Gözəllik / Gözəllik sirləri

Ətirlər haqqında bilinməsi lazım olan hər şey

leyla meherremova | 17-11-2014, 13:30
10 327 20
 
  (500x80, 8Kb) 
  Bir insanın qoxusu onun ən böyük şəxsiyyət xüsusiyyətidir. Aradan illər keçdikdən sonra tanıdığınız bir adamın adını unutmuş olsanız belə qoxusunu əsla unutmayacağınız elmi araşdırmalarla dəfələrlə sübut edilmişdir.
 
Bu cür əhəmiyyətli olan bir şeyi istifadə etməmək "günah" olardı. Allergiyası olanları təbii ki, bu siyahıya qatmırıq. Azadqadin.az. vasitəsilə bu xəbərimdə sizlər üçün ətirlər haqqında məlumat verəcəyik. Ətirlər haqqında demək olar ki, maraqlanılan hər şey bu xəbərimdə var.

1- Doğru ətiri necə taparsan?


Bir ətir almağın ən doğru zamanı səhər saatlarıdır. Həmin müddətdə hələ qoxu hiss etmə duyğusu oyanıq olur və gündəlik qoxular hələ havaya qarışmamışdır. Amma yenə də burunun çox asan yorulduğunu ifadə etməkdə fayda vardır. Belə ki, yalnız üç iyləməndən sonra aradakı fərqi ayırd etməkdə çətinlik yaranır. Buna baxmayaraq dəyişik qoxular arasında altı qoxunu bir-birindən ayıra bilərsiniz. Buna görə də ekspertlər qoxu duyğsunun yenidən təmizləmənin ən yaxşı yolunun təzə bir qəhvə ilə mümkün ola biləcəyini ifadə edir. Qəhvə ətri, digər bütün qoxuları təsirsizləşdirir və sonrakı seçimlər üçün sənə yenidən fürsət yaradır.

2- Ətir nə vaxt və necə istifadə edilməlidir?

Mütəxəssislər, ətirin ən ideal istifadə zamanının duş sonrası olduğunu ifadə edirlər. Sürətli qan dövranı səbəbindən bədən istiliyi, qoxunun dəriyə daha qalıcı bir şəkildə hopmasını təmin edir və ətrin dəyişməsinin qarşısını alır. Əl biləyinə sürtülən ətir isə ovuşdurmanın təsiri ilə, molekulları zərər gördüyü üçün qoxu funksiyasını itirir. Bu metodu da unutmamaq lazımdır, qoxunu əvvəl havaya sıxın, sonra yaranan qoxu buludunun altında durun!

3- Ətirin ən qalıcı olduğu bölgələr


Qoxunun qalıcılığını uzadan ən ideal bədən bölgələri arasında gicgahlar, iki sinə arası və biləklərdir. Bədənin bu ifadə olunan bölgələri, qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir, bu səbəbdən daha istidirlər. Bu da qoxunun bu bölgələrdə mükəmməl şəkildə bədənə hopmasını təmin edir. Mütəxəssislər, xüsusilə qulaq arxasına qoxu sürtmə vərdişinin dərhal dəyişdirilməsini tövsiyə edirlər! Çünki bu bölgədə dəri daha çox yağ çıxarır, bu da qoxu ilə bir araya gəldiyində tərkibinin dəyişməsinə yol aça bilər.

4- Ətir harada saxlanmalıdır?

Hamımızın ətirlərimizi sərgiləməyi ən sevdiyimiz yerlərdən biri vanna otağıdır. Ancaq bu işıqlı, isti və nəmli mühit, ətirin ömürünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn, şkafda ya da siyirtmədə saxlamaqdır ... Hətta soyuducular, ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

 
  5- Qoxuları qarışdıra bilərikmi?

Əslində, hər ətirin öz içində bir  tərkib ahəngi vardır. Bir neçə fərqli qoxunun eyni anda istifadə edilməsi, yumşaq bir uyğunsuzluq yarada bilər. Buna görə də hər ətirin əsas tərkibi zərər görər və ortaya pis qoxular da çıxa bilər. Əgər ətirlərinizi qarışdıraraq istifadə etmək istəyirsinizsə, heç olmasa eyni qoxu ailəsindən olmalarını seçim edə bilərsiniz. Məsələn, çiçək ya da təzə qoxular kimi ...
 
6- Niyə ətirlər hər bədəndə fərqli qoxu verər?

Ətirlər, spirt, bir sıra aromatik yağ və sudan meydana gəlir. Bu yağlar dəri ilə təmasda olanda hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yumşaq, digər bədəndə güclü reaksiyalar da qoxuların fərqli şəkildə iy vermələrinə səbəb olur.

7- Gün içində ətiri dəyişdirmək mümkündürmü? Bunun üçün əvvəldən mütləq duş alınmalıdır?

Duş almaq, ətir dəyişdirmək üçün mütləq edilməsi lazım olan bir hərəkət deyil. Qoxular təxminən dörd saat içində funksiyalarının böyük qisimini itirdiklərindən, bu müddətdən etibarən başqa ətir istifadə etməkdə heç bir maneə olmayacaqdır.

8- Bir qoxunun qalıcılığı qədərdir?

Ümumi qayda, bir ətirin spirt tərkibi nə qədər çoxdursa, qalıcılığı da o qədər uzundur. Saf bir ətirin qoxu konsentrasiyası yüksəkdir. Ancaq aşağı spirt nisbətinə sahib qoxuların ən geç altı ay içində istehlak edilməsi lazımdır. "Eau da parfum" və "eau da toilette", spirt nisbəti sıx qoxular olduğundan, üç ilə qədər saxlana bilər. Əgər ətirinin qoxusu və rəngi dəyişmişdirsə edəcəyin tək şey onu atmaqdır.

9- Ətirin bədəndəki qalıcılığı necə təmin edilər?

Ətirin qalıcılığı dərinin tipi ilə yaxından əlaqəlidir. Quru dərilər qoxunun aromatik tərkibini, yağlı dərilər qədər yaxşı mühafizə edə bilməzlər. Buna görə parfümeriyada ətir sınayarkən, dərisinin kiçik bir bölgəsinə yumşaq yağlı və qoxusuz bədən losyonu sürtüb ətiri həmin bölgə üzərinə sıxın.
 

 
 Qadınların sevimli məkanı Qadin.az

ESMERRi | 14 aprel 2016 18:38 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Ay_Sun
Sitat: boris arxan
etirsiz bir gunum olmasin ne qeder alsam gozum doymur .tewekkurler

Mende :0111:
Ag Gul | 18 noyabr 2014 17:41 | Status: Professional user | Şərh: 4 333
Sitat: N....N92
sevirem oriflame etirlerinden istifade edirem coxda beyenirem
Ay_Sun | 18 noyabr 2014 14:02 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: boris arxan
etirsiz bir gunum olmasin ne qeder alsam gozum doymur .tewekkurler

Mende 0111
boris arxan | 18 noyabr 2014 00:01 | Status: Professional user | Şərh: 4 784
etirsiz bir gunum olmasin ne qeder alsam gozum doymur .tewekkurler
bayaz gulum | 17 noyabr 2014 22:05 | Status: VİP user | Şərh: 1 050
Tewekkurler ne qeder etir aliram yenede gozum doymur))
SEVDA | 17 noyabr 2014 19:53 | Status: Nəzarətçi | Şərh: 17 443
Kifayet qeder etirlerim var.twk xebere göre....
EMILYA | 17 noyabr 2014 19:45 | Status: Qonaq | Şərh: 0
yoldasim sevir etirleri deli olur menim etirlerimin qoxuusuna
SEVA | 17 noyabr 2014 18:40 | Status: Professional user | Şərh: 5 151
cox tesekkurler bilirdim bu barede men bir necesini qarisdiriram
nigar34 | 17 noyabr 2014 17:54 | Status: Şərhçi | Şərh: 112
tesekkurler

salam deniz xanim necesesiz
My life | 17 noyabr 2014 17:21 | Status: Qonaq | Şərh: 0
təşəkkürlər xəbərə görə...
Gule_R_124 | 17 noyabr 2014 16:58 | Status: Şərhçi | Şərh: 609
Tewekkur...d.gabanna.givanshy.lanvin.very estee
den gundelik ustf.de ekiirem.ancaq xususi gunlerde
sevimli etrim bulgariden ist eliirem.
nurane55 | 17 noyabr 2014 16:18 | Status: Professional user | Şərh: 1 849
Məlumat üçün təşəkkürlər Leylacan!Versac brait kristal,bir də tudey(today) ətirini çox sevirəm.
amerika | 17 noyabr 2014 15:47 | Status: Şərhçi | Şərh: 278
E.Armandi Basi in Red.Lacoste.Shanel.Vircage.Cucci.ve s ve s.
N....N92 | 17 noyabr 2014 15:38 | Status: Professional user | Şərh: 4 352
sevirem oriflame etirlerinden istifade edirem coxda beyenirem
SABINA | 17 noyabr 2014 15:02 | Status: Professional user | Şərh: 7 410
men iki etri qarisdiriram/
Girl | 17 noyabr 2014 15:02 | Status: Professional user | Şərh: 8 206
0147 "Chloe See by Chloe Eau Fraiche" 0147 ətrindən istifadə edirəm.. Qalıcı ətri var.. Təşəkkür Leyla bacı xəbərə görə..
Nergiz love | 17 noyabr 2014 14:37 | Status: Professional user | Şərh: 7 871
Sitat: Aynur_Mezahirli
Etiri cox sevirem, amma yaxsi iyi qalan etiri tapmaq olmur...) xebercun sagol baci yorulmayasan...
Nur | 17 noyabr 2014 14:35 | Status: Professional user | Şərh: 3 989
hemiseki kimi gozel,vacib xeberlerden biri,
etirlersiz bir gunum olmasin,menim vazkecilmezimdi,ele xanim varki etirlere o qederde ehemiyyet vermir,yaninnan kecmek olmur,ya xorek iyi verir,yada ter.. feel . men evdede gun erzinde 2-3 defe vururam,bir yana gedende vapseee,duxuda"cimirem" 0136
minnetdaram size Leyla xanim
Aynur_Mezahirli | 17 noyabr 2014 13:58 | Status: Qonaq | Şərh: 0
Etiri cox sevirem, amma yaxsi iyi qalan etiri tapmaq olmur...) xebercun sagol baci yorulmayasan...
QERIB INSAN | 17 noyabr 2014 13:32 | Status: VİP user | Şərh: 567
Etir delisiyemde bakidan almaram.Ancaq Xaricden getizdirem.Bakidakilar hamisi kopyadi original deyil