Gözəllik / Gözəllik sirləri

Cəfəri qırışların bir nömrəli düşmənidir

Gulshen. | 22-04-2015, 10:26
3 131 13
 

 
Sağlamlıq baxımından faydalı olan qidalar dəri üçün də əvəzolunmazdır. Türkiyəli dermatoloq Ata Nejat Sabah dəri üçün faydalı olan qidalarla bağlı maraqlı məlumatlar verib.
 
Ata Nejat bildirib ki, qeyri-sağlam və pis qidalanma bütün bədənə, o cümlədən dəriyə mənfi təsir göstərir. Bu isə dərinin sürətlə qocalmasına səbəb olur. Odur ki, dərinin ehtiyacı olan bütün vitaminləri qəbul etməlisiniz. Bunun üçün süfrənizdə lifli qidaların çoxluq təşkil etməsinə diqqət göstərin. Şəkəri və duzu mütləq azaldın. Qida rasionunuzu meyvə və tərəvəzlərlə bol edin. A, E və C vitaminləri ilə zəngin meyvələrə üstünlük verin.
 
Dermatoloq vitaminlərlə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, qocalmanın qarşısını almaqda ən təsirli olan E vitamini hüceyrələri yeniləyir və  ömrünü uzadır. Bundan başqa oksigenin bədənə yayılmasını yaxşılaşdırır. E vitamini ən çox qoz, fındıq, soya, ət, balıq, ispanaq, qulançar, alma, yumurta və taxılların tərkibində olur.
 
C vitamini də qocalma prosesini ləngidir və qırışların yaranmasına mane olur. Portağal, limon, yaşıl bibər, çiyələk, pomidor, kivi və cəfərinin tərkibində olur.
 
Kartof, göbələk, yumurta, qarğıdalı, balıq, sarımsaq və ət selenlə zəngin qidalardır. Selen isə hüceyrələri qoruyan güclü antioksidant sayılır.
 
Dərini ehtiyacı olan nəmlə təmin edin. Hər gün 2 litr su için.
 
20 yaşından sonra gecə yatmazdan əvvəl dəri tipinə uyğun nəmləndirici çəkməyi unutmayın./publika.az/

Ay_Sun | 29 aprel 2015 16:07 | Status: Brilliant user | Şərh: 13 407
Bilirdim tesekkurler.
Real Madrid CF | 23 aprel 2015 10:21 | Status: Qonaq | Şərh: 0
Tesekkurler hele lazim deyil.
SEVDA | 22 aprel 2015 23:25 | Status: Nəzarətçi | Şərh: 17 437
Bacardığım qeder istifade edirem bunlardan,twk...
BULUTUM | 22 aprel 2015 23:03 | Status: Professional user | Şərh: 7 386
Sitat: boris arxan
Maraqli xeberdi
Narin-Ulker | 22 aprel 2015 18:31 | Status: Gümüş user | Şərh: 2 747
xebere gore tesekkurler amma basliqla meqale hec bir birine uyqun deyil

ceferinin dili olsaydi yeqin deyerdiki <hec men dindim>
lady sweet | 22 aprel 2015 18:02 | Status: Gümüş user | Şərh: 1 880
xeberin basligi ceferidir ama ceferiden basqa her sey var burda lol

yenede tesekkurler faydali xeberdir 0109
Nergiz love | 22 aprel 2015 16:47 | Status: Professional user | Şərh: 7 871
Sitat: boris arxan
Maraqli xeberdi
Ag Gul | 22 aprel 2015 14:50 | Status: Professional user | Şərh: 4 333
Təşəkkürlər bacı

Sitat: Mansi
hec burda ceferiden sohbet getdi ya men telesik oxudum deye gormedim no
Aynur_Mezahirli | 22 aprel 2015 14:38 | Status: Qonaq | Şərh: 0
Cəfəridən bir kəlmə cümlə yazılıb. Təşəkkür.
Dəniz qızı | 22 aprel 2015 14:13 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: Mansi
hec burda ceferiden sohbet getdi ya men telesik oxudum deye gormedim no

Mən də görmədim.
Mansi | 22 aprel 2015 12:25 | Status: Şərhçi | Şərh: 344
hec burda ceferiden sohbet getdi ya men telesik oxudum deye gormedim no
boris arxan | 22 aprel 2015 12:23 | Status: Professional user | Şərh: 4 783
Maraqli xeberdi
Sunay Elizade | 22 aprel 2015 12:22 | Status: Gümüş user | Şərh: 2 156
Maraqli xeberdi twk her gun yeyirem