Gözəllik / Gözəllik sirləri

Xanımların "ən satqın" orqanları

Banu. | 14-06-2018, 08:40
1 310 0

Məşhur ulduzlar əbədi cavanlıq və gözəllik uğrunda mübarizədə plastik cərrah və kosmetoloqlara milyonlar xərcləyir, düzgün qidalanır və mütəmadi olaraq idmanla məşğul olurlar. Amma bəzən bütün bu cəhdlər cavan qalmaq üçün yetmir.

Xüsusilə boynu, əlləri və dizləri məcazi mənada qadının yaşını amansızcasına ələ verən "satqın orqanları" adlandırırlar.

Məsələn, 59 yaşlı müğənni Madonnanın və 52 yaşlı aktrisa Sara Cessika Parkerin yaşa dolduğunu əllərindən bilmək olur.

Gözəllik ilahəsi, 53 yaşlı aktrisa Monika Belluçi və onun 60 yaşlı həmkarı Melani Qrifitin yaşını isə boyunun qırışmış dərisindən təxmin etmək mümkündür.

49 yaşlı aktrisa Cennifer Eniston ilə 45 yaşlı Demi Mur hələ də çoxlarının qəlbini fəth edir. Lakin dizləri məşhurların artıq yaşa dolduğunu ələ verir.

(publika az)