Gözəllik / Gözəllik sirləri

Qırış, tər qoxusu və bişməcədən xilas olun - RESEPT

Banu. | 21-05-2018, 11:00
746 0
Yumurtayla qırışlardan qurtulun
 
Yaşadığımız isti hava günlərində xüsusən də körpə uşaqlar tez-tez bişməcə olurlar. Bu problem körpəyə narahatlıq verir, onun bədənini incidir. Elə isə, bişməcədən necə xilas olmaq mümkündür.
 
Bişməcədən xilas olmaq üçün 1 qəhvə fincanı uşaq pudrasını, 1 yemək qaşığı üyüdülmüş adaçayı, çobanyastığı və həmənkümənci ilə qarışdırın. Nəticədə, bitki mənşəli bişməcə pudrası əldə edəcəksiniz. Bu qarışığı körpənizin problemli bölgələrinə sürtün. Qaşıntısı və bədəninin göynəməsi və yanması azalacaq, pişməcə problemi ortadan qalxacaq.
 
Qırışlarla yumurtayla vasitəsilə vuruşun
 
Qadınların çoxu 30 yaşdan sonra qırışlardan şikayət etməyə başlayır. Getdikcə qırışlar qadınların kabusuna çevrilir. İnsanı yaşlı göstərən bu problemlə mübarixə aparmaq üçün bir çox üsul və vasitələr var. Onların arasında yumurtanın adını eşitmişdinizmi? Bunun üçün...
 
1 yumurtanı yaxşıca çırpdıqdan sonra 1 yemək qaşığı buğda unu və soya unuyla qarışdırıb xəmir halına gətirin. Alüminium falqanın üstünə sərərək qurudun. Quruduqdan sonra əlinizlə təmizlənən un halına gətirin. Təmiz bir qaba qoyaraq sərin yerdə saxlayın. İstifadə zamanı içinə 1 çay qaşığı kərə yağı, bal və süd əlavə edib qarışdırın. Bu qarışığı həftədə 2 dəfə göz ətrafı xaric olmaqla, üzünüzə sürtün. Yarım saat saxladıqdan sonra üzünüzü ilıq suyla yuyun.
 
İsti yay günlərinin ən böyük problemlərindən biri də tər qoxusudur. Bu problemi yaşamamaq üçün sizə tövsiyəmiz var. Çimdiyiniz suyun içinə 1 kasa dəniz duzu qatın, bu su ilə çimin. Mümkündürsə ləyəni bu suyla doldurub içinə 2 şorba qaşığı lavanda yağı damcıladın. Bir müddət bu suda uzanın. Gündəlik həyatınızda da qol altınıza antipresperant vurmağa laqeyd yanaşmayın.lent.az