Gözəllik / Gözəllik sirləri

İran qadınlarının GÖZƏLLİK SİRRİ açıldı

Banu. | 11-11-2018, 09:30
429 0

Qüsursuz gözəllikləri ilə diqqət çəkən İran qadınlarının dəriyə qulluq üsulları və makiyajları daim maraq çəkib. 
 
İran qadınlarının gözəllik sirlərini təqdim edirik
 
Gur qaşlarının sirri
 
Tünd göz makiyajı ilə gur qaşlarını ön plana çəkən iranlı qadınlar, hər gecə yatmazdan qabaq kakos yağı ilə qaşlarını darayaraq, həm baxımlı, həm də gur görünməsini təmin edirlər.
 
Hamar dərilərinin sirri
 
İranlı qadınlar Ölü dəniz duzu ilə masaj edərək dərilərinin hamar olmasını təmin edirlər. Süd vannası qəbul edərək də qırışların qarşısını alırlar.
 
Badamı gözlərinin sirri
 
Doğuşdan göz formaları böyük olduğu üçün göz qapaqlarına qara sürmə çəkərək, təbii və sadə bir görünüşə sahib olurlar.
 
Parlaq saçlarının sirri
 
Onlar saç baxımlarına çox önəm verirlər. Sıx-sıx boyadıqları saçlarının yıpranmaması və qırılmaması üçün arqan yağından istifadə edirlər.ailem.az