Gözəllik / Gözəllik sirləri

Gözəllik müsabiqəsinin finalında ilk dəfə hicablı qız iştirak edəcək

Banu. | 5-09-2018, 15:39
579 0

“Miss İngiltərə ”müsabiqəsinin iştirakçısı, 20 yaşlı tələbə Sara İftexar, yarışın finalında səhnəyə hicabda çıxmağı qərara alıb.

Bu müsabiqənin tarixində ilk hadisə olacaq. “Miss İngiltərə ”sadəcə İngiltərənin bu gün getdiyi yolu nümayiş etdirir”-müsabiqənin təşkilat komitəsinin nümayəndəsi deyib.

Əvvəllər İftexar İngiltərənin şimalındakı şəhərdə “Miss Xaddersfild”in qalibi olub. Gözəl qız sosial şəbəkələrdə tez-tez ənənəvi Pakistan geyimlərində şəkillərini paylaşır. “ Biz bu müsabiqədə bərabər imkanlara malikik. Əgər mən bürünmək və sadə geyinmək istəyirəmsə, bu niyə problem olmalıdır”-İftexar bildirib.

“İftexarın “Miss İngiltərə” - nin funalına çıxması müsəlman cəmiyyəti və ümumiyyətlə qadınların diqqət edəcəyi faktdır”- qəzet icmalçısı yazır.

Final mərkəzi İngiltərədə, Nottingemşirdə keçiriləcək. Onun qalibi noyabr-dekabr aylarında Çində keçiriləcək “Dünya gözəli-2018” müsabiqəsində iştirak edəcək.Moderator.az