, “Dior” digər markalardan müəyyən mənada üstündür, “Guerlain” bəzi hallarda “Givenchy”dən daha yaxşıdır, bu isə öz növbəsində “Chanel”i üstələyə bilər və s. Həqiqətən də bu məsələdə hər şey fərdidir. Bütün lüks məhsullar yaxşıdır, amma hamısı fərqli üstünlüklərə malikdir. Ancaq kiminsə bahalı dodaq boyasını almaq imkanı yoxdursa, onda bilsin ki, bu gün ucuz kosmetika məhsulları arasında lüks kosmetikadan geri qalmayan məhsullar tapmaq da çətin deyil. Belə markalara “Pupa”, “Collistar”, “Ja-De” daxildir, əvvəllər “Revlon” aiddir”.
İ. Quliyeva müəyyən dodaq boyasının rənginin necə sınanılmasının daha düzgün olmasını da izah edib:
 “Dodaqlarınızın təbii kölgəsinə ən uyğun olan barmaq uclarının içərisinə dodaq boyası tətbiq etmək, sonra dodaqlarınıza yaxın tutmaqla test etmək arzuolunandır. Beləliklə, seçilmiş rəngin sizin üçün uyğun olub olmadığını müəyyən edə bilərsiniz. Ümumiyyətlə, dodaq boyası testerlərini nəzarətdə saxlamağa çalışırıq və bir alıcının onlardan dodaqlarına çəkərək istifadə etdiyini görsək, dərhal bu cür nümunələri atırıq. Düzünü desəm, təcrübəmdə belə müştərilər azdır”. 
Bəzi dodaq boyalarının qiymətini oxucularımıza təqdim edirik:
“Sabina”
BRENDQİYMƏT
“Rouge Dior”80 AZN
“Guerlain kisskiss colours of kisses”78 AZN
“Givenchy Le Rouge”81 AZN
“Chanel Rouge Coco”83 AZN
UCUZ MƏHSULLAR
“Miss Pupa Velvet Matt”14,20 AZN
“Ja-De Velveteen Ultra Shine Lip Gel”14,90 AZN
“Clinique Pop Matte Lip Colour+Primer”34,20 AZN
“LOREAL Color Riche Matte Addiction”27,30AZN
“İdeal”
BRENDQİYMƏT
“Rouge Dior”63 AZN
“Guerlain kisskiss colours of kisses”64 AZN
“Givenchy Le Rouge”81 AZN
“Chanel Rouge Coco”83 AZN
UCUZ MƏHSULLAR
“Bourjois Rouge Edition”19,90 AZN
“Colistar Unico Lipstick Spring”37 AZN
“Clinique Pop Matte Lip Colour+Primer”37 AZN
“LOREAL Color Riche Matte Addiction”30 AZN
Züleyxa İsmayılova
Bakucity.az