Gözəllik / Gözəllik sirləri

Haqqında danışmağa utandığımız gözəllik problemləri

Banu. | 6-08-2016, 10:30
2 880 5

 

 

Gözəlliklə və xarici görünüşümüzlə bağlı qeyri-etik hesab etdiyimiz bəzi problemlər var  ki, biz bu problemləri rəfiqələrimizlə, hətta mütəxəssislərlə belə müzakirə etməyə utanırıq.

Ancaq bu narahatlıq əbəsdir, çünki bunlar tamamilə təbii proseslərdir və bundan çəkinmək üçün əsas vermir.

 

 

Ayaq qoxusu

Ayaq tərləməsi hər insanda mövcuddur, bu, orqanizmin təbii reaksiyasıdır. Sizdə bu reaksiya çox güclüdürsə, buna səbəb hiperhidroz (yüksək dərəcəli tərləmə) və ya ayaqqabınızın düzgün seçilməməsi ola bilər.

Bəs bu halda nə etmək lazımdır?  Gigiyena qaydalarına xüsusi diqqət etməyə çalışın. Onları  hər gün yumaqla kifayətlənməyib həmçinin firça ilə də sürtün. Bu, sizə ayağınızdaki ölü hüceyrələrdən qurtulmağa yardımçı olar, çünki bakteriyalar məhz bu hüceyrələrlə qidalanır. Ayaqqabılarınızı nəzərdən keçirin, onlar təbii materiallardan olmalıdır. Ayaqqabılarla bağlı hər şey qaydasındadırsa, onda problem göbələk xəstəliyi və düzdabanlılıq ola bilər. Düzdabanlılıqda ayaqlara düşən yük artdığı üçün ayaqlar sərinləməyə çalışır və güclü tərləyir. Ortopedik ayaqqabı içliyi və antiperspirantlar vasitəsilə bu problemdən qurtulmaq olar. Ən ağır hallarda botulotoksin iynəsindən müalicə üsulu kimi istifadə olunur.

Tərləyən ovuclar

Sevgilinin əlindən tutmağa qorxursan, çünki ovucların çox tərləyib... Ancaq o da eyni vəziyyətdə ola bilər. Məhz əsəb gərdinliyi səbəbindən bizi gah isitmə, gah üşütmə tutur.

Bu halda nə etmək olar? Əgər bu piylənmə ilə bağlıdırsa, endokrinoloq məsləhəti almağınızda fayda var, bəzən qalxanvari vəz problemləri bu tip tərləmələrə səbəb ola bilir. Ancaq əksər hallarda bu narahatlığın dəf olunması üçün sadəcə olaraq stressi aradan qaldırmaqda sizə yardımçı olacaq psixoloq konsultasiyasına ehtiyac duyulur. İlkin müdaxilə kimi kontrast vannaları və antiperspirantlardan istifadə edə bilərsiniz. Bunlar bir həftə müddətində tər vəzilərinin fəaliyyətini əngəlləyir.

Ağız qoxusu

Bunu az insan üzünüzə deyə bilər, özünüzün isə bunun fərqinə varmağınız çətindir. Ancaq bunu təyin eləmək üçün bir üsul var: çay qaşığını dilin kökünə doğru sıxmaq və sonra iynəmək – məhz bu qoxunu da ətrafinizdakılar hiss edir.

Bəs bu halda nə etməli? Çox zaman halitosis (ağız qoxusunun elmi adı) ağız boşluğunda quruluq olduqda meydana çıxır, buna görə də əlinizin altında daim su butulkasının olmasına diqqət edin. Həmçinin gündə iki dəfə dilinizi təmizləyin. Ancaq bəzən bu narahatlığın səbəbi şəkərli diabet, qastrit və burun-udlaq xəstəlikləri də ola bilər. Bu zaman hansı simptomların özünü göstərdiyinə diqqət etmək lazımdır. Böyür tərəfdən və qarnın mərkəzinə doğru deşici ağrı, tənəffüslə bağlı problemlər, genişlənmiş badamcıqlar həkimə müraciət etmək üçün kifayət qədər yetərli simptomlardır.

Dəri altına böyüyən tüklər(tük dönməsi)

Ola bilər ki, sənin dərin qalındır və zərif məhsullar ona nüfuz etmək iqtidarında deyil və ya epilyasiyadan sonra tüklər yanlara doğru çıxmağa başlayıb.

Bunun qarşısını almaq üçün epilyasiyadan öncə pilinq etməyi unutma. Həmçinin böyüməni ləngidən kremlərdən istifadə etmək, dərini nəmləndirmək, dərinin ən zərif hissələrinə isə dezinfeksiyaedici vasitə çəkmək məsləhət görülür. Bu tədbirlər problemi aradan qaldırmayıbsa, buxar və ya isti su ilə dərini yumşaldın və tükün nə dərəcədə dərinə kök saldığını aydınlaşdırmağa çalışın. Əgər o, səthdədirsə, bunun öhdəsindən skrab gələ bilər. Əks halda bir neçə gün dalbadal həmin hissəyə salisil turşusu qatqılı krem çəkmək lazımdır, bu, iltihabı aradan qaldıracaq və tükün səthə çıxmasına imkan yaradacaq.

Ziyillər

Uşaq xəstəliyi kimi də bilinən bu problem əslində böyüklərə sirayət edə bilər. İnsanlarda papilloma virusu şəxsi təmas və əşyalar vasitəsilə ötürülür. İmmuniteti zəif olan insanlar xüsusi risk qrupundadır.

Nə etmək lazımdır? Diqqətə alınması gərəkli olan əsas amil odur ki, bu infeksiya zədələnmiş hissələr və çatlardan orqanizmə nüfuz edir. Buna görə profilaktik tədbirlərə diqqət etmək çox vacibdir. Dar və sıxan ayaqqabıdan uzaq olmağa çalışın, tərləmə varsa, aradan qaldırın. Həmçinin bədənin digər hissələrində əmələ gələn ziyilləri də plastr, əllərdə trikloroasetik turşusu ilə müalicə etmək mümkündür.  Əgər gözləmək istəmirsinizsə, həkimə müraciət edin. O, sizə optimal variant kimi maye azot və ya antivirus terapiyası ilə birlikdə lazer müalicəsini məsləhət görəcək. Həmçinin ziyil rəngini və ya ölçüsünü dəyişdikdə, qanamağa başladıqda da həkimə müraciət etmək məsləhət görülür.

İntim qoxu

Bu təbiidir, ancaq dəyişikliklər baş verdikdə, bu haqda düşünməyə dəyər. Əsas etibarilə ciddi şəkildə gigiyenik qaydalara riayət etmək lazımdır, ancaq ifrata varmaq da düzgün deyil, çünki bu, turşu-qələvi balansını pozulmasına gətirib çıxara bilər və problemi daha da dərinləşdirər. Bakteriyaların çoxalmasının qarşısını almaq üçün alt paltarlarının pambıqdan olmasına diqqət etmək, dar geyimlərdən uzaq durmaq, hovuzdan çıxdıqdan sonra dərhal çimərlik geyimini çıxarmaq tövsiyə olunur. Düzgün qidalanmanı da unutmamaq lazımdır, çünki bağırsağın mikroflorası da bu tip problemlərin yaranmasına səbəb ola bilər.

Bığlar

Çoxlarını narahat edən bu problemin həlli onların götürülməsidir. Ancaq bunu özbaşına etmək məsləhət deyil. Tük örtüyü qalın və tez gözə çarpanlara elektroepilyasiya üsulundan yararlanmaq tövsiyə olunur. Bu ağrılı prosesdir və bir dəfəyə bütün tüklər yox olmayacaq. Bunun üçün 5-10 seans tələb oluna bilər, ancaq bu prosedurdan sonda hər nə qədər hormonal dəyişikliklər də yaşasanız (hamiləlikdən söhbət gedir), bığ kimi problemlə üzləşməli olmayacaqsınız.

Qat şəklində soyulan dırnaqlar

Dirnaq boyanız tez qopmağa başlayıb? İstehsalçıları günahlandırmağa tələsməyin. Diqqət edin ki, dırnaq boyası  ilə birlikdə dırnağınızdan da bir təbəqə də qopurmu. Dırnaqlarınızı diqqətlə gözdən keçirin. Əgər onlar rəngini dəyişibsə, bu, ürək-damar sistemində problemlərin olduğunun xəbərçisi ola bilər. Eninə xətlər varsa, bu, orqanizmdə infeksiya olduğunun əlaməti hesab oluna bilər. Lakin çox zaman buna səbəb sadəcə vitamin  çatışmazlığıdır. Yemək rasionuna A, C və B qrupundan olan vitaminləri daxil edin, həmçinin kalsiuma da yer verin.

 

 
 


SEVDA | 7 avqust 2016 13:43 | Status: Nəzarətçi | Şərh: 17 443
Wűkűrler olsun Allahıma bunların heç birinden yoxumdu innocent
Wiyinn | 6 avqust 2016 22:53 | Status: VİP user | Şərh: 889
maraqli xeberdi
Dəniz qızı | 6 avqust 2016 18:01 | Status: Brilliant user | Şərh: 8 019
Hər bir qadında mütləq bunlardan biri var.Təşəkkürlər..
doxtur | 6 avqust 2016 10:47 | Status: VİP user | Şərh: 77
Cox gozel melumatlardir ve tibbi esasa demek olar ki dayanib...
Ancaq men xanimlardan bir sheyi xahis elemek istiyirem-gozelliyiniz ucun bu geder çaba harcamaginizi alqisliyiram, amma xahis edirem ki her defe duş alarken sud vezinizi elinizle muayine edin. Elinize subheli bir sey gelse hekime muraciet edin. Unutmayin ki cevrenizdeki her 8 qadinin birinde sud vezi xercengi olur...Erken donemde askarlananda mualice ile tam saqalmaq mumkundur.
B.Fereh | 1 avqust 2016 21:09 | Status: Nəzarətçi | Şərh: 6 978
Hec birinnen yoxumdu wukur...Biglara gulmeyim geldi:)))